Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Kərimlinin puç olmuş “məhsul arzuları”...

Əli Kərimlinin puç olmuş “məhsul arzuları”...

12.04.2017 [09:44]

Və ya uğursuz “mitinq-tamaşası” radikal düşərgədə lağ obyektinə çevrildi
Xəbər verildiyi kimi, aprelin 8-də qondarma “Milli şura” və orada təmsil olunanlar kimi xəyanəti peşəyə çevirmiş digər radikal ünsürlərin təşkil etdikləri “mitinq-şou”su fiaskoya uğradı. Xüsusi olaraq vurğulamaq lazımdır ki, hələ “mitinq-tamaşa” haqqında “anons”lar yaydıqları zaman dağıdıcı ünsürlər, ən əsası isə xəyanətkar Əli Kərimli və ətrafındakı “sosial şəbəkə qoçuları” bu “kütləvi teatr”a minlərlə insanın qatılacağından dəm vurur, bəzi hallarda öz yalanlarının eyforiyasına qapılaraq uydurma rəqəmlər səsləndirirdilər. Nəticə isə göz önündədir. Aprelin 8-də həmin “kütləvi aksiya” adlandırdıqları “pulsilmə kampaniyası”na cəmisi 1500 adamın qatılması radikal ünsürlərin növbəti fiaskosundan xəbər verdi.
Dağıdıcıların ənənəvi planları - hədəf İslam Həmrəyliyi Oyunlarıdır
Təbii ki, mitinq imitasiyası adlandırılması daha doğru olan bu şounun təşkilində əsas məqsəd cəmiyyətimizə bəllidir. Əli Kərimli, Cəmil Həsənov kimi Azərbaycan xalqına və dövlətinə düşmən kəsilmiş bu dağıdıcı ünsürlər ölkəmizin inkişafı ilə barışmayan, Azərbaycanın uğurlarını həzm etməyən müəyyən xarici dairələrin birbaşa sifarişi ilə yenidən “məhsul toplamağa” cəhd göstərdilər. Cəmisi bir aydan sonra başlanacaq IV İslam Həmrəyliyi Oyunları, o cümlədən dünyanın ən baxımlı idman yarışlarından sayılan “Formula-1” öncəsi xəyanətkar radikalların “qollarını çırmalaması” təsadüfi sayıla bilməz. Yəni, “Eurovision” mahnı yarışmasının ölkəmizdə reallaşdığı dövrdə, eləcə də birinci Avropa Oyunları zamanında olduğu kimi, erməni lobbisinin direktivlərini əsas götürən radikal ünsürlər İslam Həmrəyliyi Oyunları öncəsi də analoji fəaliyyətlərini təkrarlayırlar.
Əslində, radikal azlığın “mitinq” adlandırdığı bu “tamaşa”nın hansı “səviyyədə” keçməsi onların özlərinin etirafları ilə bəlli oldu. Belə demək mümkündürsə, biabırçılıqlarını ört-basdır etməyə, cırıq-söküklərini yamamağa aciz olan radikal düşərgənin bir sıra “tanınmışları” bu “tamaşa”nın hansı “məqsədlərdən hasil olduğunu”, nəticəsinin nəyə hesablandığını, eləcə də Əli Kərimlinin qazancını açıq şəkildə dilə gətirdilər. Məsələn, Sahib Kərimli Əli Kərimlini istefa verməyə çağıraraq AXCP sədrini bu sözlərlə ifşa etdi: “Əli Kərimli orta məktəbdə oxuyub, onun sinif yoldaşlarının bir xoş xatirəsinə rast gəlibsizmi? Və ya Mebel fabrikində işlədiyi müddətdə onun seçkin birisi olduğu haqqında bir iş yoldaşı sonralar nəsə deyibmi? Hərbi xidmətdə olan Əli Kərimlinin əsgər yoldaşını tanıyan varmı? Tələbə Əli Kərimlinin hərəkat yoldaşlarının hamısı ondan üz döndərib, təşkilatda qalan varmı? AXCP kimi təşkilata rəhbərlik edən şəxsin keçmişdən bu günə dostu və ya ona sayğı göstərən bir həmkəndlisi, sinif yoldaşı, iş yoldaşı, tələbə yoldaşı olmayıbsa, hərəkat yoldaşının qalmamasında təəccüblü heç nə yoxdur”.
“Beşinci kolon”un “sem dayı”sı, “seyid ağa”sı, “dyadya vasya”sı...
