Abdolbari Gözələ “Şöhrət” ordeni təqdim edilib
25.02.2017 [10:39]
Əli Həsənov: Bu gün Azərbaycanda “Azərsun” kimi çoxsaylı şirkətlər var ki, onların hər biri dövlətin bütün sahələr üzrə qayğısı ilə əhatə olunub
Fevralın 23-də “Xəyal Adası” müasir yaşayış kompleksində “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gözələ “Şöhrət” ordeninin təqdim edilməsi mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik, Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov da işirak ediblər.
Təqdimat mərasimindən öncə “Azərsun Holdinq”in bu günə qədər keçdiyi yolu, şirkətin Azərbaycan iqtisadiyyatına töhfəsini əks etdirən film nümayiş olunub. Daha sonra Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Abdolbari Gözələ “Şöhrət” ordenini təqdim edib.
Təqdimat mərasimində çıxış edən Əli Həsənov bildirib ki, “Azərsun Holdinq”, sadəcə, milli şirkət deyil. Bu şirkət sərhədləri adlamış, kifayət qədər yer tutaraq xarici bazarlarda rəqabətədavamlılığı ilə bölgənin transmilli şirkətlərindən biri kimi tanınır: “Təkcə onu qeyd etmək kifayət edir ki, holdinqin Azərbaycanda yaratdığı infrastruktur, istehsalat sahələri, logistika beynəlxalq standartlara cavab verir. Şirkətlər qrupunda, eləcə də kənd təsərrüfatı sahəsində on minlərlə vətəndaşımız çalışır ki, onlar yüksək əmək haqları ilə təmin olunublar. Holdinqin istehsal etdiyi məhsullar nəinki daxili tələbatı ödəyir, eyni zamanda, milli brend kimi bölgənin müxtəlif ölkələrində, xarici bazarlarda tanınır. Bu da Azərbaycana kifayət qədər valyuta ehtiyatları gətirir”.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi bildirib ki, “Azərsun Holdinq” ölkəmizə yeni istehsalat mədəniyyəti gətirib: “Holdinqin uğurlarının təməlində dayanan əsas amil odur ki, Abdolbari Gözəl bura ən zəhmətkeş insanları toplaya bilib. Bu şirkət daim Azərbaycan dövlətinin, Ümummilli lider Heydər Əliyevin qayğısında olub. Bu gün isə ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunur. Çünki bu şirkət Azərbaycan vətəndaşına xidmət edir, Azərbaycan vətəndaşına iş yeri verir, Azərbaycan insanının qida tələbatını ödəyir, ölkənin qida təhlükəsizliyində mühüm yerlərdən birini tutur. “Azərsun” tək deyil. Bu gün Azərbaycanda “Azərsun” kimi çoxsaylı şirkətlər var ki, onların hər biri dövlətin bütün sahələr üzrə qayğısı ilə əhatə olunub. Prezidentimiz ölkəmizdə qurulan, yeni istehsal, iqtisadi münasibətlərin təməlini təşkil edən şirkətlərə kifayət qədər yüksək qiymət verir. Onların nümunəsi kimi bu gün həmin şirkətlərdən birinin rəhbərinə, Azərbaycan zəhmətkeşlərinin kifayət qədər yaxşı tanıdığı şəxsə cənab Prezidentin təltif etdiyi “Şöhrət” ordeni təqdim edilir. Fəlsəfəsini “Qurani-Kərim”dən götürən belə bir deyim var. Böyük Mövlanə bu kəlamı çox istifadə edirdi. “Hər gün öləcəyin kimi yaşa, amma heç zaman ölməyəcəyin kimi çalış”. Abdolbari Gözəl bu cür insanlardandır ki, heç vaxt ölməyəcəyi kimi çalışır, hər gün öləcəyi kimi yaşayır”.
Çıxışına xatirələri ilə başlayan Abdolbari Gözəl Azərbaycana gəlişindən, “Azərsun”un yaradılmasından, qarşılaşılan çətinliklər və əldə olunan uğurlar barədə danışıb və Ümummilli lider Heydər Əliyev tərəfindən göstərilən dəstəkdən söz açıb. Daha sonra o, iş adamının tək pul qazanmağı yox, həm də insanların rifahını düşünməli olduğunu söyləyib: “İstehsal etdiyimiz çay artıq bir dünya brendi olub. Biz iş görərkən heç vaxt pulu, qazancı düşünməmişik. Bizdə bir məşhur misal var: böyük tikə boğazda qalar. Başqa sözlə, az ye, həmişə ye. Həmin dövrdə Azərbaycanda insanların maddi durumu çox pis idi. Qolundakı saatı sataraq evinə çörək alan adamları tanıyırdım. Çox şükür, o çətinliklərin öhdəsindən gəldik. Bu gün isə mənə Prezident İlham Əliyevin verdiyi “Şörhət” ordeni təqdim edilir. Ölkə başçısının bu mükafatı onu göstərir ki, biz, həqiqətən də, çalışmışıq və çalışırıq. Bu mükafat mənə bir daha onu göstərdi ki, çəkilən zəhmət qiymətsiz qalmır. Mən ölkə başçısına öz dərin minnətdarlığımı bildirirəm”.
Daha sonra tədbirdə Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik çıxış edib, iki qardaş ölkə arasında mövcud olan münasibətlərdən danışıb və Abdolbari Gözəli təltif edilməsi münasibəti ilə təbrik edib.
Qeyd edək ki, 2016-cı ilin dekabr ayının 28-də Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Abdolbari Gözəli “Şöhrət” ordeni ilə təltif edib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

