Erməni nasizmi baş qaldırır
29.06.2016 [10:03]
Ukraynanın populyar “Versii.com” portalı hüquq elmləri doktoru, Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü Arif Quliyevin “Erməni millətçiliyi baş qaldırır” məqaləsini dərc edib. AZƏRTAC bu məqaləni oxuculara təqdim edir.
İrəvanda nasist cəlladı Qaregin Njdeyə abidə ucaldılması dünyanın bütün zəkalı insanlarını həm qəzəbləndirdi, həm də heyrətləndirdi. Bu nədir, ermənilərin tarixi savadsızlığı? Siyasi dönüş və faşizmə üz tutma? Qəhrəman çatışmazlığı? Vətənpərvərlik ruhunun zəifləməsi? Yoxsa indi nasizm yenidən dəbdədir? Niyə ermənilərə Hitlerlə əməkdaşlıq etdiyinə görə mühakimə olunmuş “qəhrəman”ı diriltmək lazım olub? Bu suallar sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyən insanları çox düşündürür.
Amma “milli qəhrəman”, nasist “Erməni legion”unun yaradıcısı və rəhbəri Qaregin Njdeyə Ermənistan hakimiyyətinin İrəvanın mərkəzində, hökumət idarələri ilə bir məhəllədə ən şərəfli yer ayırmasının, yəqin ki, bir səbəbi var. Belə bir şərəfə hətta faşistlərlə mübarizə aparan marşal Baqramyanın abidəsi də layiq görülməyib.
Yanılma ola bilməz: ermənilər faşist əlaltısı və nasisti, Q.Njde ilə bərabər onun sərsəm “Böyük Ermənistan” ideyasını da düşünülmüş şəkildə yoxluqdan qaytarıblar. Əlbəttə, müəyyən vaxt keçdikdən sonra Qaregin Njdenin dünya tarixi qarşısında təqsirsizliyi “versiyasını” qəbul etmək, guya törətmədiyi günahlara görə mühakiməsini səhv sanmaq, Stalin repressiyalarının qurbanı hesab etmək olardı. Tarixi yenidən yazmaq, arxivlərdə düzəliş aparmaq... olardı, lakin... Qaregin Njde özündən sonra böyük “mənəvi irs” qoyub gedib. Bu “irs” Njdedin nasist ideallarına sadiqliyinə şübhə yeri qoymur. Budur, onun ermənilərə “müraciət”indən bircə sitat: “Arilik, igidlik, erməni gənci, budur, çağdaşlarının dini. Cəsarətli ol, ari cəsarətinə pərəstiş et, əgər özünün, xalqının sabah da yaşamasını istəyirsənsə, erməni bu cür olmalıdır”. Bir əlavə: “Xalqlar əvvəl-axır onlara verilənə, yalvarıb aldıqlarına yox, yalnız layiq olduqlarına, öz gücləri ilə əldə etdiklərinə sahiblənirlər”.
Ermənilər Qaregin Njdenin faşist Almaniyası ilə əməkdaşlığına haqq qazandırırlar. Onun məktubundan sitat gətirirəm: “İkinci Dünya müharibəsinin ilk günlərində nüfuzlu alman mətbuat orqanları erməniləri irqçilikdə ittiham edərək, onlara qarşı düşmənçilik çağırışları etdilər. Nasistlərin “rəsmi elmi” müəyyən etdi ki, ermənilər ari yox, Ön Asiya mənşəlidir. Beləliklə, ermənilərə qarşı ayrı-seçkilik üçün zəmin hazırladılar... Xaricdəki erməni icmaları üçün son dərəcə əlverişsiz vəziyyət yarandı. Ermənilərin müdafiəsi üçün “Bolqar-erməni mədəni yaxınlaşma Komitəsi” müfəssəl memorandum hazırladı. Bu memorandumda vurğulanırdı ki, keçmişdə erməni mədəniyyətinin təsiri çoxəsrlik erməni faciəsidir. Memorandum Sofiyadakı alman elçisinə təqdim edildi. Elçi mənə və professor Komarova memorandumu təqdim etməkdən ötrü Berlinə nümayəndə heyəti göndərməyi təklif etdi... O anın siyasi vəziyyətinin təzyiqi altında və xaricdəki erməni icmalarını gözləyən yeni fəlakətlərin qarşısını almaq üçün Berlinə yollandım... Bir ay sonra yenindən Berlinə getdim. O vaxtlar Berlində yerli ermənilərin dəvəti ilə parisli antropoloq Kerumyan fəaliyyət göstərirdi. Ermənilərin ari mənşəyini (!!!!!) elmi cəhətdən sübut etməli olan və beləliklə, onları yəhudilərin acı aqibətindən qorumalı olan komissiya yaradılmışdı”.
