Bəhruz Quliyev: Şovinist əhval-ruhiyyə erməni millətinin geninə hopub
29.03.2016 [11:07]
Rusiyanın “Vestnik Kafkaza” informasiya agentliyinin əməkdaşı ötən əsrin 90-cı illərinin əvvəlində SSRİ-nin dağılmasına səbəb olan hadisələrlə bağlı “Səs” qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevdən müsahibə alıb. SİA “Vestnik Kafkaza” agentliyinin saytına istinad edərək həmin müsahibənin tərcümə olunmuş variantını təqdim edir.
- İyirminci əsrin 80-90-cı illərində SSRİ-də separatçıların aktivləşdiyi bir vaxtda medianın, xüsusilə də milli medianın rolu nədən ibarət idi?
- 1988-90-cı illərdə əksər media qurumları sovet ideologiyasının tam təsiri altında olduqlarından, əksər media orqanları senzuraya məruz qaldığından respublikalarda baş qaldırmış separatçı əməllərlə bağlı məlumatları bir o qədər də aktiv işıqlandıra bilmirdilər. Separatçılığı ifşa edən qəzetlər senzuraya məruz qalırdı. Bir sözlə, mərkəzi hakimiyyət - Moskva respublikalarda separatçıların fəaliyyəti ilə bağlı məlumatların yayılmasını bilərəkdən əngəlləyirdi. Bu da ayrı-ayrı respublikalarda millətlərarası münasibətlərin qızışmasına, sonradan silahlı toqquşmaya gətirib çıxardı.
- SSRİ-nin dağılmasında respublikalarda olan millətçi əhval-ruhiyyə hansı rol oynadı? Hər şey nədən başladı?
- Əksər siyasətçilər belə düşünür ki, SSRİ-nin dağılması prosesi Dağlıq Qarabağda erməni separatçılığından sonra başladı. Həmin dövrdə ermənilər SSRİ rəhbərliyinin bilavasitə dəstəyindən istifadə edərək Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün hərəkətə keçdilər. Moskva bu dağıdıcı, parçalayıcı hərəkətlərə “dur” demədi. Əksinə məsələni respublikaların öz üstünə atdı. Nümayişlər silahlı toqquşmalarla əvəzləndi, sonra genişmiqyaslı müharibəyə çevrildi. SSRİ rəhbərliyinin loyallığı, separatizmi dəstəkləməsi, hadisələrə bilərəkdən göz yumması münaqişənin arealını genişləndirdi, fəlakət həddinə çatdırdı.
- Bütün xalqlarda olan millətçi əhval-ruhiyyəli ziyalılar kütlənin ağlını necə aldılar və xalqı millətçiliyə yoluxdurdular?
- Bütün millətlərdə millətçi əhval-ruhiyyəli ziyalılar var. Biri var, öz millətini sevib, başqa millətlərə hörmətlə yanaşmaq, biri də var yalnız öz millətini sevmək, başqalarını aşağılamaq, alçaltmaq, əzmək. Hər kəs öz millətini sevməlidir, amma başqalarına qarşı düşmənçilik toxumu səpməməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin münaqişə predmeti olmasında erməni ziyalılarının həm Rusiyada, həm Ermənistanda, həm də dünyanın əksər ölkələrində millətçi-şovinist çıxışları böyük rol oynadı. Erməni ziyalılarının millətçi çıxışlarının məntiqi nəticəsidir ki, bu gün erməni xalqı özünü düşdüyü bəlalardan qurtara bilmir. Artıq bu ifrat millətçilik ermənilərin milli xəstəliyinə çevrilib.
- Niyə Azərbaycanda millətçi ideyaları təşəkkül tapmadı, amma Ermənistanda bu ideyalar çox geniş yayıla bildi?
- Sovet hakimiyyəti illərində də, bu gün də Azərbaycan çoxmillətli respublika kimi tanınıb. Bir faktı xüsusi olaraq vurğulamaq istəyirəm: bu gün Azərbaycanda 30 minə yaxın erməni millətindən olan vətəndaş var. Onlar azərbaycanlılarla birgə yaşayır, işləyir, ibadətini edir, seçkili orqanlarda iştirak edirlər. Heç bir ayrı-seçkiliyə məruz qalmırlar. Azərbaycanda təkcə ermənilərə deyil, bütün azlıqlara qarşı tolerant, xoş münasibət var. İslam, xristian, iudeizm və digər dinlərin yanaşı yaşamaları üçün bütün imkanlar var. Azərbaycanda heç vaxt millətçilik, milli ayrı-seçkilik ümummilli səviyyəyə qaldırılmayıb. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən daha modern formada tətbiq olunan multikultural dəyərlər bütüm millətlərin Azərbaycanda dost, qardaş kimi yaşamasına zəmanət verir. Ermənistanda isə əksinə, millətçilik sanki millətin pasportudur. Bu silahla onlar neçə yüz illərdir ki, qonşu xalqlara basqılar edirlər, ərazisini, dilini, dinini, adət-ənənəsini oğurlayırlar. Şovinist əhval-ruhiyyə bu millətin geninə hopub.
- Mərkəzi hakimiyyətin respublikalarda olan milli münaqişələrin qızışdırılmasında və inkişafında hərəkətsizlik rolu nədir? Bu yalnız hərəkətsizlik idi, yoxsa mərkəzi hakimiyyət kütlələr arasında millətçiliyin təbliğat və təşviqatı üçün şərait yaradırdı?
- SSRİ-nin dağılması respublikaların günahı üzündən deyil, mərkəzi hakimiyyətin çürümüş ideologiyasının yenisi ilə əvəz oluna bilməməsi səbəbindən baş verdi. Moskva parçalanmanın gec-tez baş verəcəyini hiss edirdi. Amma prosesi dayandıra bilmirdi. Yalnız ləngitmək barədə düşünürdü. Bunun üçün respublikaların başını daxili problemlərlə məşğul etmək ideyası hakim kəsilmişdi. İdeal fikir - millətlərarası münaqişə idi. Amma Qorbaçovun rəhbərlik etdiyi kommunist hakimiyyəti millətlər arasında başlanan qarşıdurmaların idarəolunmaz hala gəldiyini çox gec anladı. Düşünürəm ki, hadisələrin baş verməsinin günahkarı Qorbaçov və onun komandasıdır. Mərkəzi hakimiyyətin tutduğu səhv mövqe xalq hərəkatlarının genişlənməsini sürətləndirdi.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

