Azərbaycan və İran xalqları arasında dini-mənəvi sahədə əlaqələr inkişaf edir
19.10.2016 [10:07]
Oktyabrın 18-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Söhbət zamanı ölkələrimiz və xalqlarımız arasında dini-mənəvi sahədə əlaqələrlə bağlı müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan və İran xalqları arasında qədim tarixə malik mədəni, dini-mənəvi əlaqələrin bugünkü inkişaf səviyyəsindən məmnunluq ifadə olunub. İranlı qonağa Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, müxtəlif din mənsubları olan vətəndaşlarımızın bir ailə kimi yaşaması, onların dini tələbat və qayğılarının eyni dərəcədə təmin edilməsi, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi islami irsimizə diqqət göstərilməsi barədə məlumat verilib. QMİ sədri əsasını xalqımızın Ümummilli lideri Heydər Əliyevin qoyduğu müdrik dövlətçilik siyasətinin tərkib hissəsi kimi multikulturalizmin, milli və dini tolerantlığın Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilməsinin ölkəmizin uğurlarında əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə İranın həssas münasibətinin böyük önəm kəsb etdiyini qeyd edən QMİ sədri xalqımızın haqq işinin qələbə qazanacağına əmin olduğunu və İran dövlətinin bu problemin beynəlxalq hüququn normaları çərçivəsində, sülh yolu ilə ədalətli həllinə yardımçı olan bütün səylərinə görə təşəkkürünü bildirib.
Məcid Xudabəxş Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə təbriklərini çatdırıb. O, ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin inkişafından məmnunluğunu bildirib. Ərdəbil Əyalətinin valisi səfər zamanı Azərbaycanda sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayıb.
Görüşdə iştirak edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov İran ilə Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq əlaqələrindən danışıb. Qeyd edilib ki, səfər zamanı aparılan müzakirələr hər iki xalqın və dövlətin mənafeyinə xidmət edəcək, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafına müsbət təsir göstərəcək.
Xəbər lenti
Hamısına baxGündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30