Nasistlərlə əməkdaşlıq edərək və Holokost - yəhudi xalqının soyqırımı da daxil olmaqla, faşistlərin törətdiyi cinayətlərin ortağı olmaqla nasistlərə öz ari mənşəyini sübut etmək ən azı qəribədir. SSRİ və bütün sivil dünyanın faşist vəbasına qarşı mübarizə apardığı, Hitlerin işğal etdiyi əraziləri azad etdiyi bir zamanda Njde guya faşizmdən, amma erməni faşizmindən yararlanaraq nasizmə qarşı “mübarizə aparırdı”.
Amma faktlar yaman tərs şeydir. Hətta general Njdenin həyatına qısa ekskurs onun faşist ideologiyasına sadiqliyini, Üçüncü Reyxlə sıx əməkdaşlığını sübut edir. Almaniyada Adolf Hitlerin hakimiyyətə gəlməsindən sonra Qaregin Njde bu ölkədə yaşayan ermənilər arasında faşizm ideyaları yayır, faşist ideologiyasını təbliğ edən “Seqakon” adlı təşkilat yaradır. O, Şərq Nazirliyinin (Österministerium) tərkibinə daxil olan Erməni Milli Şurasının fəal üzvü olub. Həmçinin Sovet Ermənistanının Almaniyanın koloniyasına döndərilməsi üçün nazir Alfred Rozenberqə müraciət edib. 1942-ci ildə general Dro (Drastamat Kanayan) ilə birlikdə ilkin olaraq Vermaxtın tərkibində olan, sonra SS qoşunlarının tabeliyinə verilən erməni legionunu yaradıb. Njde əsir düşən erməni hərbçiləri qarşısında çıxışlar edir, onları faşist Almaniyası tərəfində döyüşməyə çağırırdı. Qısa müddətdə erməni legionundakı döyüşçülərin sayı 30 min nəfərə çatdı. Njde və Dronun rəhbərliyi ilə “Erməni legionu” işğal olunmuş ərazilərində yəhudi və qaraçılara qarsa “təmizlik işləri” aparırdı. 809-ci erməni batalyonu Ukrayna və Polşada partizanlara qarşı cəza əməliyyatları həyata keçirirdi. Legionun Yevpatoriya, Aluşta, Kerç və Krımın digər ərazilərində əməliyyatları xüsusi qəddarlığı ilə seçilirdi. “Erməni legionu” Qafqazın işğalı əməliyyatlarında da fəal iştirak edib. 1948-ci ildə Bolqarıstanda həbs edilən Njde hərbi cinayətkar kimi mühakimə olunub və 25 il müddətə azadlıqdan məhrum edilib.
İndi deməyəcəyik ki, nasist cəlladına abidə ucaldılması ata və babaları faşizmə qarşı mübarizədə həlak olmuş keçmiş SSSRİ ölkələrinin milyonlarla vətəndaşının qəlbinə tüpürməkdir. Bu, öz-özlüyündə aydındır. Həm də bu, Ermənistanda faşizm tərəfdarlarının qəhrəmanlaşdırılmasına dair ilk hadisə deyil. Bu ölkədə nasist cinayətkarları Dro və Njdenin şərəfinə xatirə sikkələr zərb olunur, filmlər çəkilir. İrəvanda Qaregin Njdenin adını daşıyan meydan və metro stansiyası var. Drastamat Kanayanın adına küçə də. Faşist cəlladlarına pərəstişin zirvəsi İrəvanın mərkəzində Njdeyə abidənin ucaldılması və Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanın açılış mərasimində iştirakıdır.
Bütün bunlardan başqa, narahatlıq doğuran həm də budur ki, nasist xadiminə təmtəraqla abidə qoyan Ermənistan bütün dünyaya öz faşist mahiyyətini nümayiş etdirir. Bu mahiyyətin alt qatında özgə əraziləri işğal etmək və başqa millətə mənsub insanları soyqırımına məruz qoymaq təhlükəsi gizlənir. Axı bu bütün dünya ictimaiyyətinə xəbərdar olmalıdır!
Qaregin Njde həm faşist əlaltısı, həm də bədnam “Daşnaksütyun” millətçi təşkilatının üzvü olub. Bu təşkilat terror fəaliyyəti, o cümlədən Azərbaycan xalqına qarşı törədilən qanlı cinayətlərlə tanınıb. Mən heç bir nəticə çıxarmayacağam, nəticələr onsuz da aydındır, lakin Ermənistan hakimiyyətinin mahiyyəti dəyişməyəcəksə, onda onu faşizmdən Böyük Vətən müharibəsindəki kimi “müalicə etmək”, sonra bəşəriyyətə qarşı soyqırımı və cinayətlər törədən caniləri mühakimə etmək lazım gələcək.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18

