Yeni erməni hökuməti: siyasi spekulyasiyalar və ziddiyyətlər
08.06.2017 [10:10]
Ermənistanda parlament seçkisində respublikaçıların qalib gəlməsindən sonra meydana yeni problemlər çıxıb. Daşnakların başçılıq etdiyi parlament bloku ilə S.Sarkisyanın Respublika partiyası koalisiya yaratmalıdır. Həm parlamentdə yerlər konkretləşməli, həm də hökumət formalaşdırılmalıdır. Ekspertlər bu yolda İrəvan Ağsaqqallar Şurasına olan seçkinin əhəmiyyətli rol oynayacağını proqnozlaşdırırdılar. Həmin seçki olub və yenə də respublikaçılar qalib gəliblər. Deməli, yeni hökumətin formalaşdırılması ziddiyyətlərdən yaxa qurtara bilməyib. Burada digər faktorlarla yanaşı, siyasi-ideoloji məqam da ciddi rol oynayır. Çünki daşnakların siyasi mövqeləri kifayət qədər radikaldır. Onların XXI əsrin tələblərinə cavab verməyən ideoloji konsepsiyaları vardır. Bu səbəbdən hökumətdə yer almaları bütövlükdə problemlər meydana çıxara bilər. Onları önləmək üçün baş nazir Karen Karapetyan konkret addımlar atmalıdır. Lakin o da müstəqil kadr deyil - kənardan sifarişlə bu vəzifəyə gətirilib. Bu da onu göstərir ki, Ermənistanda hökumətin formalaşdırılması mürəkkəb bir prosesə çevrilib. Bunun hansı nəticələr verə biləcəyi maraqlıdır.
Saxta seçki: AŞ PA niyə həqiqəti gizlədib?
Ermənistanda hökumət böhranı davam edir. Parlament seçkisində Serj Sarkisyanın partiyası qalib gəldikdən sonra, onunla birlikdə “Daşnaksütyun”un yeni hökuməti təşkil edəcəyi haqqında proqnozlar verilirdi. Ekspertlər bu məsələnin asan həll olunmayacağından bəhs edirdilər. Məsələ ondan ibarətdir ki, Ermənistan kənardan tam asılıdır və hökuməti quranda bu məqam öz təsirini göstərir. İndiki halda ekspertlər Ermənistan iqtisadiyyatının çox çətin vəziyyətdə olduğunu əsas götürərək, sağlam hökumət qurmağın mümkünsüzlüyünü qeyd edirlər.
Məsələ ona görə ciddidir ki, Ermənistanda iqtidarla yanaşı, cəmiyyət də korrupsiyalaşıb. Bunu parlament seçkisində aydın görmək mümkün idi. Seçki kifayət qədər qanun pozuntusu ilə müşayiət olunub. “Aravot” qəzeti yazır ki, Avropa Şurası Parlament Assambleyasından (AŞ PA) olan müşahidə missiyası seçkidəki pozuntular haqqında əvvəlcə məlumat yaymışdı. Sonra, nədənsə, bu məqamlar məruzədən çıxarılıb. İtaliyalı deputat Adel Qambaro bununla bağlı deyib: “Biz çoxlu sayda qanun pozuntularının şahidi olduq. Bu, xüsusilə başqa ölkələrlə müqayisədə çox idi” (bax: Pressa: Ambiüii “Daşnaküutön” vırasli, odnako u premğer-ministra Armenii druqie planı / “Verelq.am”, 28 aprel 2017).
Xanım A.Qambaro təəccüb edib ki, AŞ PA bu faktları nəyə görə gizlədib. Əslində, səbəb məlumdur. AŞ PA növbəti dəfə ikili standartlar mövqeyini nümayiş etdirib. İllərdir Ermənistanda demokratiya və insan haqlarının olduğundan dəm vuran bir qurum öz qeyri-obyektiv mövqeyini açıq göstərmək cəsarətinə malik deyil. Başqa tərəfdən, Ermənistanın aciz durumda olduğunu dünyadan gizlətməyə çalışan bəzi xristian dairələr təcavüzkar və demokratiyadan çox uzaq bir qondarma ölkəni layiq olmadığı pozitiv obrazda təqdim etməkdə davam edirlər.
