/ / Bələdiyyə orqanlarında miqrant və qaçqınları qarşılama mədəniyyətinin təşviqi xüsusi önəm kəsb edir
Bələdiyyə orqanlarında miqrant və qaçqınları qarşılama mədəniyyətinin təşviqi xüsusi önəm kəsb edir
06.05.2017 [12:38]
Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Bələdiyyə orqanlarında miqrant və qaçqınları qarşılama mədəniyyətinin təşviqi” mövzusunda panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, UNESCO-nun Harare ofisinin proqram mütəxəssisi Şərəf Ahmimedin moderatorluğu ilə keçirilən sessiyada İspaniyanın Abat Oliba CEU Universitetinin iqtisadi həmrəylik kafedrasının direktoru Carmen Parra Rodrigez ölkəsinin digər Avropa dövlətləri kimi miqrant problemini yaşadığını bildirib. Miqrantlar İspaniyanın bir çox şəhərlərində məskunlaşıblar. Barselonada əhalinin 30 faizini miqrantlar təşkil edir.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, bu gün dünyada qaçqın və məcburi köçkünlərin sayı 60 milyona çatır. Bu isə 20 il əvvəlki dövrlə müqayisədə 3 dəfə artım deməkdir. Miqrasiya proseslərini idarə etmək hakimiyyətlərin qarşısında duran vəzifədir. Azərbaycan əhalisinin sayı az olsa da, Avropa ilə eyni sayda qaçqın və məcburi köçkün problemi ilə üzləşib. Ölkəmizdə 250 min nəfər məcburi köçkün yeni mənzillərə köçürülüb. Bu insanların problemlərinin həlli üçün milyardlarla dollar vəsait sərf edilib. Azərbaycan dövləti torpaqlarımız işğaldan azad edildikdən sonra məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı “Böyük qayıdış” proqramı hazırlayır. Bu baxımdan, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası və sakinlərin doğma torpaqlarına qayıdışına hazırlaşmasını xüsusi qeyd etmək olar.
F.Hüseynov deyib ki, ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş vahid Azərbaycan modeli var. Bu gün dünyada bu problemin həllində Azərbaycanın təcrübəsindən istifadə edilir. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən çox mühüm işlər həyata keçirilir. Bu da Azərbaycana səfər edən nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri tərəfindən dünyaya nümunə göstərilir.
Dövlət Komitəsi sədrinin müavini vurğulayıb ki, Azərbaycanda heç vaxt etnik və dini zəmində qarşıdurma olmayıb. Təəssüf ki, bəzi ölkələr qaçqın və miqrantların qarşılanmasına mənfi münasibət bəsləyir. Bu ölkələrdən biri kimi Ermənistanı qeyd etmək olar. Bu ölkə Suriyadan gələn erməniləri qeyri-qanuni şəkildə Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirir.
Qraz Şəhər Meriyasında İnteqrasiya və dinlərarası dialoq şöbəsinin müdiri və mətbuat katibi Tomas Racakoviç miqrantların cəmiyyətə inteqrasiyasının vacib olduğunu vurğulayıb. Bildirib ki, bütün insanlar kimi miqrantların da təhsil, səhiyyə və digər sosial imkanlardan yararlanmaq haqları var.
Qlobal Miqrasiya Siyasəti Assosiasiyasının prezidenti Patrik Taran miqrasiyanın əsasən şəhərləri əhatə etdiyini söyləyib. Bildirib ki, miqrantlar Avropada işləyən əhalinin 15 faizini təşkil edir. Almaniyada orta göstəricidən yüksək, yəni, işləyən əhalinin 20 faizini miqrantlar təşkil edir. 2020-ci ilə qədər təkcə universitetlərdə xüsusi peşə sahibləri olan 85 milyon insan tələb olunacaq. Bu da miqrantlara ehtiyacı göstərir. Almaniya, İtaliya, Rusiya kimi ölkələrdə demoqrafik məsələyə görə işçi qüvvəsi azalır.
Sessiya müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxSosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12

