/ / Natiq Cəfərov qanunsuz sahibkarlıq fəaliyyəti həyata keçirərək külli miqdarda gəlir əldə etdiyini etiraf edib
Natiq Cəfərov qanunsuz sahibkarlıq fəaliyyəti həyata keçirərək külli miqdarda gəlir əldə etdiyini etiraf edib
16.08.2016 [15:11]
O, verdiyi ifadələrində qrant müqavilələrini müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirmədiyini, ayrılmış qrant vəsaitini dostu, eyni zamanda, həmin dövrdə “REAL” adlanan təşkilatın həmsədri olmuş İlqar Məmmədovun köməkliyi ilə mənfəət əldə etmək məqsədi ilə aldığını və fiziki şəxs kimi həmin vəsaitlərin rəhbəri olduğu layihələr üzrə xərclənməsinə sərəncam verdiyini təsdiq edib
Məlum olduğu kimi, öz inkişafına görə fərqlənən Azərbaycan bu gün sosial-iqtisadi inkişafı ilə yanaşı, sabitliyi ilə də dünyanın nümunə sayılacaq ölkələrindəndir. Eyni zamanda, hər zaman seçdiyi demokratik inkişaf xəttinə sadiqlik nümayiş etdirən Azərbaycanda vətəndaşların hüquq və azadlıqları qanunvericiliklə qorunur, eləcə də vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə azad şərait yaradılıb. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, cəmiyyətin inkişafına, vətəndaş birliyinə xidmət göstərən bu institutların daha səmərəli fəaliyyət göstərməsi üçün dövlətimiz onların maliyyələşdirilməsi məsələsini öz üzərinə götürüb.
Lakin bu məqamda bir məsələni təəssüflə vurğulamaq vacibdir. Belə ki, normal qanunlar çərçivəsində fəaliyyət göstərənlərlə yanaşı, ölkəmizdə yaradılan bu demokratik ab-havadan sui-istifadə etməyə çalışan qeyri-hökumət təşkilatları da tapılır. Daha dəqiq desək, ölkəmizdə bəzi şəxslər QHT pərdəsi altında gizlənərək öz şəxsi mənafeyi üçün çalışır, dövlətin qanunlarından yayınaraq külli miqdarda maliyyəni mənimsəyir, eləcə də vergilərdən yayınaraq qanun pozuntusuna yol verirlər. Bu azmış kimi sadalanan iqtisadi cinayətlərə yol verən şəxslərin bir qismi əməlləri ifşa edildikdən sonra məsələyə siyasi don geyindirməklə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Lakin hamı bilməlidir ki, hüquqi dövlət olan Azərbaycanda qanunu pozan hər kəs layiqli cəzasını alır.
Bu məqamda xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidməti dünən yuxarıda bəhs edilən əməllərə dair daha bir məlumat yayıb. Daha doğrusu, mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarına dair Maliyyə və Ədliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işi üzrə zəruri istintaq əməliyyatları davam etdirilir.
Məlumatda qeyd edilir ki, cinayət işi üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə və sair istintaq hərəkətləri yerinə yetirilib, Cəfərov Natiq Mehman oğlunun cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması barədə səlahiyyətli dövlət orqanlarından daxil olmuş məlumatlar məhkəmə qərarı əsasında Maliyyə və Vergilər nazirlikləri, həmçinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssisləri tərəfindən yoxlanılıb.
Natiq Cəfərovun 2011-2014-cü illərdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs kimi özü üçün qanunsuz üstünlük əldə etmək, yəni vergiləri ödəməkdən yayınaraq gəlir əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq sui-istifadə edib Demokratiyaya Milli Dəstək Fondu tərəfindən özünün bilavasitə həyata keçirdiyi layihələr üzrə ayrılmış 94 565 ABŞ dolları məbləğində müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmayan qrant müqavilələri üzrə pul vəsaitlərinin “Bank Respublika” ASC-nin Nərimanov filialında yerləşən bank hesablarına köçürülməsini təmin etməklə nağdlaşdırıb götürərək təşkilati-sərəncamverici funksiyaları həyata keçirən layihə rəhbəri kimi müxtəlif vəzifələrə işçilər cəlb edərək özünə, eləcə də həmin şəxslərə xidmət və əmək haqları adı ilə pul vəsaitlərinin ödənilməsini təşkil etməsində, müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 71 334 manat məbləğində xeyli miqdarda gəlir əldə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasında əsaslı şübhələr müəyyən edilib.
Bu məqamda xatırladaq ki, “Real” adlanan təşkilatın həmtəsisçisi kimi tanınan Natiq Cəfərovun həmin qurumdakı “şəriki” İlqar Məmmədov da törətdiyi bir sıra cinayətlərə görə həbs edilib.
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda həmçinin bildirilir ki, N.Cəfərov iş üzrə verdiyi ifadələrində göstərilənləri təsdiq edərək qrant müqavilələrini müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirmədiyini, ayrılmış qrant vəsaitini dostu, eyni zamanda, həmin dövrdə REAL Hərəkatının həmsədri olmuş İlqar Məmmədovun köməkliyi ilə mənfəət əldə etmək məqsədi ilə aldığını və fiziki şəxs kimi həmin vəsaitlərin rəhbəri olduğu layihələr üzrə xərclənməsinə sərəncam verdiyini təsdiq edib.
Əlavə edək ki, Natiq Cəfərovun Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələrində nəzərdə tutulan əməlləri törətməsində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə istintaq davam etdirilir.
Beləliklə, dövlətin qanunlarını pozaraq külli-miqdarda pul vəsaitlərini mənimsəməyə çalışan bu kimi şəxslərin özləri “demokratiyadan”, qanunpərəstlikdən danışsalar da, əməlləri göz önündədir. Məhz İlqar Məmmədov kimilərin “istiqamətləndirməsi” ilə vergidən yayınma, qanunsuz sahibkarlıq və s. bu kimi əməlləri özlərinin “adətinə çevirmiş” Natiq Cəfərov kimi şəxslər məsuliyyətdən yaxa qurtara biləcəklərini düşünürlər. Amma reallıq budur ki, hüquqi dövlət olan Azərbaycanda hər kəs törətdiyi cinayətin, etdiyi qanun pozuntusunun cavabını verməlidir. Eləcə də Natiq Cəfərov kimi qeyri-qanuni fəaliyyətlə məşğul olanlar da...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50

