Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Nümayəndə heyəti Türkiyə parlamentinin spikeri Köksal Toptanla görüşüb

Nümayəndə heyəti Türkiyə parlamentinin spikeri Köksal Toptanla görüşüb

15.04.2009 [17:05]

Azərbaycan ictimai sektorunun təmsilçiləri Türkiyədə görüşlərini davam etdirir. Nümayəndə heyətinin üzvü, “Azəri-Türk” Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı Lent.az-a telefonla son görüşlər barədə məlumat verib. O, bir neçə qəzetdə, o cümlədən “Tərcüman”, “Haber Türk” qəzetlərində görüşlər keçirdiklərini deyib: “Həmçinin Demokratik Sol Partiyasından (DSP) olan miillət vəkilləri ilə görüş keçirdik. “Flash” televiziyasında çıxış etdik. Milliyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkilləri ilə və partiyanın sədri Dövlət Bağçalı ilə görüşdük. Türkiyə Böyük Millət Məclisində (TBMM) müxtəlif partiyaları təmsil edən millət vəkilləri ilə görüşümüz oldu. TBMM-in sədri Göksal Toptan da bizi qəbul etdi. Bütün görüşlərimiz yüksək səviyyədə keçir. Kimlərlə görüşmüşüksə hamısı “Azərbaycanın razılığı olmasa belə bir məsələ gündəmə gələ bilməz, Türkiyənin Ermənistanla sərhədi açıla bilməz” deyir. Ən yaddaqalan görüş TBMM-in sədri Göksal Toptanla keçdi. O çox qəti halda dedi ki, “Böyük Millət Məclisində bir nəfər də olsun tapılmaz ki, Azərbaycanla Türkiyənin münasibətlərinin pisləşməsini istəsin. Bu iki qardaş dövlətin bir-birinə qarşı olmasını heç bir TBMM üzvü olan millət vəkili istəməz”.
MHP lideri Dövlət Bağçalı isə bizimlə görüşündə dedi ki, “Dağlıq Qarabağ məsələsində heç nəyə güzəştə getmərik, sona qədər Azərbaycanın yanındayıq. Heç kəs o sərhədi Qarabağ məsələsi həll olunmadan aça bilməz. Biz yerinə canlı sərhəd hörərik, ancaq sərhədin açılmasına imkan vermərik”. Dövlət Bağçalı belə bir mesaj verdi”.
Azərbaycan ictimai sektorunun təmsilçiləri buna qədər Cühmhuriyyət Xalq Partiyasının (CHP) sədri Dəniz Baykal da daxil olmaqla bir sıra şəxslərlə görüşüblər.

Paylaş:
Baxılıb: 1204 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30