Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Musa Quliyev: Türkiyənin Azərbaycan kimi dostları var və Türkiyə heç vaxt təklənməyəcək

Musa Quliyev: Türkiyənin Azərbaycan kimi dostları var və Türkiyə heç vaxt təklənməyəcək

29.04.2017 [10:03]

Avropa Şurası Parlament Assambleyasının Türkiyəyə qarşı irəli sürdüyü siyasi tədbirlərin heç bir əsası yoxdur. Bu, hüquqa ziddir, dövlətin daxili işlərinə qarışmaqdır və bu, dövlətə qarşı siyasi təzyiq metodudur. Hesab edirəm ki, onların bu cəhdlərinin heç bir əhəmiyyəti olmayacaq. Türkiyə güclü dövlətdir. Türkiyədə xalqla dövlət rəhbərinin çox sıx birliyi var. Türkiyənin Azərbaycan kimi dostları var və Türkiyə heç vaxt təklənməyəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Musa Quliyev jurnalistlərə müsahibəsində deyib.
“Eyni zamanda, Türkiyə öz inkişafını davam etdirəcək, demokratiyasını davam etdirəcək, dövlətçiliyini möhkəmləndirəcək. Bundan əvvəlki sanksiyalar zamanı olduğu kimi, Avropa dövlətləri Türkiyəyə qarşı səhv etdiklərini yenə də anlayacaq və zaman gələndə etiraf edəcək. Biz həmişə ədalətin, haqqın tərəfindəyik və bu gün də Türkiyəyə qarşı çıxanları pisləyirik və Türkiyənin yanındayıq”, - deyə M.Quliyev fikrini yekunlaşdırıb.

Paylaş:
Baxılıb: 445 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30