“Şəbədə-lətifə” mövzusuna çevrilən qondarma mitinq tamaşasını lağ obyektinə çevirən Aslan İsmayılov da bir sıra etirafları dilə gətirib. A.İsmayılov radikal düşərgənin düşdüyü vəziyyətdən bəhs açıb: “Müxalifət inhisarını, müxalifət sülaləsini görürlər. Müxalifətdə partiya sədrinin müavini, sədrin sözçüsü, gənclər təşkilatının sədri və digər adlarda oğulları da tanıyırıq. Azərbaycan balaca yerdir, nə baş verir hamı bilir və görür. Siz mənə deyin, hansı müxalifət liderinin yanında parlaq bir sima var?! Bu illər ərzində hansı müxalif partiyada lideri dəyişib. Heç birində. Formal olaraq dəyişmələri də görürük. Onu da bildirim ki, bu işdə heç bir sem dayı, seyid ağa, dyadya vasya bizə kömək olan deyil”.
Onun bu sözləri isə radikalların fərqli “qapılarda növbə gözləyən” başıqapazlı tablosunun üzərinə bir daha işıq salmış olub...
Əli kərimlinin Xədicə İsmayılova “hürküsü”
Qeyd edək ki, bəzi sosial şəbəkə istifadəçilərinin “noxtalanmış müxalifət” deyə ironik ifadələrlə “ödülləndirdiyi” radikal düşərgənin daxili çəkişmələrinin bu “mitinq-tamaşa”dan da yan keçmədiyi bəzi statuslardan bəlli olur. Belə ki, Xədicə İsmayılova adlı “domokl qılıncı” bu dəfə Əli Kərimlinin başının üstünü alıb. Ermənipərəst mərkəzlərlə Əli Kərimlinin arasını düzəldən X.İsmayılova bu mitinqdə Eldəniz Quliyevi “yuxarılarda” görmək istəmirmiş. Deyəsən, Ə.Kərimli X.İsmayılovanın qorxusundan E.Quliyevə nəinki “yuxarılarda”, heç “aşağılarda” da yer eləməyib... Sosial şəbəkə istifadəçisi Seyid Mirfeyzulla (AXCP fəalı) bu haqda yazıb: “O şərt qoymuşdu ki, İranın təsirində olan Eldəniz Quliyev mitinqin təşkilat komitəsinə salınmasın. Əli Kərimli də Xədicə İsmayılın tələbinə görə Eldəniz Quliyevi nəinki mitinqin təşkilat komitəsinə, heç tribunaya da yaxın qoymadı”.
“Mitinq”dən qazanılan kuponla (şəkil) “Avropa turnesi”
Bu “kütləvi” deyə sırınan “mitinq-şou”nun bir əsas özəlliyi də Əli Kərimlinin mühacirət biznesi ilə bağlıdır. Əslində, bu cür tamaşalarda tribunaya yaxın yerdə, hətta əl-qol ataraq şəkil çəkdirənlər cəmisi bir neçə min “dollar” xərcə düşməklə Avropaya “səyahət” qazanırlar. Daha doğrusu, Əli Kərimlinin verdiyi saxta AXCP üzvlüyünü bu mitinqlərdə çəkdirdikləri şəkillərə əlavə edən və pulunu tam ödəyənlər xarici ölkələrdə “mühacir” statusu qazana bilirlər. Ə.Kərimli oğlu Türkel Kərimlinin əli ilə bu biznesi özünün mənfəət yerinə çevirib. Elə o “mitinq”in “tamaşasına” yığılanların bəziləri də bir neçə min “tərləməklə” başında “Eyfel xülyaları” quranlardır. Bu çirkin biznes Ə.Kərimli üçün milyonlarla gəlir gətirir. Əslində onun “sezon”da başına beş-üç nəfəri yığıb yalandan qışqırmağının əsl səbəblərindən biri də budur...
Əli Kərimlinin qara bayraq sevdası...
“Mitinq-tamaşa” ilə bağlı digər bir məqam isə yenidən radikal dindarların ön planda yer alması, Əli Kərimlinin istinad nöqtələrinin bir daha ortaya çıxmasıdır. Özünü Qərbpərəst kimi qələmə verməyə çalışan Ə.Kərimlinin təşkil etdiyi bu tamaşada yer alan “qara bayraqlar” onun siyasi kimliyinin əsl ştrixlərindən xəbər verməkdədir. Görünən odur ki, öz marağı xatirinə “erməniyə dayı deyən”lər indi də radikal islamçıların arxasında gizlənməyə çalışırlar. Amma bu oyun da puçdur. Çünki Ə.Kərimli və onun kimilərinin gündə bir cildə girməsi, gah qaralara bürünməsi, gah narıncıya qərq olması, gah qərənfilə, gah da qızılgülə tamah salması artıq ənənəvi hal alıb...
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 529 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30