YAP İdarə Heyətinin iclası keçirilib
07.07.2017 [10:06]
İyul ayının 6-da Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasında YAP-ın Sədr müavini -İcra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov iyul ayının 4-də Füzuli rayonunun Alxanlı kəndində erməni silahlı birləşmələrinin növbəti təxribatı və insan tələfatı haqqında məlumat verib. Əli Əhmədov qeyd edib ki, iyul ayının 4-də Füzuli rayonunun Alxanlı kəndində erməni silahlı birləşmələrinin növbəti təxribatı nəticəsində azyaşlı Zəhra Quliyeva və Sahibə Quliyevanın qətlə yetirilməsi qəti şəkildə pislənilməlidir. Bildirilib ki, insanlığa yaraşmayan bu hərəkət erməni terrorçularının uşaq qatili olduğunu bir daha sübuta yetirmişdir. Ermənistanın işğalçı hərbi birləşmələri tərəfindən təmas xəttinə yaxın ərazilərin atəşə tutulması, dinc əhalinin qətlə yetirilməsi Ermənistanın dövlət siyasətinə çevrilib. Bu vəhşilik bir daha göstərir ki, erməni təcavüzünün qarşısının alınmaması, beynəlxalq təşkilatların, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin biganəliyi erməni terroristlərinin əl-qolunu açır və mahiyyət etibarı ilə dinc insanların vəhşicəsinə qətlə yetirilməsinə rəvac verir.
İdarə Heyətinin iclasında qərara alınıb ki, Yeni Azərbaycan Partiyası əməkdaşlıq etdiyi partiyalara, parlamentarilərə müraciət edərək erməni silahlı birləşmələrinin növbəti vəhşiliyini və bu uşaq qatillərinin əməllərini pisləməyə səsləsin.
İdarə Heyətinin iclasında həmçinin 2017-ci ilin birinci yarısında həyata keçirilmiş tədbirlər və İdarə Heyətinin 2017-ci ilin ikinci yarımilliyinə dair iş planı müzakirə edilib. YAP İdarə Heyətinin 2017-ci ilin birinci yarımillik fəaliyyəti haqqında hesabatı qəbul edilib. Qeyd edilib ki, 2017-ci ildə də Azərbaycanın iqtisadi və sosial həyatında inkişaf uğurla davam etdirilmişdir.
2017-ci ilin müvafiq dövründə Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli bir sıra mühüm tədbirlər həyata keçirməklə ölkənin ictimai-siyasi həyatında yaxından iştirakını davam etdirib.
YAP beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylərini uğurla davam etdirib. Xüsusilə müxtəlif ölkələrin aparıcı partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında işgüzar və səmimi münasibətlər daha da genişləndirilib, bir sıra mühüm görüşlər keçirilib.
Qeyd olunub ki, 2017-ci ilin birinci yarım ilində Yeni Azərbaycan Partiyasının sıralarına 13 min nəfərdən çox yeni üzv qəbul edilib, bununla da partiya üzvlərinin sayı 700 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.
İclasda YAP İdarə Heyətinin 2017-ci ilin birinci yarım ilinə dair hesabatı, İdarə Heyətinin 2017-ci ilin ikinci yarımilliyinə dair iş planı geniş müzakirə olunduqdan sonra qəbul olunub.
Yeni Azərbaycan Partiyasının rayon (şəhər) təşkilatlarında keçirilən konfranslar barədə geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

