Azərbaycan KİV rəhbərləri Türkiyə Böyük Millət Məclisində və “Anadolu” Agentliyində olublar
15.12.2016 [10:19]
Azərbaycanın kütləvi informasiya vasitələri (KİV) təmsilçilərinin Türkiyə paytaxtına səfər proqramı davam edir. Dekabrın 14-də nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində görüşlər keçirib. Türkiyə Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar təmsil etdiyi qurumun fəaliyyəti, həmçinin, Türkiyə və Azərbaycan dövlətlərinin müştərək maraq dairəsində olan məsələlər barədə məlumat verib. Qarşıda duran vəzifələr barədə fikirlərini bölüşən Necdet Ünüvar iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi sahəsində KİV-lərin fəaliyyətinin də mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, nümayəndə heyətinin rəhbəri Vüqar Səfərli KİV təmsilçilərinin Ankaraya səfərinin məqsədi, həmçinin, Azərbaycanda KİV-in durumu və rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Vüqar Səfərli Azərbaycan KİV-nin iki ölkə əlaqələrinin inkişafına xidmət edən istənilən fəaliyyətə informasiya dəstəyi verməyə hazır olduğunu vurğulayıb.
Nümayəndə heyətinin növbəti görüşü “Anadolu” Agentliyində keçirilib. KİV rəhbərləri agentliyin ofisi, texniki imkanları və struktur bölmələri ilə tanış olublar. “Anadolu” Agentliyinin genel yayın yönetmeni Metin Mutanoğlu rəhbərlik etdiyi qurumun Azərbaycan KİV-ləri ilə əlaqələri və bu yöndə yeni planları barədə məlumat verib. Görüş iştirakçıları arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.
Yurddışı Türklər və Akraba Topluluklar Başkanlığına (ATATB) gələn Azərbaycan KİV təmsilçilərini ATATB başqanı Mehmet Köse qəbul edib. ATATB-nın fəaliyyəti barədə məlumat verən Mehmet Köse Azərbaycan və Türkiyə diaspor təşkilatlarının sıx əməkdaşlıq etdiyini vurğulayaraq, bu əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yeni proqramlar hazırlandığını bildirib. O, iki ölkə diaspor təşkilatlarının əməkdaşlığının möhkəmləndirilməsi, dünyada təsir gücünün artması üçün medianın yardımının da əhəmiyyətini vurğulayıb.
Vüqar Səfərli Azərbaycan KİV-lərinin iki ölkənin diaspor təşkilatlarının əməkdaşlığının inkişafına təkan verən layihələri dəstəklədiklərini önə çəkərək, ATATB ilə əlaqələrin də inkişaf etdirilməsinə önəm verildiyini vurğulayıb.
Səfər davam edir.
Məlumat üçün bildirək ki, KİV təmsilçilərinin səfər proqramı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə həyata keçirilir. Heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, Fondun Müşahidə Şurasının sədr müavini, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Fondunun Müşahidə Şurasının üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Fondun Müşahidə Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, “Mediainfo.az” İnformasiya Agentliyinin baş redaktoru Emin Axundov, “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov və Fondun aparıcı məsləhətçisi Ramin Kərimli daxildirlər.
Səfər proqramı dekabrın 16-dək davam edəcək. Səfər çərçivəsində Türkiyənin rəsmi dövlət qurumları, informasiya məsələlərinə məsul olan təşkilatları, həmçinin aparıcı KİV-lər ilə görüşlər keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51

