/ / Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb
30.12.2016 [09:40]
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti muxtar respublikaya səfərə gəlib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ali Məclisin Sədri qonaqları salamlayıb, Mahmud Vaezini muxtar respublikada görməkdən məmnunluğunu bildirərək deyib: “Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında əlaqələrin əsası ötən əsrin 70-ci illərində qurulmuşdur. Həmin dövrdə hər iki tərəfdən Araz çayı üzərində 22 meqavat gücündə su elektrik stansiyası tikilərək istifadəyə verilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 1992-ci ilin avqust ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi İran İslam Respublikasına səfərindən sonra isə əlaqələrin inkişafında yeni mərhələnin əsası qoyulmuşdur. Ulu öndər ölkəmizə rəhbərliyi dövründə İranla əlaqələrin inkişafı sahəsində mühüm tədbirlər həyata keçirmişdir. Bu gün də Azərbaycan-İran əlaqələri hər iki ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Bu əlaqələr hər iki tərəf üçün faydalıdır. Azərbaycan-İran hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyası da əlaqələrin inkişafına töhfə verir. Bu gün Naxçıvanda komissiyanın yekun iclas keçirməsi və protokolun imzalanması mühüm əhəmiyyətə malikdir”.
Ali Məclisin Sədri deyib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında elm, təhsil, energetika və iqtisadi-ticarət sahələrində əlaqələr inkişaf etdirilir, gömrük-keçid məntəqələri səmərəli fəaliyyət göstərirlər. Bu ilin ötən dövründə 450 minə yaxın insan Naxçıvandan İrana və İrandan Naxçıvana gəlib. Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarının istifadəyə verilməsi də hər iki tərəfdən gediş-gəlişin artmasına səbəb olacaqdır.
Ali Məclisin Sədri əlaqələrin inkişafında xidmətləri olanlara təşəkkürünü bildirib.
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Naxçıvanda 18 il bundan əvvəl olduğunu bildirib, ötən əsrin 90-cı illərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevlə muxtar respublikada görüşlərini xatırladıb, son illər Naxçıvanda əldə olunan inkişafın məmnunluq doğurduğunu qeyd edib. Bildirilib ki, İran İslam Respublikası Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verir. Azərbaycan-İran hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının yekun iclasının və Azərbaycan-İran Biznes Forumunun Naxçıvanda keçirilməsi, Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarının fəaliyyətə başlaması ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. İqtisadi-ticarət, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə həyata keçirilən birgə tədbirlər gələcək əməkdaşlıq üçün şərait yaradır.
Mahmud Vaezi nümayəndə heyətinə göstərilən diqqətə görə minnətdarlıq edib.
Sonra hədiyyələr təqdim olunub.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görüşdə iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

