Prezident İlham Əliyev: Azərbaycan öz müstəqil siyasətini davam etdirəcək
15.10.2016 [10:50]
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 31-ci cildi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, nəşrin bu cildi Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyanın ticarət və investisiyalar naziri Diqbi Consu qəbul etməsinə dair material ilə başlanır.
Dövlətimizin başçısının bu yazının sərlövhəsinə çıxarılmış sözləri Azərbaycan parlamentinin 90 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda söylədiyi nitqindən götürülüb. Prezident deyib: “Bu gün bizim qarşımızda yeni vəzifələr dayanır, yeni çağırışlar dayanır və biz bunlara hazır olmalıyıq. Azərbaycan öz müstəqil siyasətini davam etdirəcək. Bu siyasət Azərbaycan xalqının milli maraqlarına xidmət göstərir, milli maraqlarımızı qoruyur və Azərbaycan əhalisinin rifah halının yaxşılaşmasına xidmət edir. Siyasi proseslərin müsbət istiqamətdə inkişaf etməsi, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, xalqla iqtidar arasında birliyin möhkəmlənməsi - bütün bu amillər ölkəmizin hərtərəfli inkişafı üçün gözəl şərait yaradır”.
Çoxcildliyin bu nəşrinə daxil olan materiallar 2008-ci ilin iyunundan avqustunadək olan dövrü əhatə edir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu kitabında dövlətimizin başçısının MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə, GUAM dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün Gürcüstanın Batumi şəhərinə səfərləri, habelə Batumidə keçirdiyi görüşlərə dair materiallar yer alıb. Kitabda Prezident İlham Əliyevin Astananın 10 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirlərdə iştirak etməsi üçün Qazaxıstana işgüzar səfəri çərçivəsində Prezident Nursultan Nazarbayevlə, eləcə də Astanada İordaniya Kralı II Abdullah və Türkiyə Prezidenti Abdullah Gül ilə görüşlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlqoyma mərasimində iştirak etməsinin, Pekində keçirilən XXIX Yay Olimpiya Oyunları ilə əlaqədar Çin Xalq Respublikasına səfərinin materialları da toplanıb.
Bu cilddə dövlətimizin başçısının Bakıya rəsmi səfərə gəlmiş Ukrayna Prezidenti Viktor Yuşşenko, Rusiya Prezidenti Dmitri Medvedev ilə görüşlərinə, habelə Böyük Britaniyanın York Hersoqu şahzadə Endryunu, eləcə də İranın, Rusiyanın, Türkiyənin, Belçikanın, Səudiyyə Ərəbistanının, Belarusun, Polşanın, Rumıniyanın, Moldovanın, Pakistanın, İordaniyanın, ABŞ-ın və digər ölkələrin, beynəlxalq təşkilatların və şirkətlərin yüksək vəzifəli şəxslərini qəbul etməsinə dair materiallar verilib.
Nəşrdə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısının söylədiyi nitq, respublikada aparılan abadlıq və quruculuq işləri ilə yaxından tanışlığına dair materiallar, “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Beynəlxalq Bakı Forumunun, Ombudsmanların VI Bakı Beynəlxalq Konfransının iştirakçılarına müraciətləri, habelə müxtəlif çıxışları, məktubları, bəyanatları yer alıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 31-ci cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxGündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

