BAMF BMT-yə etiraz bəyanatı ünvanlayıb
28.01.2016 [09:54]
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) İspaniya hökumətinin maliyyə dəstəyi və BMT İnkişaf Proqramı (BMTİP) tərəfindən yaradılmış Dayanıqlı İnkişaf Məqsədləri Fondunun Azərbaycanın işğal altındakı ərazilərinin erməni dilində təqdim edilməsi ilə əlaqədar fondun sədri cənab Paloma Duran və BMTİP-in rəhbəri xanım Helen Klarka etiraz bəyanatı ünvanlayıb. Bəyanatda deyilir: “Azərbaycanın Dağlıq Qarabağ və işğal altındakı digər yeddi rayonunun adlarının Dayanıqlı İnkişaf Məqsədləri Fondunun (http://www.sdgfund.org/current-programmes) rəsmi internet səhifəsində dərc edilmiş xəritədə erməni dilində təqdim edilməsini qəbul edilmiş beynəlxalq hüquqi normalar və bəşəri dəyərlər baxımından doğru hesab etmirik. Qədim Azərbaycan torpağı olan və hətta Sovet dönəmindən Dağlıq Qarabağın inzibati vahidliyinə daxil olmayan işğal altındakı Cəbrayıl rayonunun Djrakan, Zəngilan rayonunun Kovsakan, eləcə də Dağlıq Qarabağın Xocalı, Əskəran rayonlarının, müxtəlif kəndlərin və qəsəbələrin, digər tarixi toponimlərin işğal səbəbindən dəyişdirilərək erməni dilində və ermənicə təqdim edilməsi işğal faktoruna və işğalın səbəb olduğu ədalətsizliklərə haqq qazandırır.
BAMF BMT-nin dünyada davamlı inkişaf və sülhün qorunması sahəsində qəbul etdiyi strategiyanı, müxtəlif qətnamələri və prinsipləri prioritet hesab edir. BMT Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonların azad olunması, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi, qaçqınların öz doğma yurd-yuvalarına dönməsi ilə bağlı 4 qətnamənin (822, 853, 874 və 884 saylı) qəbul edilməsi ilə münaqişəyə doğru hüquqi qiymət vermişdir.
Lakin azərbaycanlıların tarixən yaşadığı və bu gün işğal altında olan yaşayış məskənlərinin ermənicə təqdim edilməsinə göz yummağımız bir milyona yaxın məcburi köçkünün hüquqlarının pozulmasına haqq qazandırmış olur. Bu gün işğal altındakı Dağlıq Qarabağ və ətraf yeddi Azərbaycan rayonu bütün infrastrukturun dağıdılması, qeyri-qanuni dəstələrin cəm edildiyi, mədəni-tarixi irsin vandalcasına yox edilməsi ilə yanaşı, yaşayış məskənlərinin və tarixi abidələrin erməniləşdirilməsi kimi saxtakarlıqla üz-üzə qalmışdır. Bu baxımdan, bir xalqın əsrlər boyu yaşadığı tarixi coğrafi ərazilərdə saxtalaşdırma əməllərinin törədilməsinin qarşısının alınması faktı kimi rəhbərlik etdiyiniz nüfuzlu BMT qurumunun yaydığı rəqəmsal xəritədə gedən yanlışlıqların aradan qaldırılmasını sizdən xahiş edirik”.
BAMF Mətbuat xidməti
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

