/ / Hikmət Hacıyev: Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi ciddi təəssüf və təəccüb doğurur
Hikmət Hacıyev: Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi ciddi təəssüf və təəccüb doğurur
17.05.2017 [10:17]
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv edilməsi ilə bağlı AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
- Rusiya Federasiyası Ədliyyə Nazirliyinin vəsatəti ilə Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi barədə qərarı necə şərh edərdiniz?
- Rusiya Prezidentinin etnik icmalar arasında münasibətlərin inkişafına və Rusiyanın ictimai-siyasi həyatında daha yaxından iştirakına yönəlmiş siyasəti fonunda Ümumrusiya Azərbaycanlıları Konqresinin Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin vəsatəti əsasında ləğv edilməsi ciddi təəssüf və təəccüb doğurur.
Bu təşkilat Rusiyanın ictimai-siyasi həyatında fəal iştirak edib, Azərbaycan-Rusiya münasibətlərinin şaxələndirilməsində və regionlararası əməkdaşlığın inkişaf etdirilməsində səmərəli rol oynayıb. Konqresin nümayəndələri dəfələrlə Rusiyanın ali rəhbərliyi tərəfindən təltif edilib.
Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiyada yaşayan digər çoxsaylı etnik və milli azlıqları birləşdirən təşkilat kimi mövcud olub. Konqres qeyri-hökumət təşkilatı kimi Rusiya qanunları əsasında və bu qanunlara uyğun olaraq yaradılıb. Rusiya Federasiyasında Konqreslə yanaşı, müxtəlif etnik və milli qrupları birləşdirən qeyri-hökumət təşkilatları, o cümlədən Rusiya erməniləri İttifaqı fəaliyyət göstərməkdədir.
Siyasi müstəvidə milli azlıqların qeyri-hökumət təşkilatlarına münasibətdə, Konqresə qarşı bu cür ayrı-seçkilik münasibətinin göstərilməsini qeyri-dost addım kimi qiymətləndiririk. Hesab edirik ki, bu cür yanaşma Rusiyada millətlərarası münasibətlərin tarazlığına, ölkədə aparılan islahatların konsepsiyasına, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə xidmət etməməklə bərabər, Azərbaycan-Rusiya münasibətlərində müsbət əks-səda doğurmayacaq.
Biz bu addımda Rusiya Federasiyasının vətəndaşları olan insanlara qarşı onların etnik mənsubiyyətinə görə ayrı-seçkilik və qərəzli münasibətlərin təzahürlərini görürük.
Təbii ki, siyasiləşmiş erməni diaspor dairələrinin Rusiyanın daxili və xarici siyasətində bu qədər təsir gücünə malik olduğu qənaətinə gəlsək, bunun, heç şübhəsiz, Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərinin perspektivi baxımından təhdid olduğu bizdə məyusluq doğurur.
Son illərdə Azərbaycan-Rusiya dialoqu və çoxşaxəli əməkdaşlığının dinamik inkişafı və dərinləşməsi şəraitində bu cür anlaşılmaz və gözlənilməz addımın atılması ilə, təbii ki, erməni siyasətinin Rusiya-Azərbaycan münasibətlərinə vura biləcəyi zərbənin nə dərəcədə təhlükəli olduğunu görürük.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir sülh yolu ilə nizamlanmasına yönəlmiş danışıqlar prosesində əsas vasitəçilərindən biri kimi Rusiya Federasiyası öz üzərinə mühüm öhdəliklər götürüb. Bu öhdəliklərin vicdanla yerinə yetirilməsi, eyni zamanda, tələb edir ki, millətlərarası münasibətlərin tənzimlənməsi məsələsində balans qorunub saxlanılsın və ədalət prinsipi pozulmasın.
Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi və Rusiya erməniləri İttifaqına tam dəstəyin verilməsi Rusiya Federasiyasının erməni və Azərbaycan millətindən olan vətəndaşlarına qarşı qeyri-tarazlı münasibətin təzahürü kimi qəbul edilə bilər ki, bu da Rusiya Federasiyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik roluna mənfi təsir göstərə bilər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16

