Şüvəlandakı 4 nömrəli xüsusi internat məktəbi yenidənqurmadan sonra istifadəyə verilib
24.11.2015 [10:30]
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu uşaqların gələcəyi ilə bağlı müxtəlif layihələr həyata keçirir. Uşaqlara qayğı Heydər Əliyev Fondunun prioritet məqsədlərindən biridir. Fondun qüvvəsi əhalinin ən zəif, xüsusi müdafiəyə ehtiyacı olan təbəqələrinə, ilk növbədə, xəstə uşaqlara, eləcə də dünyada ən qiymətli nemətdən - valideyn məhəbbətindən və qayğısından məhrum olmuş balalarımıza kömək göstərilməsinə yönəlib.
Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqlar üçün 4 nömrəli respublika xüsusi internat məktəbinin yenidən qurulması da bu kateqoriyadan olan uşaqlara diqqətin bariz nümunəsidir.
Noyabrın 23-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Şüvəlan qəsəbəsindəki 4 nömrəli respublika xüsusi internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Mehriban Əliyeva internat məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycanın birinci xanımına məlumat verilib ki, müəssisə 1967-ci ildən fəaliyyət göstərir. 2013-cü ildə məktəb sökülərək yenidən inşa edilib. 160 uşaq üçün nəzərdə tutulan məktəbdə tədris, yataq korpusları, tibb məntəqəsi tikilib. Musiqi, idman, müalicəvi bədən tərbiyəsi otaqları və siniflərində bütün lazımi avadanlıqlar var. Bundan əlavə, məktəbin nəzdində fəaliyyət göstərən Reabilitasiya Mərkəzinin kiçik binasının yerində sağlamlıq imkanları məhdud 100 məktəbəqədər uşaq üçün nəzərdə tutulan ikimərtəbəli Reabilitasiya-İnkişaf Mərkəzi inşa edilib. Mərkəzdə işləyən mütəxəssislərin gün ərzində uşaqlara xidmət göstərməsi, onların qidalanması və istirahəti üçün əlverişli şərait yaradılıb. İnternat məktəbdə, həmçinin dulusçuluq, xalçaçılıq, dülgərlik, çilingərlik, tikiş, toxuculuq, rəssamlıq kimi yeni peşə kabinetləri var. Ən müasir avadanlıqlarla təchiz olunan məktəbdə uşaqların asudə vaxtının səmərəli təşkili və istirahəti üçün qapalı üzgüçülük hovuzu və idman zalı fəaliyyət göstərir. Müəssisənin həyətində kölgəliklər, açıq futbol meydançası da yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23

