Milli Məclisin növbəti iclası keçirilib
11.03.2017 [10:31]
İclasda bir sıra qanunlara dəyişikliklər edilib
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. İclasda “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi davam etdirilib. Millət vəkilləri Musa Qasımlı, Bəxtiyar Əliyev, Sona Əliyeva, Jalə Əliyeva və digərləri qanun layihəsi ilə əlaqədar çıxış ediblər.
Müzakirələrdən sonra layihə ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
İclasda həmçinin “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib. Birinci vitse-spiker, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, bu dəyişikliklər zəruridir. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən 823 nömrəli Fərman 2002-ci il 12 dekabr tarixdə qəbul edilib. Qeyd olunub ki, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun 12-ci maddəsinin ikinci və üçüncü hissələri müəyyən redaksiyada veriləcək. Nəqliyyat vasitəsi və ya mal sahibləri, yaxud nəqliyyat vasitələri barəsində səlahiyyətli olan digər şəxslər və ya onların nümayəndələri Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda gömrük orqanlarının və ya əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar sərhəd qoşunlarının tələbi əsasında gömrük orqanlarının iştirakı ilə nəqliyyat vasitələrini və yüklərini açmağa borcludurlar. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində milli maraqlara təhdidlər haqqında əməliyyat məlumatları olduqda, gömrük orqanlarının iştirakını təmin etmək mümkün olmadığı hallarda milli təhlükəsizliyi və ya dövlət sərhədinin toxunulmazlığını təmin etmək məqsədi ilə nəqliyyat vasitəsi və ya mal sahibləri, yaxud nəqliyyat vasitəsi barəsində səlahiyyətli olan digər şəxslər və ya onların nümayəndələri sərhəd qoşunlarının tələbi ilə nəqliyyat vasitələrini və yüklərini açmağa borcludurlar.
Müzakirələrdən sonra dəyişikliklər qəbul olunub.
İclasda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri də müzakirə edilib. Vitse-spiker, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, ümumilikdə informasiya cəmiyyətinin inkişaf etdirilməsi Azərbaycanda həyata keçirilən ümumi inkişaf strategiyasının tərkib hissəsidir. Onun sözlərinə görə, bu dəyişikliklər informasiya sahəsində və telekommunikasiya sistemində vəziyyəti daha yaxşı tənzimləmək məqsədi daşıyır. Düzəlişlərin mahiyyəti internetdə mövcud olan qanunazidd fəaliyyətin aradan qaldırılmasına kömək edəcək.
Bildirilib ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinə təklif olunan dəyişikliklərin məqsədi kibertəhlükəsizliyi təmin etməkdən, kiberhücumların qarşısını almaqdan, internet informasiya ehtiyatının yaradılması, uçotu və internet informasiya ehtiyatında informasiyanın yayılması qaydalarını müəyyən etməkdən, internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısını almaqdan, bu qaydaların pozulmasına görə məsuliyyətin müəyyən edilməsindən, informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi sahəsində qanunvericiliyi təkmilləşdirməkdən ibarətdir.
“Telekommunikasiya haqqında” qanun layihəsində telekommunikasiya fəaliyyəti sahəsində hüquqpozmalara görə məsuliyyət maddəsində təklif olunan dəyişikliyə əsasən internet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmadıqda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər uçota alınması üçün zəruri olan sənədlərdəki çatışmazlıqları aradan qaldıraraq 15 gün müddətində yenidən müraciət etmədikdə və ya uçot məlumatlarında baş vermiş dəyişiklik barədə müvafiq icra hakimiyyəti oqranına baş verdiyi gündən 10 gün müddətində məlumat vermədikdə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən dəyişikliklər zəruridir. Çünki ölkəmizin informasiya təhlükəsizliyi vacib məsələdir. Hesab edirəm ki, bu qanun layihəsi bir qədər də sərtləşdirilməlidir”. Bu fikirləri müzakirələr zamanı Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, ölkəmizin KİV-lərində, o cümlədən televiziyalarda intihar, cinayət işlərinə xüsusi yer verilir. Onun sözlərinə görə, bəzi Avropa ölkələri intiharın sayına görə dünyada birinci yerdə gedir: “Sovetlər Birliyində intihar, avtomobil qəzası yox idi? İnternet saytlarında daha önəmli məsələni kənara qoyub bu məsələləri populyarlığa görə önə çıxarırlar. Bunu etməklə digərlərini də buna təhrik edirlər. Televiziyalarımızda verilişlərin hamısı cinayət xronikası verir. Tələm-tələsik informasiyanı cəmiyyətə çatdırmaqla xal qazanmaq düzgün deyil. Bu informasiyalar bəzi insanları bu mənfi istiqamətlərə yönəldir”.
