/ / Naxçıvan şəhərində Avtomobil və Ehtiyat Hissələrinin Satış Mərkəzi və yeraltı qaraj istifadəyə verilib
Naxçıvan şəhərində Avtomobil və Ehtiyat Hissələrinin Satış Mərkəzi və yeraltı qaraj istifadəyə verilib
13.02.2016 [11:22]
Fevralın 12-də Naxçıvan şəhərinin Atabəylər məhəlləsində Avtomobil və Ehtiyat Hissələrinin Satış Mərkəzi və yeraltı qaraj istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını bildirən lenti kəsib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov tədbirdə çıxış edərək deyib ki, bu gün Naxçıvan şəhərində müasir nəqliyyat infrastrukturunun yaradılmasına xüsusi diqqət yetirilir. Son illər şəhərdaxili yollar yenidən qurulub, avtomobillərin rahat və təhlükəsiz hərəkəti təmin edilib. Bu gün istifadəyə verilən Avtomobil və Ehtiyat Hissələrinin Satış Mərkəzi də nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və yeni xidmət sahələrinin yaradılması sahəsində görülən işlərin davamıdır. Yaradılan şərait sakinlər tərəfindən razılıqla qarşılanır.
Mərkəzdə fəaliyyət göstərəcək sahibkar Elvin Nağıyev deyib ki, muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işlərinin təməlində insanların güzəranının yaxşılaşdırılması, qeyri-məşğul əhalinin işlə təminatı və onların sosial müdafiəsinin gücləndirilməsi dayanır. Sahibkarlığın inkişafına göstərilən qayğı sayəsində yeni sənaye müəssisələri açılır, xidmət sahələri yaradılır. Bütün bunlar insan amilinə verilən qiymətin daha bir ifadəsidir. Elvin Nağıyev sahibkarlar və burada işlə təmin olunanlar adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublika üçün mühüm əhəmiyyəti olan bir sahənin - Avtomobil və Ehtiyat Hissələrinin Satış Mərkəzinin istifadəyə verilməsi münasibətlə istifadəçiləri və yeni işlə təmin olunanları təbrik edərək deyib: Avtomobil və Ehtiyat Hissələrinin Satış Mərkəzinin yaradılması ölkəmizin iqtisadi inkişafının qarşıya qoyduğu tələblərdəndir. Bu gün ölkəmiz inkişaf etdikcə, əhalinin maddi rifah halı da yaxşılaşır. Əhalinin rifahının yaxşılaşması insanların rahat yaşayışının təmin olunması ilə yanaşı, həm də onların müasir avtomobillər almasına imkan verir. Bu avtomobilləri keyfiyyətli ehtiyat hissələri ilə təmin etmək və texniki xidmət göstərmək isə vacib məsələdir.
Ali Məclisin Sədri deyib: Avtomobil və Ehtiyat Hissələrinin Satış Mərkəzinin istifadəyə verilməsi imkan verəcəkdir ki, Naxçıvan şəhərində bu işlər pərakəndə formada deyil, mərkəzləşdirilmiş qaydada həyata keçirilsin. Yaradılan şərait avtomobil ehtiyat hissələrinin keyfiyyətinə dövlət nəzarətinin həyata keçirilməsinə, avtomobillərin alqı-satqısı zamanı dövlət qeydiyyatının vaxtında aparılmasına və onların istismara yararlılığının müəyyən olunmasına imkan verəcəkdir. Həmçinin burada muxtar respublikamızda istehsal olunan avtomobillərin ehtiyat hissələrinin satışı və avtomobillərin təmiri də həyata keçiriləcəkdir. Bir sözlə, bu ərazi muxtar respublikada avtomobillərə nümunəvi xidmət mərkəzinə çevriləcəkdir.
Ali Məclisin Sədri deyib: Mərkəz Naxçıvan şəhərində istifadəyə yararsız ərazidə inşa olunmuşdur. Bu da şəhərin bu hissəsinin abadlaşmasına və eyni zamanda bu ərazidə yaşayan əhali üçün 304 yerlik yeraltı qarajın yaradılmasına da səbəb olmuşdur. Bu cür mərkəzlərin istifadəyə verilməsi həm də yeni iş yerlərinin açılması, yeni sahibkarlıq sahələrinin yaradılması deməkdir. Mərkəzdə 200-dən artıq yeni iş yeri yaradılmışdır. İş yerləri isə hər bir ailənin normal yaşayışı deməkdir. Bu gün Azərbaycan Respublikası Prezidentinin qarşıya qoyduğu vəzifə də ondan ibarətdir ki, ölkəmizdə işsiz vətəndaş olmasın. Ona görə də hər bir kəsin bacarığına və qabiliyyətinə görə iş yerləri yaradılmalıdır.
Ali Məclisin Sədri muxtar respublikada bütün sahələrin inkişafına bundan sonra da diqqət göstəriləcəyini və yeni iş yerlərinin açılacağını bildirib, mərkəzdə fəaliyyət göstərəcək sahibkarlara uğurlar arzulayıb, yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, 12 min 120 kvadratmetr ərazini əhatə edən mərkəz zirzəmi ilə birlikdə iki mərtəbədən ibarətdir. Zirzəmidə 304 yerlik yeraltı qaraj, yerüstü hissədə isə 192 yerlik avtomobil satışı yeri, 57 ehtiyat hissələri mağazası, kafe və texniki xidmət sahələri fəaliyyət göstərir. Fərdi istilik sistemi ilə təchiz olunan mağazaların hər birinin ümumi sahəsi 40 kvadratmetrdir. Burada istənilən modeldə avtomobillərin ehtiyat hissələrinin satışı təşkil olunacaqdır. Həmçinin mərkəzdə avtoyuma, elektrik və çilingər xidmətləri də göstəriləcəkdir.
Burada avtomobillərin maneəsiz hərəkəti və təhlükəsizliyi üçün bütün tədbirlər görülüb, müasir havalandırma, işıqlandırma və yanğınsöndürmə sistemləri qurulub, giriş və çıxışlar avtomatlaşdırılıb. Mərkəzin ərazisində video-nəzarət sistemi yaradılıb.
Ali Məclisin Sədri satışa çıxarılan avtomobil ehtiyat hissələrinin standartların tələblərinə uyğunluğunun daim nəzarətdə saxlanılması, alqı-satqı zamanı avtomobillərin dövlət qeydiyyatı və sığorta olunması məqsədilə mərkəzdə səyyar xidmətin təşkili barədə müvafiq qurumlara tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

