Azərbaycan-İran mədəni əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
25.05.2016 [10:19]
“İran və Azərbaycan qonşu dövlətlərdir, xalqlarımız eyni tarixə və mədəniyyətə malikdir. Bu reallıqları nəzərə alan hər iki ölkənin prezidentləri bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə önəm verirlər. Yaxın əlaqələrin qurulması xalqlarımızın maraqlarını əks etdirir. Dünyada baş verən siyasi proseslər İslam aləminin həmrəyliyini zərurətə çevirib. Tarix boyu birgə yaşamış Azərbaycan və İran xalqlarının yaxınlığı dövlətlərin əməkdaşlıq əlaqələrinin inkişafına təkan verir”.
Bu fikirlər Təbrizdə səfərdə olan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə ilə görüşündə bildirilib.
M.Qurbanlı deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planına uyğun olaraq Təbriz şəhərində “Radikalizmlə mübarizədə İslam həmrəyliyi” devizi altında “Azərbaycan - İslam mədəniyyətinin incisi” adlı fotosərgi açılıb. Sərgidə Azərbaycanda fəaliyyət göstərən və ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağdakı məscidlər haqqında Təbriz ictimaiyyətinə geniş məlumat verilib. Bu fotosərgi Azərbaycanda dini dəyərlərə dövlət tərəfindən göstərilən diqqət və qayğını nümayiş etdirir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan komitə sədri son vaxtlar cəbhə xəttində baş verən hadisələr haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Ordusu öz qüdrətini göstərərək erməni qəsbkarlarına layiqli cavab verdi. Azərbaycan güclü orduya malikdir və hər an torpaqlarını erməni işğalından azad etməyə hazırdır. Lakin rəsmi Bakı sülh tərəfdarı olduğu üçün işğal altındakı torpaqlarının qan tökülmədən, sülh yolu ilə azad edilməsinə çalışır. Əgər Ermənistan konstruktiv mövqe tutmasa, Azərbaycan öz ərazi bütövlüyünü ordusunun köməyi ilə bərpa etmək məcburiyyətində qalacaq. Qeyd olunub ki, erməni təcavüzünə məruz qalan Azərbaycan daim İranın ölkəmizə dəstəyini hiss edib.
Komitə sədri Bakıda İran filmləri həftəsinin keçirildiyini xatırladaraq, iki ölkənin mədəniyyət əlaqələrinin möhkəmləndirilməsinin zəruriliyini qeyd edib. Bildirilib ki, Təbrizdə də Azərbaycan filmlərinin nümayiş etdirilməsi mədəni əlaqələrin inkişafına səbəb olar.
Görüşdə iştirak edən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov rəhbərlik etdiyi muzeydə Təbrizin tarixinə və ədəbiyyatına dair guşə yaradılmasını təklif edib. Eyni zamanda, Təbrizin Tarix Muzeyində də Azərbaycanın tarixini və ədəbiyyatını əks etdirən eksponatlardan ibarət guşə yaradıla bilər.
İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmail Cabbarzadə Gəncə şəhərinə səfərini xatırlayaraq Azərbaycanın inkişaf etdiyini bildirib. İrəli sürülən təklifi yüksək qiymətləndirən vali yaxın aylarda Təbrizdə Gəncə günlərinin də keçiriləcəyini nəzərə çatdırıb. Qeyd olunub ki, mədəni əlaqələr xalqların yaxınlığına və ümumi inkişafa xidmət edir.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