Bununla AŞ PA iki böyük səhv buraxıb. Birincisi, Cənubi Qafqaz ölkələrinə qarşı ikili standartlar siyasəti yeritməklə əhalinin ona olan inamını sıfıra endirib. İkincisi, Ermənistanda real olaraq demokratiyanın təntənəsi işinə ciddi zərbə vurub. Çünki hətta erməni ekspertlər vurğulayırlar ki, seçkidə nəinki hakimiyyət dairələrinin, hətta cəmiyyətin dərin korrupsiya xəstəliyinə tutulduğu aydın olub. Müxtəlif yerlərdə seçicilər siyasi mövqeyə deyil, qrup maraqlarına, bölgə təəssübkeşliyinə, korporativ maraqlara görə səs veriblər.
Eyni zamanda, əksər seçki dairələrində zor tətbiq olunub. Hakim partiyanın nümayəndələri heç bir məntiqi fikir bildirmədən adamları onlara səs verməyə məcbur ediblər. Bir sıra hallarda isə hazır bülletenlər qutulara atılıb. Bütün bunlar müşahidəçilər tərəfindən qeyd olunub və KİV-ə bildirilib. Ancaq yenə də son məruzə “demokratik” məzmun kəsb edib.
Lakin indi bütün bu saxtakarlıqların əziyyətini sadə ermənilər çəkirlər. Çünki saxtalıqla seçilən adamlardan yeni hökumət formalaşdırılmalıdır. Real olaraq Respublika partiyası və “Daşnaksütyun” qalib gəlməyiblərsə, onların təmsilçilərindən formalaşdırılan hökumət xalqın iradəsini ifadə edə bilməz.
Mayın 14-də İrəvanın Ağsaqqallar Şurasına keçirilən seçkilər bu fikirləri təsdiq edib. Orada respublikaçılar 71 faiz səs toplayaraq, üstünlüklərini saxlayıblar. İndi parlamentdə vəzifələr bölüşməli, daşnaklara nə qədər nazir portfelinin verilməsi də müəyyənləşməlidir. S.Sarkisyan bu məsələ ilə bağlı daşnakları təmsil edən nümayəndələrlə müzakirələr aparır. Ermənistan mediasının bununla bağlı yaydığı informasiyalarda vəziyyətin mürəkkəb olduğu xüsusi vurğulanır.
Siyasi radikalizm: Ermənistanın ənənəvi bəlası
Burada əsas maneə daşnakların daha çox nazir yeri almaq tələbi ilə bağlıdır. Baş nazir Karen Karapetyan isə başqa cür düşünür. Belə ki, daşnaklar həm nazir yerlərini artırmaq, həm də yerlərdə onların adamlarının rəhbərlik etməsinə nail olmaq fikrindədirlər.
Bunun hansı nəticələr verə biləcəyini K.Karapetyan yaxşı bilir. Onu ehtiyatlandıran məqam Avropada ultramillətçilərin getdikcə daha çox siyasi dividend qazanmaları ilə bağlıdır. Qərb ölkələrində gedən siyasi proseslər və keçirilən seçkilər erməni ultramillətçiliyinin zehniyyətinə uyğun görüşlərə malik siyasətçilərin fəallaşdığını təsdiq edir. Bu, “Daşnaksütyun”a stimul verir. Yerli icra orqanlarında adamlarını yerləşdirməklə daşnaklar gələcəkdə daha çox uğur qazanmaq və hətta parlamenti tamamilə ələ keçirmək arzusunda olduqlarını dolayısı ilə ortaya qoyurlar. Yəni Ermənistanda siyasi radikalizm rəsmi olaraq qələbə qazanmaq şansı əldə edib.
