Avstriyalı deputatlar Milli Məclisdə olublar
07.07.2017 [10:03]
İyulun 6-da Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Avstriya parlamentinin nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC-ın məlumatına görə, Azərbaycan-Avstriya əlaqələrindən danışan Z.Əsgərov bildirib ki, dövlət başçılarının qarşılıqlı rəsmi və işgüzar səfərləri, ölkələrimiz arasında imzalanan Memorandum əlaqələrin inkişafına şərait yaradıb. Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu dostluq münasibətlərinin dərinləşməsinə özünəməxsus töhfə verir. Avropanın enerji təminatında mühüm rol oynayan Azərbaycan bu istiqamətdə bir sıra qlobal və regional layihələrə imza atıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Ziyafət Əsgərov münaqişə ilə bağlı ətraflı məlumat verib. Erməni vandalizminin nəticəsi olan Xocalı soyqırımından, əsir və girovlarımızın aqibətindən, terroru dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistan rəhbərliyinin qanunsuz əməllərindən, ermənilərin ölkəmizdə törətdikləri çoxsaylı terrordan bəhs edib. O, Azərbaycan torpaqlarının qeyd-şərtsiz qaytarılmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, həmçinin sonrakı illərdə digər qurumların, Avropa Şurasının, Avropa Parlamentinin qəbul etdikləri müvafiq sənədlərin indiyədək Ermənistan tərəfindən yerinə yetirilmədiyini vurğulayıb.
Milli Məclis sədrinin birinci müavini iyulun 4-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində qətl edilən 2 yaşlı Zəhranın və onun nənəsinin faciəsindən söz açıb. Beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa dövlətlərinin ikili standartlardan əl çəkərək bu hadisəyə münasibət bildirməli olduqlarını diqqətə çatdırıb. Hazırda ATƏT-ə sədrlik edən Avstriyadan Dağlıq Qarabağ probleminin çözümündə ədalətli mövqe umduğumuzu deyib.
Avstriya parlamentində ən böyük və ən nüfuzlu müxalifət partiyasını təmsil etdiklərini bildirən Yohanes Hübner səmimi etiraf edib ki, hazırda ikili standartlar məsələsi beynəlxalq hüquqda özünü göstərir. Avropa Dağlıq Qarabağ münaqişəsini lokal məsələ kimi qəbul edir və düşünür ki, iki qonşu dövlət bu problemi öz aralarında həll etməlidirlər. Avstriya isə neytral siyasət yürüdür.
Sonra payızda Avstriyada keçiriləcək parlament seçkilərindən söz açan Yohanes Hübner bildirib ki, qələbəyə ümidlidirlər və Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar.
* * *
Avstriyalı deputatlar həmin gün Milli Məclisdə Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavid Qurbanov ilə də görüşüblər.
Cavid Qurbanov qonaqlara Milli Məclisin fəaliyyəti, qəbul edilən qanunlar barədə ətraflı məlumat verib.
Ölkəmizlə bağlı məlumat verən deputat qeyd edib ki, Azərbaycan Şərqin ilk demokratik respublikasıdır, hüquqi, dünyəvi, unitar bir ölkədir. Xalqımız dinc qonşuluq şəraitində yaşamağa daim sədaqət nümayiş etdirir. 11 iqlimdən 9-nun mövcud olduğu ölkəmiz təbii sərvətlərlə çox zəngindir. Azərbaycan tolerant dövlətdir.
Sonra Cavid Qurbanov Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. Qeyd edilib ki, iyul ayının 4-də işğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin atəşə tutması nəticəsində Allahverdiyeva (Quliyeva) Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Ermənistan problemin nizamlanması ilə bağlı BMT-nin, Avropa Şurasının qəbul etdiyi qətnamələrə məhəl qoymur və işğalçılıq siyasətini davam etdirir.
Görüşdən məmnun olduğunu bildirən Avstriya Parlamentinin deputatı Yohanes Hübner ölkəsində keçiriləcək parlament seçkilərindən danışıb və qeyd edib ki, bununla əlaqədar parlamentlərarası dostluq qruplarının görüşü 2018-ci ildə nəzərdə tutula bilər. Sonra qonaq əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu deyib.
Söhbət zamanı iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin deputatları Çingiz Qənizadə, Ülviyyə Ağayeva, Avstriya Parlamentinin deputatı Aksel Kasseger və digər rəsmi şəxslər iştirak ediblər.
* * *
Avstriyalı qonaqlar Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə də görüşüblər.
Komitənin sədr müavini Sevinc Fətəliyeva Azərbaycanın Avstriya ilə münasibətlərin inkişafına böyük önəm verdiyini bildirib. Müstəqil Azərbaycan dövlətinin Şərqlə Qərb arasında körpü rolu oynadığını qeyd edib, hərtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Deputat Azər Kərimli dünyadakı siyasi proseslərə toxunub, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasının və Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsinin vacibliyinə dair fikirlərini bölüşüb, beynəlxalq siyasətdə ikili standartların doğurduğu acınacaqlı nəticələrdən danışıb.
Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunduğu görüşdə Yohanes Hübner siyasi məsələlərə dair fikirlərini açıqlayıb, Aksel Kasseger iqtisadi sahədə əməkdaşlıqla bağlı məsələlərə toxunub.
Görüşdə komitənin üzvü Bəxtiyar Əliyev də iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

