Azərbaycan-İtaliya parlamentlərarası əlaqələri inkişaf edir
27.05.2016 [10:17]
Mayın 26-da Milli Məclisin sədri Oqtay Əsədov İtaliya Respublikası Senatının Avropa İttifaqının siyasəti daimi komissiyasının sədri, senator Vanino Kitinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin sədri əmin olduğunu bildirib ki, bu səfər parlamentlərarası əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. O qeyd edib ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur. Dövlət başçıları arasındakı münasibətlər, Prezident İlham Əliyevin İtaliyaya səfəri zamanı keçirilən görüşlər əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldırıb. İndiyədək ölkələrimiz arasında 39 sənəd imzalanıb ki, bu da səmərəli əməkdaşlığa möhkəm hüquqi təminat verir.
İqtisadi əməkdaşlığın yüksək səviyyədə olduğunu deyən sədr bildirib ki, vaxtilə iki ölkə arasında ticarət dövriyyəsi 5 milyard ABŞ dolları həcmində olub. Oqtay Əsədov son dövrdə bu sahədə azalma müşahidə olunsa da, gələcəkdə bu göstəricinin daha da yüksələcəyinə inandığını qeyd edib.
Söhbət zamanı Milli Məclisin sədri parlamentlər səviyyəsində münasibətlərin yüksək səviyyədə olduğunu bildirib, hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan Milli Məclisin sədri diqqəti işğalçı Ermənistanın təxribatlarına cəlb edib. Bildirilib ki, BMT Təhlükəsizlik Şurasının, AŞPA-nın münaqişə ilə bağlı qərar və qətnamələrinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasətini davam etdirir. Problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu ötən dövr ərzində heç bir real nəticə əldə etməyib. Cəbhənin təmas xəttində erməni silahlı birləşmələri mülki əhalini iriçaplı silahlardan atəşə tutur. Bunun nəticəsi kimi aprel hadisələri yaşandı və Azərbaycan Ordusu təcavüzkara layiqli cavab verdi. Oqtay Əsədov vurğulayıb ki, işğalçı ilə işğala məruz qalanı eyniləşdirmək olmaz. Azərbaycan bununla heç vaxt barışmayacaq. Ölkələrin ərazi bütövlüyü prinsipi Azərbaycanın prinsipial mövqeyidir.
Senator Vanino Kiti ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, İtaliyanın Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafına böyük maraq göstərdiyini xüsusi vurğulayıb. Bildirib ki, dövlət başçıları arasındakı səmimi münasibətlər əlaqələrimizin inkişafına müsbət təsirini göstərir.
Qonaq parlamentlər səviyyəsində əməkdaşlığın dərinləşməsindən söz açaraq deyib ki, deputatların qarşılıqlı səfərləri, müvafiq komitələr arasında birbaşa əlaqələrin qurulması təcrübə mübadiləsi baxımından çox önəmlidir.
* * *
Həmin gün İtaliya nümayəndə heyəti Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə də görüşüb.
Komitənin sədr müavini Sevinc Fətəliyeva ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrindən söz açıb. O, Azərbaycanın tarixən Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olmasından, müstəqillik dövründə əldə etdiyi siyasi-iqtisadi uğurlardan və demokratik institutların bərqərar olmasından danışıb. Xalqımızın tolerantlığı, ölkəmizdə multikultural dəyərlərə və insan hüquqlarının qorunmasına xüsusi önəm verildiyi diqqətə çatdırılıb. Bu günlərdə Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə parlamentdə yeni amnistiya aktı qəbul olunduğu vurğulanıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyondan çox soydaşımızın hüquqlarının bərpasının vacibliyi qeyd edilib.
Nümayəndə heyətinin rəhbəri Vanino Kiti İtaliyanın Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu söyləyib. O, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Senator ölkəmizdəki inkişafı, demokratik dəyərlərə üstünlük verilməsini, insan haqları sahəsindəki uğurlu addımları, sözügedən amnistiya aktını məmnunluqla qeyd edib. O, İtaliyanın Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu söyləyib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19

