Heydər Əliyev siyasəti nəticəsində bu gün Azərbaycan qüdrətli dövlətə çevrilib
05.05.2016 [10:00]
Eldar İbrahimov: Azərbaycan Prezidenti İlham Əliyevin cəbhə bölgəsinə səfəri xalqımızın ruh yüksəkliyini daha da artırıb
“Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan tarixində xidmətləri misilsizdir. Heydər Əliyev dünyanın nadir şəxsiyyətlərindən biridir. Həm sovetlər dövründə, həm də müstəqillik illərində Ulu öndər Azərbaycanın inkişaf və tərəqqisi üçün tarixi addımlar atıb. Birmənalı olaraq deməliyik ki, bugünkü Azərbaycanın uğurlarının əsasında Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanır”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbər seçilərkən respublikamız keçmiş ittifaq miqyasında çox geridə qalırdı. Amma Ulu öndərimiz qısa müddətdə respublikamızı inkişaf yoluna çıxardı: “Hələ sovetlər dövründə Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyi üçün zəmin hazırlayırdı. O zaman SSRİ respublikaları arasında Azərbaycan yeganə respublika idi ki, Azərbaycan dili dövlət dili kimi Konstitusiyaya daxil edildi. Bunun təşəbbüskarı və səbəbkarı məhz Ulu öndər idi. Hətta o zaman Ukraynanın birinci katibi Ulu öndər Heydər Əliyevə söyləmişdi ki, “bununla nə etmək istəyirsən, indi biz də dilimizi konstitusiyaya salaq? Axı rus dili dövlət dilidir”. O zaman Ulu öndər cavab olaraq bu məsələnin onların öz işi olduğunu, Azərbaycanın daxili işinə qarışmamağı tövsiyə etmişdi. Yəni Heydər Əliyevin böyük nüfuzu, apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dili Konstitusiyamıza dövlət dili kimi daxil edildi”.
Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında böyük xidmətlər göstərdiyini deyən YAP İdarə Heyətinin üzvü 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul olunmasının ən böyük xidmətlərdən biri olduğunu vurğulayıb: “Ulu öndər 1991-ci ilin sentyabrında Naxçıvan Ali Məclisinin Sədri seçilməklə Naxçıvanı böyük bəlalardan, erməni işğalından xilas etdi. O zaman Naxçıvanı nəinki Ermənistan, hətta Azərbaycanın ozamankı rəhbərliyi də blokadaya salmışdı. Ancaq Ulu öndər İrandan və Türkiyədən gələn yardımlarla Naxçıvan əhalisini yaşatdı, hətta Naxçıvanın müdafiə komitəsini yaratdı. Aqrar sahə ilə bağlı çalışan bir insan kimi deyə bilərəm ki, 1992-ci ildə ilk dəfə torpaq islahatına məhz Naxçıvanda Ulu öndər tərəfindən başlanılıb”.
1993-cü ildə Azərbaycanın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını xatırladan E.İbrahimovun sözlərinə görə, məhz xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev xalqımızı bu təhlükədən xilas etdi. Komitə sədri bildirib ki, qısa müddət ərzində ictimai-siyasi sabitliyi bərpa edən Ulu öndər ölkəmizi inkişaf yoluna çıxardı: “1994-cü ilin may ayında atəşkəs elan olundu, həmin ilin sentyabrında isə “Əsrin müqaviləsi” imzalandı. Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın neft strategiyası ilə ölkəmizin inkişafının əsası qoyuldu və həmin dövrdən etibarən Azərbaycan hərtərəfli inkişaf etməyə başladı. Bu gün əminliklə deyə bilərik ki, Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası Azərbaycanın uğurlarının əsasını təşkil edir. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir, dünyada söz sahibi olan dövlətə çevrilib. Bu gün ölkəmizin razılığı olmadan bölgədə hər hansı beynəlxalq layihələr reallaşa bilməz. Eləcə də ölkəmiz dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bir sözlə, Heydər Əliyev siyasəti nəticəsində bu gün Azərbaycan qüdrətli dövlətə çevrilib”.
E.İbrahimov uğurlu siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına da inandığını vurğulayıb. Onun sözlərinə görə, aprelin əvvəlində Azərbaycan Ordusu düşmən təxribatlarına layiqli cavab verdi və işğal altında olan torpaqların bir hissəsi azad olundu: “Ölkə Prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi müdafiə sahəsindəki qüdrətimizi düşmənə, eləcə də bütün dünyaya göstərmiş oldu. Eyni zamanda, mayın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın cəbhə bölgəsinə səfər etməsi və düşmənlə təmas xəttində yaşayan insanlarla görüşməsi əsl vətənpərvərlik nümunəsidir. Bu səfər bütün Azərbaycan xalqında ruh yüksəkliyini daha da artırıb”.
E.İbrahimov bildirib ki, 2003-cü ildə cənab İlham Əliyev dövlət başçısı seçilərkən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağını bəyan etmişdi və bu səfər bunu bir daha təsdiqlədi. Onun sözlərinə görə, hər bir vətəndaşın Prezidenti kimi cənab İlham Əliyev insanların çətin, ağır günlərində də daim onların yanındadır.
“Bir neçə gün əvvəl Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın Tərtər, Ağdam və Bərdə rayonlarına səfəri və işğalçı erməni hərbi birləşmələrinin atəşkəsi pozması nəticəsində zərər çəkmiş insanlarla görüşməsi bu faktı bir daha təsdiqləyir. Bu səfər bir daha göstərdi ki, dövlət başçısı bütün məsələləri şəxsi nəzarətində saxlayır, bilavasitə yerlərə səfər edərək vəziyyəti qiymətləndirir, lazımi qərarlar qəbul edir və müvafiq tapşırıqlar verir. Prezident İlham Əliyev hər bir vətəndaşın, xüsusilə cəbhə bölgəsində yaşayan insanların problemlərinə həssaslıqla yanaşır, onların müdafiəsini gücləndirmək, həyat və iş şəraitini, güzəranını yaxşılaşdırmaq üçün bütün lazımi tədbirləri görür. Bu səfər vasitəsilə dünya ictimaiyyəti işğalçı Ermənistanın dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərin bir daha şahidi oldu. Hesab edirəm ki, dünya birliyi, o cümlədən ATƏT-in Minsk qrupu Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, münaqişənin dinc yolla həlli istiqamətində ciddi, əməli addımlar atmalıdır. Əks halda, bu missiyanı Azərbaycan Ordusu yerinə yetirəcək”, - deyə E.İbrahimov vurğulayıb.
Xəbər lenti
Hamısına baxMüsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30

