Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Baş nazir Artur Rasizadə Rusiyanın və Qətərin ölkəmizdəki səfirləri ilə görüşüb

Baş nazir Artur Rasizadə Rusiyanın və Qətərin ölkəmizdəki səfirləri ilə görüşüb

30.04.2009 [17:38]

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, dünən Baş nazir Artur Rasizadə Rusiyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Vladimir Doroxin və Qətərin respublikamızdakı səfiri Şeyx Mübarək bin Fəhd Casim Al Tani ilə onların xahişilə görüşüb. ölkəmizdə diplomatik missiyalarına başlamaları münasibətilə qonaqları səmimi təbrik edən Baş nazir Artur Rasizadə səfirlərə respublikadakı mövcud iqtisadi-siyasi və sosial durum, habelə Qarabağ münaqişəsi və onun həlli yolunda Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi barədə ətraflı məlumat verib. O, istər Azərbaycan-Rusiya, istərsə də Azərbaycan-Qətər arasındakı uğurlu diplomatik əlaqələrin, aparılan səmərəli fikir mübadilələrinin, ayrı-ayrı dövlət və özəl qurumlarının iqtisadi-humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığının əlaqələrimizin daha səmərəli şəkildə inkişafına kömək edəcəyinə əminliyini bildirib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 1217 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

YAP xəbərləri

Enerji siyasəti

12 Yanvar 22:32

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31