Bu məqamda bir incəliyi vurğulamaq lazımdır. Əslində, Ermənistanda siyasi qüvvələrin böyük əksəriyyəti radikal millətçilik xəstəliyinə tutulublar. Onların demokratiyadan qətiyyən anlayışı yoxdur. Yalnız Levon Ter-Petrosyanın qismən demokratik düşüncələri vardı, onu da hakimiyyətdən kənarlaşdırıblar və bir daha ora buraxmaq fikirləri yoxdur. Bunların fonunda daşnaklar daha əcaib görünürlər. Onlar bütün qonşu ölkələrə qarşı ərazi iddiasındadırlar, son dərəcə aqressiv və kor siyasi kursa malikdirlər. XXI əsrdə daşnak siyasəti bütövlükdə insanlığa bir ləkədir.
Karen Karapetyanın məqsədi isə sivilizasiya və mədəniyyətlə bağlı deyil. O, vəzifəsini itirməkdən qorxur. Daha doğrusu, K.Karapetyanı Ermənistana baş nazir göndərən qüvvələr müəyyən şeylər tələb edirlər. Hələlik isə baş nazir kimi Karapetyan heç bir ciddi iş görməyib. Məsələn, 2017-ci ilin ilk rübündə Ermənistanın idxalı ixracatdan iki dəfə çox olub.
Hökumətdə sözdə islahatlar aparılsa da, idarəetmədə yeni heç bir real faktor yoxdur. Bütövlükdə hökumətin sistemli islahatlar planı mövcud deyil. Onun olacağına da ümid etmirlər. Çünki Ermənistan hökuməti kənardan olan diktə ilə işləyirsə, hansısa düşünülmüş kurs yeridə bilməz. Bu, mümkün deyil.
Deməli, qalır vəzifəni əldə saxlamaq və ondan maksimum dərəcədə öz marağı üçün istifadə etməyə çalışmaq. Hazırda Ermənistanda məhz bu istiqamətdə proses gedir. Yüksəkvəzifəli şəxslər gəlirlərini artırmaq üçün müxtəlif cinayətlərə əl atmaqda davam edirlər. Hərbi sferada da ciddi problemlər qalmaqdadır. Məsələn, son günlər bir neçə erməni əsgərinin həlak olmasında bəzi zabitləri günahlandırırlar.
Və müdafiə naziri orduda kadr dəyişikliyi edəcəyinin anonsunu verib. İqtisadiyyat, maliyyə, informasiya və digər sahələrdə də eyni acınacaqlı vəziyyət hökm sürür. Ermənistan iqtidarı konkret real addımlar atmaq qabiliyyətini itirmiş kimi görünür. Bu kontekstdə ekspertlər S.Sarkisyanın Çinə deyil, Qətərə səfər etməsinin məntiqini dərk edə bilmədiklərini yazırlar. Görünür, rəsmi İrəvan “Yeni İpək Yolu” layihəsində ciddi iştirak edə biləcəyini gözləmir. Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlamaqla, Ermənistan öz yoluna böyük əngəllər çıxarıb və bu, zəbt etdiyi torpaqlardan çəkilib gedənə qədər davam edəcək.
Bütün bunlar Ermənistanda yeni hökumətin müəyyən siyasi spekulyasiyalar əsasında qurulacağını göstərir. Daşnakların başçılıq etdiyi blokun daha çox nazir postu aldığı halda koalisiyanın intriqa ocağı olacağı şübhəsizdir. Bu baş verməsə belə, hazırkı siyasi, sosial və iqtisadi şərtlər daxilində Ermənistanda yeni işlək hökumətin formalaşdırılması şansı minimumdur. Deməli, ölkədə iqtisadi tənəzzül davam edəcək. İnsanların həyat səviyyəsi aşağı olaraq qalacaq. İmkan tapanlar Ermənistanı tərk edəcəklər. Bu aspektdə yeni hökumət qurmaq çalışmaları reallıqda Ermənistanı yeni ziddiyyətlər müstəvisinə çəkmək anlamına gəlir.
Newtimes.az
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

