Horadiz əməliyyatı hərb tariximizə qızıl hərflərlə yazılıb
06.01.2017 [09:42]
Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Horadiz şəhərindəki Heydər Əliyev adına Parkda rayon ictimaiyyətinin, “N” saylı hərbi hissənin əsgərlərinin, Qarabağ müharibəsi veteranlarının, Horadiz əməliyyatında iştirak etmiş döyüşçülərin iştirakı ilə mərasim keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək 1990-cı illərin əvvəllərindəki hərbi-siyasi vəziyyətdən, Horadiz əməliyyatının əhəmiyyətindən danışıb.
Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ordu quruculuğu sahəsində görülən işlər nəticəsində cəbhədəki vəziyyətdə dönüş yaranıb. 1994-cü ilin yanvarın əvvəllərində həyata keçirilən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı nəticəsində qısa müddətdə 21 min hektar ərazi - Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. Azərbaycan ordusu bu uğura Ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək hərbçilərdə güclü ruh yüksəkliyi yaratması nəticəsində nail olub.
Diqqətə çatdırılıb ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadizdə və işğaldan azad olunmuş digər yaşayış məntəqələrində infrastrukturun bərpasına başlanılıb. Ötən dövr ərzində təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub. Ərazidə məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və başqa məişət qayğıları həll edilib. 2003-cü ildə prezident seçkiləri ərəfəsində “Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq” - deyən Prezident İlham Əliyevin sərəncamları ilə rayon ərazisində məcburi köçkünlər üçün 17 qəsəbə salınıb. Horadiz qəsəbəsinə şəhər statusu verilib, işğal nəticəsində dağıdılmış minlərlə ev bərpa edilib. Son 5 ildə Prezident İlham Əliyev Füzuliyə 3 dəfə səfər edib, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 7 Sərəncam imzalayıb.
Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri olduğunu vurğulayıb. Bildirib ki, məhz Horadiz əməliyyatı ilə Azərbaycan ordusunun qələbə əzmi özünə qayıdıb. “Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində Azərbaycan ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusuna çevrilib. Azərbaycan ordusu işğal olunmuş torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad etməyə hazırdır”, - deyə Bahar Muradova bildirib.
“Azərbaycan bayrağı” ordenli Sevindik İsmayılov, Horadizdə erməni bayrağını endirib Azərbaycan bayrağını sancan Şakir Bayramov və digər çıxış edənlər Horadiz əməliyyatının hərb tariximizin ən parlaq səhifələrindən biri olduğunu vurğulayıblar.
Qeyd olunub ki, cəbhə bölgəsində düşmənlə bir neçə addımlıqda yaşayan və işləyən füzulililər ölkədə həyata keçirilən mütərəqqi islahatları rayonun sosial-iqtisadi həyatına tətbiq etməklə tikinti-quruculuq, abadlıq işlərini gündən-günə genişləndirirlər. Görülən işlər, həyata keçirilən tədbirlər əhalinin əhvali-ruhiyyəsini yüksəldir, onları bütün sahələrdə uğurlar qazanmağa ruhlandırır.
Çıxışlarda Prezident İlham Əliyevin qətiyyəti sayəsində işğal altında olan bütün torpaqlarımızın, o cümlədən Füzuli rayonunun digər ərazilərinin də düşmən tapdağından azad olunacağına əminlik ifadə edilib.
Tədbir rayonun incəsənət ustalarının konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

