Avropa ilə Azərbaycan arasında əlaqələr inkişaf edir
30.04.2009 [17:39]
Avropa İttifaqı (Aİ) ilə sıx əməkdaşlıq əlaqələrini dərinləşdirən Azərbaycanın təşkilatla münasibətləri günü-gündən inkişaf edir. Aİ ilə Azərbaycan bir çox sahələrdə, o cümlədən, enerji təhlükəsizliyi sahəsində müsbət dialoq içərisindədir. Avropanın yanacaq və enerji ehtiyatlarına ildən-ilə artan tələbatı təşkilatın ölkəmizlə tərəfdaşlığına marağını daha da artırır.
ümumiyyətlə, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın Qərbə inteqrasiyası prosesində Aİ ilə əlaqələrin möhkəmləndirilməsinə, fərqli müstəvilərdə inkişafına xüsusi diqqət yetirilib. Bu mənada ulu öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin fəaliyyəti xüsusi olaraq qeyd edilməlidir. Azərbaycan Prezidentinin Belçika Krallığına son səfəri zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olması bir daha vurğulanıb. Avropa Qonşuluq Siyasəti çərçivəsində artan templə inkişaf edən əlaqələr “Şərq tərəfdaşlığı” təşəbbüsünün reallaşması ilə yeni mərhələyə qədəm qoyur. Keçirilən görüşlər zamanı bu məsələyə xüsusi olaraq toxunan Avropa Komissiyasının (AK) sədri Joze Manuel Barrozu Azərbaycanla təmsil etdiyi qurum arasında enerji sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalandığını qeyd edib. AK sədri Azərbaycanı Cənubi Qafqaz regionunda olduqca mühüm tərəfdaş adlandıraraq dialoq və əməkdaşlığın intensivləşdirilməsinin hər iki tərəfə böyük fayda gətirəcəyinə əmin olduğunu bildirib: “Artıq on ildir ki, həyata keçirilən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi möhkəm bünövrədir. Avropa İttifaqı Azərbaycanın ümumi xarici ticarətində təxminən 30 faizi təşkil edərək, bu ölkənin əsas ticari tərəfdaşıdır. Son illər ərzində Azərbaycan iqtisadiyyatı mühüm artım rəqəmlərini nümayiş etdirmişdir. 2008-ci ildə ölkənin iqtisadi artımı 10,8 faiz səviyyəsində olmuşdur”.
Həqiqətən də ulu öndər Heydər Əliyevin yaratdığı neft strategiyası Azərbaycanı dünyaya tanıtdırıb. Bu məsələ bir daha AK rəhbərinin dilindən səslənib. Barroza qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələrin genişləndirilməsi təşkilatın da marağındadır: “Mən, həmçinin regional sabitlik sahəsində əlavə irəliləyişin vacibliyini qeyd etdim. Həmin məsələ ilə bağlı özümün və Avropa İttifaqının fikirlərini bölüşdüm. Biz hesab edirik ki, enerji Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx münasibətlər üçün çox mühüm amildir. Əməkdaşlığımızın gücləndirilməsi ilə bağlı fikirlərdə yekdilik. Bildiyiniz kimi, təhlükəsizlik Avropa İttifaqı üçün ən vacib prioritetdir. Azərbaycan həm hasilatçı, həm tranzit ölkə baxımından əhəmiyyətli tərəfdaşdır. Vəziyyəti təhlil etdiyinə görə, mən, Prezident Əliyevə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Mən, Prezident Əliyev ilə xüsusi olaraq NABUCCO layihəsini müzakirə etdim. Hesab edirik ki, bu layihə bütöv region və Avropa üçün önəmlidir. Azərbaycan tərəfindən enerji siyasəti sahəsində qəbul edilmiş çətin, lakin cəsarətli qərarları alqışlayıram”.