Millət vəkili həmçinin qeyd edib ki, sosial şəbəkələrə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatın tələb edilməsi zəruridir. “Ölkəmizdə internet tam şəkildə azaddır. Bundan sui-istifadə edənlər var. İstənilən adam istədiyini təhqir edir, başa düşmür ki, bunu hər kəs oxuyur. Saxta profil açıb istədiyi fikri yazır. Burada məsuliyyət müəyyənləşdirilməlidir. Xaricdə hər hansı bir portal yaradıb Azərbaycanın ordusu, əsgəri ilə bağlı yazılar yazırlar. Sonra ordan götürüb o xəbərləri verənlər var. Belə məlumatları yayanlar hansısa bir formada ölkədən qaçanlardır. Bu informasiyalar cəmiyyətə təsir edir. Ona görə də belə halların qarşısı alınmalıdır”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxışında deyib ki, bu gün Azərbaycan müharibə şəraitində yaşayır və hələ də qanlı toqquşmalar baş verir, şəhidlərimiz olur. Onun sözlərinə görə, şəhid olan əsgər və zabitlərimiz isə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçirlər: “Amma cəmiyyətimizin bəzi üzvləri nə edirlər? Şəhidlərimiz üzərindən reytinq, populyarlıq qazanmaq üçün bütün vasitələrə əl atırlar. Bu, xüsusilə də, diqqət cəlb etməyə çalışan və yeni fəaliyyətə başlayan internet resurslarına aiddir. Azərbaycanda söz azadlığı var və bu, qanunlarla qorunur. Lakin bu, o demək deyildir ki, biz düşmən dəyirmanına su tökəcək oyunları gündəmə gətirək və ictimai fikri çaşdıraq. Söz azadlığından sui-istifadə edilməməlidir. Elə Nizami rayonundan olan şəhid Zakir Cəfərovla bağlı bəzi Azərbaycan media nümayəndələri, sosial şəbəkə istifadəçiləri şəxsi və korporativ maraqları üçün qarayaxma kampaniyası apardılar. Hətta onların yazdıqları səhəri gün düşmən ölkənin saytlarında yer aldı. Yəni budurmu şəhidlərimizə verilən dəyər?”
Deputat qeyd edib ki, artıq bu cür internet resurslarının sahiblərini, sosial şəbəkə istifadəçilərini məsuliyyətə cəlb etməyin vaxtıdır.
“Bəzi media orqanları, saytlar populyarlıq naminə yalan məlumatlara yer verirlər”. Bu fikirləri isə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. S.Fətəliyeva bildirib ki, media azad olsa da, müəyyən qədər məhdudiyyətlər nəzərdə tutulmalıdır. Onun sözlərinə görə, hazırda bəzi saytlar cəmiyyətimiz, xüsusilə uşaqlar üçün zərərli olan informasiyalara geniş yer verirlər: “Bu gün uşaqların intihar hallarının sayı artır. Təbii ki, burada mediada yayılan müəyyən məlumatlar, informasiyalar da öz təsirini göstərir. Bundan əlavə, Rusiyada və Qazaxıstanda uşaqlar arasında oynanılan “Mavi balina” adlı oyun var ki, bu da uşaqların psixologiyasına mənfi təsir edir, son hədd intiharla nəticələnir. Bu oyun ölkəmizdə də yayılır. Hesab edirəm ki, belə halların qarşısı alınmalıdır. Bu məsələlər qanunla tənzimlənməlidir”.
Millət vəkili Məlahət İbrahimqızı isə çıxışında bildirib ki, “wikipediya”da Azərbaycan haqda yanlış məlumatlar yer alır. O qeyd edib ki, bu halların qarşısının alınması üçün müvafiq addımlar atılmalıdır.
İclasda həmçinin millət vəkilləri Əflatun Amaşov, Qənirə Paşayeva və Vüsal Hüseynov çıxış ediblər. İclasda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə isə millət vəkillərinin qaldırdıqları məsələlərə münasibət bildirib.
Müzakirələrdən sonra hər iki qanun layihəsinə təklif edilən dəyişikliklər qəbul olunub.
Daha sonra iclasda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib. Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklər ölkəmizdə həyata keçirilən pensiya islahatlarının tərkib hissəsidir.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, qanun 47 maddədən ibarətdir, bu 47 maddənin 22 maddəsinə 98 adda dəyişiklik təklif edilir.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev dəyişikliklər barəsində geniş məlumat verib. Bildirilib ki, yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərində təklif olunan dəyişikliyə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il yanvarın 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Dəyişikliyə əsasən kişilər və qadınlar üçün pensiya yaşı 65-ə qaldırılır. Lakin bu müddət mərhələli şəkildə tətbiq olunacaq.
Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtlərində təklif olunan dəyişikliyə əsasən, əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İkinci və üçüncü qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği maddəsində təklif olunan dəyişikliyə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu qanunun 13.3-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Əmək pensiyaçısı vəfat etdikdə, alınmamış əmək pensiyasının ödənilməsi və dəfn üçün müavinətin verilməsi maddəsində edilən dəyişikliyə əsasən əmək pensiyaçısı vəfat etdikdə onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir.
Əmək pensiyasının minimum məbləği maddəsinə edilən dəyişikliyə əsasən bu qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir.
Sənəddə təklif olunan dəyişikliyə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan gündəlik qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır.
Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

