ABŞ senatorları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olublar
30.09.2016 [10:08]
Azərbaycana səfərə gələn ABŞ senatorlarından ibarət nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Yuta ştatının senatoru, Ştat Senatında azlıq fraksiyasının sədri Cin Deyvis, Vaşinqton ştat senatoru, Ştat Senatının sədr müavini Pamela Rouç, Alyaska ştatı nümayəndələr palatasının üzvü, palata təhsil komitəsinin sədri Ves Keller, Havay ştatının senatoru, Senatın çoxluq fraksiyasının sədri Kalanin İnqliş, Arizona senatorları Don Şuter və Karlayi Biqeyin təmsil olunduğu nümayəndə heyətini salamlayaraq onları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində görməkdən məmnunluğunu ifadə edib.
Dövlət müşaviri görüşdə Azərbaycanın multikultural durumu və tolerantlıq ənənələrindən söz açaraq deyib: “Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Multikulturalizm Azərbaycanda tarixən olub və bu gün də var. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır. Bu gün Portuqaliyadan İndoneziyaya qədər ən müxtəlif ölkələrin universitetlərində, intellektual dairələrində və ictimai-siyasi qurumlarında Azərbaycan dəyərləri müzakirə edilir”.
Dövlət müşaviri Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xəttin hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirildiyini diqqətə çatdırıb.
Kamal Abdullayev Prezident İlham Əliyevin müvafiq Fərmanları ilə yaradılan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti və BBMM-in fəaliyyətindən danışıb. O deyib: “Dövlət müşaviri xidməti ölkəmizdə yaşayan milli azlıqların hüquq və azadlıqlarının dövlət təminatı, dövlət-din münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə tənzimlənməsi, Azərbaycan multikulturalizminin dövlət siyasəti kimi ölkə daxilində və xaricdə təbliği, multikultural ənənələrin qorunması və müasir dövrün tələblərinə uyğun şəkildə inkişafı üçün ardıcıl ideoloji-siyasi, həmçinin praktik fəaliyyət göstərməklə məşğuldur.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi isə ikiillik müddət ərzində ölkəmizdə yaşayan etnik və dini icmalar arasında əlaqələrin möhkəmləndirilməsi, Azərbaycan multikulturalizminin öyrənilməsi və təbliği istiqamətində çoxsaylı regional və beynəlxalq tədbirlərin həyata keçirilməsi, beynəlxalq multikulturalizm yay və qış məktəblərinin təşkili, “Multikulturalizm terrora qarşı”, “Azərbaycanın Gənc Dostları” Beynəlxalq Klubunun təsis olunması, ölkənin 28, dünyanın 20 nüfuzlu universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi, multikulturalizmlə bağlı kitabların hazırlanması və nəşri kimi önəmli layihələr həyata keçirib”.
Senator Don Şuter çıxışında İpək yolunun üzərində yerləşən Azərbaycanda tarixən müxtəlif xalqların qaynayıb-qarışıb dostluq şəraitində yaşadığını təqdirəlayiq fakt kimi qeyd edib. ABŞ-da da multikultural dəyərlərin mövcud olduğunu və yüzlərlə xalqın birgə yaşadığını vurğulayan senator dünyada sülhün bərqərar olması üçün multikulturalizmin qorunmasının vacibliyini deyib. Azərbaycanda üçüncü dəfə olduğunu deyən Don Şuter hər səfərində ölkədə yeni inkişaf meyillərini müşahidə etdiyini diqqətə çatdırıb. Azərbaycanın multikulturalizm modelinin təbliği və təşviqi ilə bağlı görülən işləri təqdir edən senator bu istiqamətdə gələcək əməkdaşlıqların mümkünlüyünü də bildirib.
Senator Pamela Rouç multikulturalizmi dövlət siyasəti elan edən Azərbaycanda yaşayan bütün xalqların bərabər hüquqlara malik olmasının diqqətəlayiq fakt kimi dəyərləndirərək deyib: “Bizi birləşdirən dəyərlər azadlıqlarımız, bərabər hüquqlarımızdır. Multikulturalizmin mahiyyəti də bizi fərqləndirən dəyərlərlə birləşməyimizdir. Mən bunu Azərbaycanda görməkdən çox məmnun oldum. Bildiyimə görə, burada dünya xəritəsində yalnız Azərbaycanda yaşayan bir neçə xalq məskunlaşıb, onlar öz dillərində danışırlar, burada etnik azlıqlar öz dillərində təhsil almaq imkanına malikdirlər. Amerika ilə müqayisədə götürsək, orada yalnız ingilis dilində təhsil verilir, etnik azlıqların dilində təhsil məsələsi hələ də həllini tapmayıb. Bu baxımdan Azərbaycanın multikulturalizm təcrübəsi alqışalayiqdir”.
Senator gələcəkdə bu istiqamətdə əməkdaşlıqların hər iki ölkə üçün faydalı olacağına inandığını söyləyib.
Alyaska ştatı nümayəndələr palatasının üzvü Ves Keller Azərbaycanın tarixi, multikultural ənənələri və inkişaf mərhələləri ilə bağlı geniş məlumat verdiyinə görə Dövlət müşavirinə dərin minnətdarlığını ifadə edib. Senator bildirib ki, dünya ölkələri mənasız rəqabət aparmaqdansa, bir-birilərini dəstəkləsələr, bir-birilərinin dəyər anlayışlarına qarşılıqlı hörmətlə yanaşsalar sülhün, əmin-amanlığın qorunmasına böyük töhfələr verə bilərlər.
Səmimi şəraitdə davam edən görüşdə hər iki ölkənin multikulturalizm təcrübəsinin qarşılıqlı mübadiləsi məsələləri müzakirə edilib. Qonaqlara BBMM-in nəşrləri hədiyyə olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04

