Azərbaycanda dinlərarası konsensus və dialoq dövlət siyasəti səviyyəsinə qaldırılıb
04.11.2016 [10:03]
Artıq xəbər verdiyimiz kimi, Rusiyanın paytaxtında müxtəlif ölkələrdən siyasətçilərin, ictimai xadimlərin və ekspertlərin iştirakı ilə antisemitizm əleyhinə mübarizəyə dair “Gələcəyi qoruyaq” Birinci Moskva Beynəlxalq Konfransı keçirilir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva “Hakimiyyət, cəmiyyət və antisemitizm” mövzusunda panel iclasında çıxış edərək, Azərbaycanın yürütdüyü multikulturalizm və tolerantlıq siyasətindən ətraflı söz açıb.
Zəmanəmizdə antisemitizm, ksenofobiya, islamofobiya və terrorizm kimi mövzuların müzakirəsinin son dərəcə əhəmiyyətli olduğunu vurğulayan M.Əliyeva deyib: “Müasir və güclü Azərbaycanın siyasəti tolerantlıq və multikulturalizm modeli üzərində qurulub. Azərbaycan xalqının tolerantlığı və multikulturallığı onun müxtəlif xalqların və konfessiyaların nümayəndələri ilə ümumi dil tapmasına kömək edir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycan sülh və sabitlik, xalqlar və konfessiyalar arasında əməkdaşlıq və qarşılıqlı anlaşma məkanıdır.
Bu gün “Hakimiyyət, cəmiyyət və antisemitizm” mövzusunda panel iclasında çıxış edənlərin çoxu dünyanın bir çox dövlətlərindəki antisemitizmdən və şovinizmdən danışdılar. Antisemitizmin və ksenofobiyanın tüğyan etdiyi Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda heç vaxt belə hallar olmayıb, yəhudi icması həmişə Azərbaycan cəmiyyətinin inteqral hissəsi olub”.
Odlar Yurdunda yetərincə nüfuzlu yəhudi icmasının yaşadığını diqqətə çatdıran M.Əliyeva deyib: “Burada yəhudilər həm öz milli bayramlarını, həm də Avropa yəhudilərinin faciəsi ilə bağlı Beynəlxalq anım gününü qeyd edirlər. Məsələn, sivil Fransada yəhudilər başlarına kipa qoymaqdan və yəhudi eyniyyətlərini göstərməkdən çəkinirlər. Azərbaycanda yəhudilər rahatca kipa qoyub, özlərini təhlükəsiz hiss edirlər. Azərbaycanda 7 sinaqoq, yəhudi dilində 2 orta məktəb və Yəhudi Evi fəaliyyət göstərir. Təsəvvür edin ki, müsəlman ölkəsində dövlət yəhudi icması üçün sinaqoq inşa edib. Ölkədə yaşayan bütün icmalar kimi, yəhudi icmasına da dövlət tərəfindən hər il maliyyə vəsaiti ayrılır. Bu, dünyada analoqu və presedenti olmayan bir faktdır”.
M.Əliyevanın sözlərinə görə, Azərbaycan və yəhudi xalqları həmişə dinc yanaşı yaşamağın parlaq nümunəsini nümayiş etdiriblər. O deyib: “Ölkəmizdə yəhudilər ictimai həyatın müxtəlif sahələrində fəal iştirak edirlər. Azərbaycanda dinlərarası konsensus və dialoq dövlət siyasəti səviyyəsinə qaldırılıb və bu sahədə ikili standartlar yoxdur”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva deyib: “Multikulturalizm modelinin iflasa uğradığını açıq etiraf edən aparıcı Avropa ölkələrinin çoxundan fərqli olaraq, Azərbaycanda tolerantlıq və multikulturalizm Azərbaycan dövlətinin böyük sərvətidir və Azərbaycan xalqının sülhpərvər xarakterini üzə çıxarır. Bu model çoxmillətli dövlətlərdə etnosiyasi sabitliyin yaradılması üçün ən gözəl örnəkdir”.
Xəbər lenti
Hamısına baxSosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

