/ / Baş nazirin birinci müavininin Mingəçevir ictimaiyyəti ilə görüşündə aktual məsələlərə toxunulub
Baş nazirin birinci müavininin Mingəçevir ictimaiyyəti ilə görüşündə aktual məsələlərə toxunulub
29.01.2016 [09:52]
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov yanvarın 28-də Mingəçevir şəhərində ictimaiyyət nümayəndələri, sahibkarlar, təhsil işçiləri, gənclər və ziyalılarla görüşüb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov ötən illərdə Mingəçevirdə aparılan abadlıq-quruculuq işlərindən danışıb. O, görülən işlərlə yanaşı, həllini gözləyən bəzi problemlərin də mövcud olduğunu bildirib və həmin məsələlərin həlli yollarının müzakirəsi üçün tədbirin əhəmiyyətini qeyd edib.
Baş nazirin birinci müavini Yaqub Eyyubov çıxış edərək, bu görüşün Prezident İlham Əliyevin tapşırığına əsasən təşkil olunduğunu deyib. O, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələrdən danışaraq bildirib ki, bu gün dünyada iqtisadi böhran daha da dərinləşib. Dünya iqtisadiyyatı hələ ki, böhrandan çıxa bilmir. Buna baxmayaraq, Azərbaycanda bir çox məsələlər öz həllini tapmaqdadır. Ölkəmizdə nəzərdə tutulan bütün proqramlar icra edilir. O qədər də asan olmayan geosiyasi vəziyyəti və qlobal iqtisadi böhranı nəzərə alsaq, əlbəttə ki, bunlar ölkəmizin böyük uğurudur. Dövlətimizin başçısının dediyi kimi, 2015-ci ildə bütün sosial proqramlar icra edilib və hazırda da davam etdirilir. Baxmayaraq ki, ölkəmizin maliyyə vəziyyəti əvvəlki illərdəki kimi deyil, amma bu il bütün sosial proqramlar icra olunacaq.
Yaqub Eyyubov, həmçinin bildirib ki, bu il maaşlar, pensiyalar, sosial müavinətlər artırılıb. Bu da ölkəmizin sosial siyasətinin əsasını təşkil edir. Sosial müdafiə paketinin parlamentə təqdim edilməsi, qiymətlərə nəzarət, eyni zamanda, dərin iqtisadi islahatların aparılması dövlətimizə imkan verəcək ki, bu vəziyyətdən də uğurla çıxsın. Prezident İlham Əliyevin bildirdiyi kimi, 2016-cı il ciddi iqtisadi islahatlar ili olacaq. Artıq müvafiq qərarlar qəbul edilib, qanunvericiliyə dəyişikliklər olunub. Bu il bizim iqtisadiyyatımız daha da güclənəcək.
Sonra “Mingəçevir İzolit” ASC-nin sədri İsmayıl Məmmədov, “Mingəçevir Texniki-Rezin” ASC-nin sədri Vaqif Əsədov çıxış edərək, Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq yerli bazar üçün rəqabət qabiliyyətli daha çox çeşidli məhsullar istehsal etməyi və işçilərin sayını artırmağı qarşıya məqsəd qoyduqlarını bildiriblər. Sahibkarlar rəhbərlik etdikləri zavodların fəaliyyət istiqamətləri, istehsal olunan məhsullar barədə məlumat veriblər.
Bildirilib ki, dövlətimizin başçısının idxal əvəzinə yerli istehsalın həcminin artırılması ilə bağlı tapşırığı sahibkarları işə daha ciddi yanaşmağa sövq edib. Əminlik ifadə olunub ki, Prezident İlham Əliyevin son vaxtlar gördüyü mühüm tədbirlər, qəbul etdiyi qərarlar Mingəçevirdə də sənayenin inkişafına güclü təkan verəcək.
Məlumat verilib ki, şəhərdə “Mingəçevir Su Elektrik Stansiyası silsiləsi” MMC, şüşə-plastik və polietilen borular istehsal edən “Mingəçevir İzolit” ASC, maşınqayırma və neft avadanlıqları istehsalı üzrə ixtisaslaşan “Azneftmaş” ASC, “Akkord” Şirkətlər Qrupunun Mingəçevir Maşınqayırma Zavodu, “Azərkabel” ASC və Bakı Dəmir-Beton Məmulatları Zavodunun filialı fəaliyyət göstərir. “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC isə hazırda Mingəçevirin və ölkənin ən iri enerji istehsalı müəssisəsindən biridir. Bu gün “Mingəçevir Texniki-Rezin” və “Azərkabel” zavodlarının bəzi sexləri fəaliyyətdədir.
Mövcud problemlərdən də danışan sahibkarlar Mingəçevirdə hələ keçmiş sovet dövründə yaradılmış iri sənaye müəssisələrindən bəzilərinin kiçik istehsal sexi səviyyəsində fəaliyyət göstərdiyini bildiriblər. Onlar yerli və xarici bazar üçün rəqabət qabiliyyətli məhsullar istehsal etmək imkanına malik olduqlarını, bunun üçün Mingəçevirdə kadr potensialının mövcudluğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, müəyyən maliyyə çatışmazlığı və idxalın təsiri səbəbindən məhsulun alıcılıq qabiliyyəti aşağı düşür.
Sahibkarlar şəhərin köhnə sənaye müəssisələrinin fəaliyyətinin yenidən bərpası və xarici idxalın qarşısının alınması məqsədilə Mingəçevirdə avtomobil şinləri, şüşə, dəmir-beton məmulatları, xalça istehsalının mümkünlüyünü qeyd edib və buna kömək göstərilməsini xahiş ediblər. Vurğulanıb ki, həmin müəssisələrin fəaliyyətinin yerli və xarici investorların iştirakı və dövlətin köməyi ilə bərpa edilməsi işsizliyin aradan qaldırılmasına mühüm töhfə olardı.
Çıxışlarda bildirilib ki, Mingəçevir şəhərinə daim diqqət və qayğı göstərən Prezident İlham Əliyev son illər şəhərin inkişafı ilə bağlı bir neçə Sərəncam imzalayıb. Hazırda Mingəçevir şəhərində sənaye potensialının gücləndirilməsi, müasir infrastruktur və istehsal müəssisələrinin yaradılması, həmçinin yeni iş yerlərinin açılması istiqamətində işlər görülür. Mingəçevir Sənaye Parkının və Yüksək Texnologiyalar Parkının yaradılması ilə bağlı tədbirlər davam etdirilir. Görülən işlər şəhər əhalisi tərəfindən yüksək qiymətləndirilir və bu parklar gələcəkdə işsizlik probleminin həllinə əhəmiyyətli dərəcədə kömək edəcək.
Baş nazirin birinci müavini görüşdə qeyd olunan problemlərin aradan qaldırılması, şəhərin daha da inkişafı ilə bağlı sahibkarların və ictimaiyyət nümayəndələrinin müraciət və təkliflərinin qeydiyyata alındığını, onların həllinə kömək göstəriləcəyini bildirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

