/ / Əli Əhmədov: Biz qürur duyuruq ki, bu qısa müddət ərzində yeni iqtisadi və sosial inkişaf modelini yaratmışıq
Əli Əhmədov: Biz qürur duyuruq ki, bu qısa müddət ərzində yeni iqtisadi və sosial inkişaf modelini yaratmışıq
05.07.2017 [10:04]
İyulun 4-də Baş nazirin müavini Əli Əhmədov Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru xanım Arança Qonzaleslə görüşüb.
AZƏRTAC xəbər verir ki, Əli Əhmədov Beynəlxalq Ticarət Mərkəzinin nümayəndə heyətinin Bakıya səfərinə böyük önəm verdiyini, səfər çərçivəsində aparılan danışıqların Azərbaycanın BMT ilə əlaqələrinin daha da genişlənməsinə xidmət edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb. Azərbaycanın dövlət müstəqilliyini 25 il əvvəl bərpa etdiyini xatırladan Baş nazirin müavini vurğulayıb ki, ötən illər ərzində ölkəmiz həm iqtisadi, həm də sosial cəhətdən böyük inkişaf yolu keçib. “Biz qürur duyuruq ki, bu qısa müddət ərzində yeni iqtisadi və sosial inkişaf modelini yaratmışıq. Biz Azərbaycana gələn qonaqlara ölkəmizin iqtisadi-sosial nailiyyətlərini təqdim edirik. Böyük gələcəklə bağlı planlarımızı onlarla müzakirə edirik ki, daha düzgün və uğurlu yol seçə bilək. Azərbaycan özünün iqtisadi inkişaf modelini əhəmiyyətli dərəcədə təkmilləşdirmək üzərində düşünür”, - deyə Əli Əhmədov bildirib.
Baş nazirin müavini qonağa məlumat verib ki, Azərbaycan son 12-13 il ərzində bu böyük inkişafa daha çox neft gəlirləri hesabına nail olub. İndi isə tükənməyən resurslar əsasında uzunmüddətli iqtisadi inkişaf strategiyası yaradılır və onun əsas istiqamətləri müəyyənləşdirilir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının üzvü və dünyada baş verən inkişaf proseslərinin iştirakçısı olaraq öz inkişaf məqsədlərini BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırır.
Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru xanım Arança Qonzales Azərbaycana ilk dəfə səfər etdiyini deyib. “Biz bilirik ki, Azərbaycan öz sərvətlərinin idarə edilməsinə xüsusi diqqət yetirir, öz coğrafi mövqeyindən istifadə edir. Ölkə əhalisinin əksəriyyəti gənclərdən ibarətdir. Bu baxımdan biz hesab edirik ki, həm iqtisadi, həm də sosial baxımdan Azərbaycan tərəqqiyə, irəliləyişə can atan bir ölkədir. Biz də bu ölkəyə dəstək göstərməyə hazırıq”, - deyə xanım A.Qonzales səfərinin məqsədinin məhz bu dəstəyi bəyan etməkdən ibarət olduğunu bildirib.
O qeyd edib ki, təmsil etdiyi Beynəlxalq Ticarət Mərkəzi BMT-nin bir hissəsidir. 1964-cü ildə yaradılan təşkilatın qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Beynəlxalq Ticarət Mərkəzi BMT və Ümumdünya Ticarət Təşkilatının birgə agentliyidir. Onun missiyası ticarət və beynəlxalq biznesin inkişafı vasitəsilə inklüziv və dayanıqlı inkişafa, habelə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşmasına töhfə verməkdir.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53

