Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti ölkənin inkişafında mühüm rol oynayır
14.06.2016 [10:19]
Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Multikulturalizm dilindən, dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib.
Bu fikirlər Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə iyunun 11-də Şəki şəhərində keçirilən “Multikultural dəyərlər və gənclik” mövzusunda regional konfransda səsləndirilib.
Konfransda Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov, YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov və digər qonaqlar, həmçinin YAP Şəki şəhər, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayon təşkilatlarının Gənclər Birliyinin üzvləri, partiya fəalları iştirak ediblər.
YAP rəsmiləri və şəhər rəhbərliyi əvvəlcə Ümummilli lider Heydər Əliyevin şəhər İcra Hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov konfransı açaraq, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini, bununla əlaqədar respublikamızın hər yerində silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, müxtəlif millətlərin, etnik qrupların və dinlərin mövcud olduğu Azərbaycanda dilindən, dinindən, əqidəsindən asılı olmayaraq, hamı vahid bir ailənin üzvü kimi yaşayır. Bu baxımdan xalqımızın tolerantlığı bütün dünya ölkələrinə nümunə ola bilər. Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti ölkəmizin inkişafında, vətəndaş həmrəyliyinin daha möhkəm olmasında mühüm rol oynayır.
Konfransda çıxış edən Baş nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov toplantının çox əlamətdar bir tarixi gün ərəfəsində gerçəkləşdiyini, bir neçə gündən sonra, iyunun 15-də Azərbaycanda Milli Qurtuluş Gününün qeyd ediləcəyini diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycanın müasir tarixində qurtuluş məfkurəsi xüsusi məna və əhəmiyyət kəsb edir. Azərbaycanın müasir tarixinin başlanğıcı, hazırda müstəqil respublikamızda baş verən hadisələrin, ölkənin sosial-iqtisadi inkişafının başlıca səbəbi Ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışı və qurtuluş məfkurəsi ilə birbaşa əlaqədardır.
Ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızın ictimai-siyasi həyatında baş verən hadisələri xatırladan Baş nazirin müavini həmin dövrdə hakimiyyətdə olan səriştəsiz rəhbərlərin şəxsi ambisiyaları ucbatından ölkədə xaos, böhran və özbaşınalığın yarandığını, Azərbaycanın parçalanmaq təhlükəsi ilə üzləşdiyini diqqətə çatdırıb. Qeyd edib ki, həmin dövrdə iqtidardakıların xəyanətkar əməllərinin məntiqi nəticəsi olaraq hakimiyyət böhranı son həddə çatmış, ölkəni anarxiya bürümüş, müstəqilliyimizin itirilməsi qorxusu yaranmışdı. Belə bir məqamda xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı müstəqilliyimizin yenidən itirilmək təhlükəsinə birdəfəlik son qoydu.
“Bu gün biz Azərbaycan haqqında danışarkən, eyni zamanda, respublikamızın gələcəyi ilə əlaqədar öz istək və arzularımızı formalaşdırarkən istər-istəməz qurtuluş məfkurəsinə, Ulu öndər Heydər Əliyevin qayıdışından başlayan və Azərbaycanın dirçəlişini özündə əks etdirən məfkurəyə istinad edirik”, - deyə YAP İcra katibi bildirib.
Əli Əhmədov deyib ki, multikulturalizm müasir dünyanın həyatını tənzimləyən çox vacib, nəzəri, eyni zamanda, siyasi, millətlərarası bir problem kimi mövcuddur. Azərbaycanın multikulturalizm sahəsindəki təcrübəsinin həm öyrənilməsi, həm də təbliğ edilməsi bütövlükdə dünyada bu problemlə əlaqədar baxışların aydınlaşmasına kömək göstərə bilər.
Sonra YAP Şəki şəhər təşkilatı Gənclər Birliyinin sədri Daşqın Mikayılov, YAP Qax rayon təşkilatı Gənclər Birliyinin sədri Elbrus Tağıyev, YAP Oğuz rayon təşkilatı Gənclər Birliyinin sədri Mehman Ramazanov, həmçinin partiyanın Zaqatala, Balakən və Qəbələ rayon təşkilatları Gənclər birliklərinin üzvləri Aytən Məmmədova, Leyla Qarayeva və Vüsalə Qəribova çıxış edərək, təmsil etdikləri rayonlarda multikulturalizm və tolerantlıq dəyərlərinin qorunması ilə bağlı görülən işlər barədə məlumat veriblər.
Baş nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov konfransa yekun vurub.
Konfransdan sonra Baş nazirin müavini və digər qonaqlar “Şəki-İpək” ASC-də olub, istehsal prosesi ilə maraqlanıblar. Cəmiyyətin İdarə heyətinin sədri Nizami Qəribov müəssisənin fəaliyyəti barədə məlumat verib. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının tapşırığı və tövsiyəsi ilə ənənəvi sahələrdən olan baramaçılığın inkişafı istiqamətində görülən tədbirlər artıq öz bəhrəsini verir. ASC tərəfindən indiyədək fermerlərdən 50 ton yaş barama qəbul olunub. Hazırda tədarük olunan barama müəssisənin baramaaçan istehsalatında emal edilir. Burada 195 nəfər işçi çalışır.
Baş nazirin müavini Əli Əhmədov və digər qonaqlar sonra rayonun Orta Zəyzid kəndinin ərazisində müasir texnologiyalar əsasında yeni salınan meyvə bağına baxıblar. Diqqətə çatdırılıb ki, hazırda bu ərazidə aqropark yaradılır.
Xəbər lenti
Hamısına baxGündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

