Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ATİB Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz olaraq bəyanat yayıb

ATİB Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz olaraq bəyanat yayıb

08.04.2009 [15:00]

Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) Türkiyə və Ermənistan arasında sərhədlərin açılmasına etiraz olaraq aprelin 7-də bəyanat yayıb. APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, ermənilərin və onların arxasında duran dairələrin planları həyata keçəcəyi təqdirdə, Azərbaycan və Türkiyənin malik olduğu strateji üstünlüklər heçə enəcək, bununla Azərbaycan və Türkiyə arasında siyasi, iqtisadi və sosial əlaqələrə ciddi zərbə vurulacaq, bu da öz növbəsində regionda enerji resurslarına nəzarət imkanlarının zəifləməsinə gətirib çıxaracaq: “Ermənistan qondarma “erməni soyqırımı” iddiasından və Türkiyəyə qarşı torpaq və təzminat iddiasından imtina etmədikcə, bu məsələnin dəyərləndirilməsinin tarixçilərin və elm adamlarının ixtiyarına buraxmadıqca və bundan Türkiyəyə qarşı üçüncü ölkələrdəki havadarları vasitəsilə “siyasi təzyiq aləti” kimi istifadə etməyə son vermədikcə, Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərinin işğalına son qoymadıqca və qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasını təmin etmədikcə, sərhədlərin açılması yalnız Ermənistan, həmçinin, onun havadarları olan bəzi üçüncü ölkələrin və dairələrin maraqlarına uyğun olacaq”.

Paylaş:
Baxılıb: 1206 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30