Yaponiyanın “Nikkey” qəzetində Azərbaycanın Dövlət Müstəqilliyi Günü barədə məqalə dərc edilib
09.11.2016 [00:07]
Yaponiyanın əsasən iqtisadi dairələri arasında populyarlığı ilə seçilən “Nikkey” qəzetində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan məqalə dərc edilib.
“Azərbaycan dövlət müstəqilliyini bərpa etməsinin 25-ci ildönümünü qeyd edir” adlı məqalədə müasir Azərbaycan Respublikasının 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu bildirilir. Bu Cümhuriyyətin müsəlman dünyasında ilk demokratik dövlət olduğu vurğulanır. Müasir Azərbaycan dövlətinin siyasi, sosial, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişin Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu xüsusi qeyd edilir.
Məqalədə son 25 il ərzində Azərbaycanın suveren dövlət kimi inkişafında nadir yol keçdiyi, uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizin regionun aparıcı dövlətlərindən birinə çevrildiyi, irimiqyaslı, strateji əhəmiyyətli neft-qaz layihələrinin Avropanın enerji təhlükəsizliyində böyük əhəmiyyət kəsb etdiyi qeyd olunur. Bildirilir ki, Bakı-Tbilisi-Qars dəmir yolu və Şimal-Cənub nəqliyyat dəhlizi kimi layihələr bir beynəlxalq tranzit mərkəzi kimi Azərbaycanın rolunu daha da artıracaq.
Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş nailiyyətlər, uğurlu daxili və xarici siyasət, Azərbaycanda keçirilən mötəbər tədbirlər, o cümlədən idman yarışları haqqında da geniş məlumat verilir.
Yazıda, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulur. Bildirilir ki, bu gün Azərbaycan dövlətinin əsas vəzifəsi ölkənin ərazi bütövlüyünü bərpa etməkdir.
Azərbaycan ilə Yaponiya arasında əlaqələrin bütün sahələrdə inkişaf etdiyinin xüsusi qeyd olunduğu məqalədə iki dost xalqın bir-birinə daha sıx yaxınlaşması istiqamətində görülən tədbirlər barədə də məlumat verilir.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49

