/ / Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında iki qanun layihəsinə dəyişikliklər müzakirə edilib
Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında iki qanun layihəsinə dəyişikliklər müzakirə edilib
16.02.2017 [10:08]
Fevralın 15-də Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası Milli Məclis sədrinin müavini, komitənin sədri Bahar Muradova açıb.
Vitse-spiker iclasın gündəliyinə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, həmçinin “Telekommunikasiya haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinin daxil edildiyini bildirib. O qeyd edib ki, ümumilikdə informasiya cəmiyyətinin inkişaf etdirilməsi Azərbaycanda həyata keçirilən ümumi inkişaf strategiyasının tərkib hissəsidir. Bahar Muradova hər iki sənədin Azərbaycan Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, bu dəyişikliklər informasiya sahəsində və telekommunikasiya sistemində vəziyyəti daha yaxşı tənzimləmək məqsədi daşıyır, düzəlişlərin mahiyyəti internetdə mövcud olan qanunazidd fəaliyyətin aradan qaldırılmasına kömək edəcək.
Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Mirhəşim Seyid hər iki sənəd barədə ətraflı danışıb. Qeyd edilib ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” sənədə edilən dəyişiklik internet informasiya ehtiyatlarında təhlükəsizliyin təmin edilməsi məqsədilə aparılıb. Bunun üçün qanuna yeni fəsil, yeni maddələr əlavə olunub, xeyli dəyişikliklər edilib. İnternet informasiya ehtiyatlarının yaradılması, uçotu, yayılması, bəzi informasiyaların yayılmasının qarşısının alınması və buradan irəli gələn digər münasibətlər tənzimlənir.
Qeyd edilib ki, “Telekommunikasiya haqqında” qanunda edilən dəyişikliklər də telekommunikasiya resurslarının kibertəhlükəsizliyini təmin etmək, baş vermiş kiberhücumların mənbələrini müəyyən etmək, istifadəçilərə qarşı yönəlmiş elektron təhlükələrin, gələcəkdə baş verəcək kiberhücumların qarşısını almaq üçün ölkədə internet xidməti göstərən operatorların və provayderlərin fəaliyyəti ilə bağlı münasibətləri tənzimləmək üçün irəli sürülür.
Deputatlar Yevda Abramov, Əflatun Amaşov, Tahir Kərimli, Astan Şahverdiyev, Elman Nəsirov, Hikmət Məmmədov, Flora Qasımova, Fazil Mustafa, Sona Əliyeva çıxış edərək hər iki sənədlə bağlı fikirlərini bildiriblər, qanun layihələrində mövcud olan bəzi məqamlarla bağlı təkliflərini səsləndiriblər.
İclasda iştirak edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, hər iki qanun layihəsi ölkəmizdə ümumilikdə informasiya cəmiyyətinin inkişaf etdirilməsinə töhfə verə biləcək sənədlərdir. Davamlı olaraq Azərbaycanda internetin, informasiya-kommunikasiya texnologiyalarının, informasiya cəmiyyətinin inkişafı qanunvericilikdə öz əksini tapır. Azərbaycan inkişaf etmiş informasiya cəmiyyəti şəraitində yaşayır. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş yeni milli strategiyada da bu, təsbit olunub. Nazir müavini hazırda bu sahədə mövcud vəziyyətdən, uğurlu onlayn mühitin formalaşdırılmasından, bu sahədə nöqsanların aradan qaldırılması yollarından ətraflı danışıb. Sonda Elmir Vəlizadə deputatları maraqlandıran məqamlara aydınlıq gətirib.
Komitə üzvləri qanun layihələrinə təklif olunan dəyişiklikləri məqsədəuyğun hesab etdilər və hər iki sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