Həqiqətən də, ulu öndərin Azərbaycanın inkişafının, əldə edəcəyi uğurların təməli kimi qiymətləndirilən neft strategiyasının dünyada tanıtdırılmasında, beynəlxalq təşkilatlarla əlaqələrin inkişafında Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri xüsusi rol oynayır. Dövlət başçısı hələ ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri olarkən bu əlaqələrin inkişafına böyük təkan vermişdi. Bu gün əlaqələr məhz həmin intensivliklə inkişaf etdirilir. Prezident İlham Əliyev Belçika səfəri zamanı çıxışında bir daha vurğulayıb ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafına çox mühüm əhəmiyyət verir. Aparılan danışıqlar isə hər iki tərəfin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rola malikdir: “Faktiki olaraq, son beş il ərzində, ölkəmizdə görünməmiş iqtisadi artım müşahidə olunmuşdur. ümumi daxili məhsul 2,6 dəfə, sənaye istehsalı 2,5 dəfə, büdcə xərcləri isə, 10 dəfə artmışdır. Bu il, iqtisadi böhrana və neftin qiymətlərinin gözəçarpan dərəcədə bir neçə dəfə aşağı düşməsinə baxmayaraq, biz artımı davam etdirəcəyik. Cari ilin birinci rübündə iqtisadiyyatımız 4 faizdən çox artmışdır. Ən vacibi isə ondan ibarətdir ki, qeyri-neft iqtisadiyyatı 14 faiz artmışdır. Bu, aydın şəkildə onu göstərir ki, bizim iqtisadi inkişafın şaxələndirilməsi, sərmayələr və iqtisadi islahatlar siyasətimiz onunla nəticələnmişdir ki, biz artıq neft və qazdan asılı deyilik. Neft və qaz iqtisadiyyatımızda əvvəl olduğu kimi, həlledici rol oynamır. Biz iqtisadi islahatları davam etdiririk. ötən il, Dünya Bankı özünün “Doing Business” hesabatında Azərbaycanı bir nömrəli islahatçı ölkə elan etmişdir.
Azərbaycanda, həmçinin, siyasi islahatlar aparılır. İqtisadi və siyasi islahatlar aralel şəkildə həyata keçirilir. Bizim üçün Avropa İttifaqı ilə münasibətlər vacibdir, çünki biz istəyirik ki, həyatımızın bütün meyarları Avropa İttifaqının meyarlarına uyğun olsun. Həmin əlaqələrimiz çox möhkəmdir. Onların yaxşı gələcəyi var və ikitərəfli maraqlara əsaslanır.
Enerji cənab Sədr ilə ciddi şəkildə müzakirə etdiyimiz məsələlərdən biri idi. Mən Avropada müzakirə olunan layihələrə bir daha öz dəstəyimi bildirdim. Azərbaycan Xəzərdən Qərbə gedən boru kəmərlərinin tikintisini başlayan ölkə oldu. Məhz bizim təşəbbüslərimiz və işlərimiz əsasında bu gün biz NABUCCO, Türkiyə-Yunanıstan-İtaliya, Transadriatik qaz kəmərləri və digər layihələr haqqında danışa bilərik, çünki biz bütün zəruri ilkin işləri artıq yerinə yetirmişik. Bu gün, nəhəng neft və qaz ehtiyatları, müasir infrastruktur, boru kəmərləri və önəmli məkanda yerləşən Azərbaycan, əlbəttə ki, regional enerji təhlükəsizliyi və Avropanın enerji təhlükəsizliyində mühüm rolunu davam etdirir. Avropa Azərbaycanın böyük tərəfdaşıdır. Əminəm ki, bu səfər və gələcəkdə atılacaq addımlar həmin münasibətləri möhkəmləndirəcəkdir”.
Avropaya səfərlərin ən əsas məqamı isə uzun illərdir davam edən Ermənistanın Dağlıq Qarabağ ərazilərini işğal altında saxlaması faktını dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdı. Bu fürsətdən istifadə edərək Azərbaycan həqiqətlərini beynəlxalq aləmin diqqətinə çatdıran Prezident İlham Əliyev Brüsseldə bir daha elan edib ki, problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı və Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmalıdır: “İyirmi ilə yaxındır ki, Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal edilmişdir. Bunun nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq təşkilatlar bu işğalı pisləyən qətnamələr qəbul etsə də, Ermənistan buna məhəl qoymur. Azərbaycanın mövqeyi qətidir. İşğal olunan ərazilər boşaldılmalı, məcburi köçkünlər doğma torpaqlarına qayıtmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”.
Dövlətimizin başçısı bildirib ki, Ermənistan təkcə Dağlıq Qarabağı yox, onun ətrafındakı 7 rayonu da işğal edib: “Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Azərbaycan heç vaxt Dağlıq Qarabağa müstəqillik verməyəcək. Münaqişənin yeganə həll yolu Ermənistanın işğal altında saxladığı torpaqları azad etməsidir. Bundan sonra Azərbaycan Dağlıq Qarabağa ən yüksək özünüidarə statusu verə bilər. İşğal siyasətinin sonu yoxdur”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38
