Beynəlxalq ictimaiyyət Leyla Yunusun azadlığa buraxılması ilə bağlı qərarı alqışlayır
11.12.2015 [10:06]
Beynəlxalq təşkilatlar, insan hüquqları təsisatları və aparıcı media qurumları məlum qərarın humanist addım kimi müsbət səciyyə daşıdığını diqqətə çatdırıblar
Xəbər verildiyi kimi, Bakı Apelyasiya Məhkəməsində “Sülh və Demokratiya İnstitutu” adlandırılan qurumun həbsdə olan rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunus barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclasında L.Yunusun şərti azadlığa buraxılması barədə qərar qəbul edilib. Məhkəmə qərarına əsasən, L.Yunusla bağlı ittihamdan Cinayət Məcəlləsinin 320.1 (sənədlərin saxtalaşdırılması) maddəsi çıxarılıb. Qalan hissələrdə hökm dəyişdirilmədən saxlanılıb, təyin olunmuş cəza şərti hesab olunub. Leyla Yunusa və Arif Yunusa 5 il sınaq müddətinə şərti cəza təyin olunub. Beləliklə, L.Yunus məhkəmə zalından azadlığa buraxılıb.
Yeri gəlmişkən, beynəlxalq ictimaiyyət Leyla Yunusun azadlığa buraxılması ilə bağlı qərarı alqışlayıb. Məsələn, ABŞ-ın ATƏT-dəki nümayəndəsi, ABŞ-da həmçinin Helsinki Komissiyası kimi tanınan qrupun rəhbəri, konqresmen Chris Smith belə bir qərarın qəbulunu müsbət qiymətləndirib. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brassör isə öz “Twitter” səhifəsində yazıb: “Leyla Yunusun humanitar əsaslarla azadlığa buraxılmasını alqışlayırıq”. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Maykl Corc Link də Leyla Yunusun səhhətində yaranan problemlərlə əlaqədar azadlığa buraxılmasını müsbət dəyərləndirib. Bu barədə qurumun saytında məlumat yerləşdirilib. “Leyla Yunusun azadlığa buraxılması müsbət və çox humanist jestdir. DTİHB insan haqları ilə bağlı məsələlərdə Azərbaycan hakimiyyət nümayəndələri ilə konstruktiv müzakirələri davam etdirməyə hazırdır”, - deyə M.Corc bildirib.
Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brasser də “Twitter” hesabında bu qərarı alqışlayıb. Avropa Parlamentinin vitse-prezidenti Ulrike Lunacek qərarın qəbulunu müsbət hal kimi xarakterizə edib.
Avropa Şurasının Baş katibi Thorbyorn Yaqland isə Leyla Yunusun azadlığa buraxılmasının pozitiv hal olduğunu deyib.
ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby bəyanatında “biz Azərbaycan hökuməti və xalqı ilə təhlükəsizlik, enerji, demokratiya və insan hüquqları olmaqla bütün sahələrdə əlaqələri inkişaf etdirməyə çalışacağıq” deyib. Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini və Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier bu qərarı “mühüm humanitar addım” kimi qiymətləndiriblər. Avropa Genişləndirmə və Qonşuluq Siyasəti Komissarının sözçüsü Maja Kocijancic də bu addımın müsbət səciyyələndirildiyini bildirib və “Biz Azərbaycan ilə münasibətlərimizi genişləndirməyə hazırıq” deyib. Avropa Parlamentinin prezidenti Martin Şults da bu addımı alqışladığını diqqətə çatdırıb. Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi və Avropa üzrə nazir David Lidington isə Leyla və Arif Yunusların azadlığa buraxılmasını müsbət qarşılayıblar. David Lidington qərara şərhini bildirərkən qeyd edib ki, “bu qərarı müsbət qarşılayıram. Ümid edirəm ki, Leyla Yunus indi ona lazım olan əsas tibbi müalicəni ala biləcək”.
Bu qərara beynəlxalq mətbuatda da geniş yer verilib. “The New York Times”, “Daily Mail”, “Reuters”, “The Washington Post”, “Voice of America”, “Yahoo News”, “Press TV”, “Sacred Heart Spectrum”, “France 24”, “UNDP”, “International Busness Times”, “Deutsche Welle”, “Die Welt”, “Ulrike-Lunacek.eu”, “Global Post”, “Kavkazskiy Uzel”, “RİA Novosti”, “Radio Svoboda”, “Rosbalt”, “OCCRP”, “Tiroler Tageszeitung”, “Taz.de” kimi media qurumları da Leyla Yunus barəsində verilən qərarı təqdirəlayiq hal kimi xarakterizə ediblər.
Eyni zamanda, bir sıra beynəlxalq insan hüquqları təşkilatları da məlum qərarın humanitar addım kimi müsbət səciyyə daşıdığını diqqətə çatdırıblar. “Amnesty İnternational”ın Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Denis Krivoşeyev bildirib ki, “bu, Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində düzgün istiqamətdə olan bir addımdır”. “Human Rights Watch” təşkilatının təmsilçisi Rachel Denber və “Human Rights House” şəbəkəsinin Şərqi Avropa və Qafqaz regionu üzrə rəhbəri Ane Tusvik Bonde də Leyla Yunusun azadlığa buraxılmasını müsbət hal kimi qarşılayıblar.
Siyasət şöbəsi
Xəbər lenti
Hamısına baxSosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36

