Qərbin Azərbaycana münasibətdə adi hal almış birtərəfli mövqeyi
18.11.2015 [10:04]
“Azərbaycan geosiyasi baxımdan çox təhlükəli bir regionda yerləşir və hazırda İraq, Suriya, Liviya və Yəmən kimi “uğursuz dövlətlər” zamanında təhlükəsizlik lövbəri kimi xarakterizə olunurdu. Bu mənada Qərbin Azərbaycana layiqli və intellektual dəstəyini görmürəm. Ölkə bütün istiqamətlərdə özünümüdafiə siyasəti həyata keçirir. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasını və bunun nəticəsində bir milyondan çox insanın qaçqın olduğunu nəzərə almaq lazımdır”.
“Trend”in məlumatına görə, bu barədə Almaniya vətəndaşı, ixtisasca həkim olan Rahim Şmidtin “Rhein-Zeitung” qəzetində dərc olunan məktubunda bildirilir.
Müəllif sual edir: “Qərb nə üçün Azərbaycana münasibətdə Yaxın Şərq və ya Ukraynadakı yol verdiyi eyni səhvləri təkrarlayır? Qərbin həmişə Şərqdən olan intellektuallar barədə mövqeyi var. Bu intellektuallar siyasətdə həqiqətin və dünyada sülhün bərqərar olmasına hansı töhfəni verə bilərlər və verməlidirlər?”
Məqalədə ATƏT DTİHB-nin noyabrın 1-də Azərbaycanda keçirilmiş Milli Məclisə seçkiləri müşahidədən imtina etməsi məsələsinə dair də müəllifin mövqeyi yer alır: “Ukrayna və ya digər ölkələrin nümunəsində olduğu kimi, Azərbaycan haqlı olaraq seçki müşahidəçilərinin ölkə ərazisinə və əhalinin sayına uyğun göndərilməsini tələb etmişdi. Bu təklif qəbul edilmədi. Azərbaycana, ümumiyyətlə, müşahidəçi göndərməmək yanlış addımdır”.
R.Şmidt yazır ki, bütün yuxarıda qeyd olunanlara Qafqaz üzrə mütəxəssis sayılan Uve Halbaxın məqaləsində rast gəlmir: “Bu, Qərbin Azərbaycana dair adi hal almış birtərəfli mövqeyidir. Əgər Halbax öz mövqeyini obyektiv şəkildə ifadə etsəydi, onda onun analizləri inandırıcı, reallığı əks etdirən və keyfiyyətli olardı. Lakin siyasət neytral deyil, o, maraqlar və məqsədlərlə bağlı olur, buna tibdə “məqsədyönlü selektiv qavrama pozuntusu” deyilir. Qərb təşkilatları və mediasının keçmiş Sovet respublikaları, sözügedən məqalədə isə Azərbaycana dair tənqidi mövqeyi, ölkədəki inkişafı hər şeydən əvvəl insan hüquqları məsələsində axtarması yalnız bütün insanlar və iştirakçı ölkələrin marağında ola bilər və buna icazə verilir. Çünki universal dəyərlər danışıqlar mövzusu olmur, onlar hər yerdə müdafiə olunmalıdır”.
Müəllif sonra yazır: “Almaniyanın vətəndaşı olaraq 1950-ci ildən etibarən təkcə Yaxın Şərq və ya postsovet məkanında deyil, eləcə də vətənim İranın nümunəsində Qərbin siyasətinin mənfi təsirlərini müşahidə edirəm. Bu siyasət, təəssüflər olsun ki, birtərəfli şəkildə iqtisadiyyat və təhlükəsizlik maraqlarına istiqamətlənmişdi və ikili mənəviyyatdan əziyyət çəkirdi. Bu siyasətin uzun müddət davam etməyəcəyinin nəticəsini hazırda Almaniyada və bu regionda olan ölkələrdə görürük. Qaçqınlara dair Aİ-nin Türkiyə ilə apardığı siyasət bu fikirləri bir daha təsdiq edir”.
R.Şmidt hesab edir ki, Azərbaycanı və ölkə rəhbərliyini tənqid hədəfinə çevirmək (Avropa Parlamenti, Yaşıllar Fraksiyası və Qərb mediası) və onu bütün məsələlərdə məsul etmək ümumi hal olub: “Almaniyada Azərbaycanın birtərəfli mənfi obrazının formalaşdırılması ölkələr arasında etibarsızlıq üçün zəmin yaradır və bununla da anlaşma və əməkdaşlığın qurulmasını çətinləşdirir. Qərb güclü, özündə əmin və emansipasiyalı gəncliyi keçmişə uduzaraq şansı əldən verir. Tarixən belə cəmiyyətlərin strukturundan xəbərdar olan hər bir kəs kənarda duran şəxsin yaxşı məsləhətlər verməsinin necə çətin olduğunu bilir. Ona görə də biz etibarlı əməkdaşlıq çərçivəsində bu şansları xüsusi vurğulayıb təcrübəmizi təklif etməliyik”.
Azərbaycanın dünyəvi ölkə olduğunu qeyd edən müəllif yazır ki, ölkə bütün regionda müsəlman ölkəsi olaraq nümunədir: “Qadınlar diskriminasiya edilmir. Kriminallıq göstəricisi çox aşağıdır. İnternetdə informasiya azadlığına, eləcə də ölkəyə giriş və çıxış üçün hansısa məhdudiyyətlər qoyulmur. Ölkə ərazisində 40 xristian dini icması və 30 xristian kilsəsi, Lüteran icmasının Bakıda dövlətin maliyyə dəstəyi ilə təmir edilmiş kilsəsi, 6 sinaqoq və 5 yəhudi məktəbi var. Azərbaycan beynəlxalq təhlükəsizliyi və Avropadakı qaçqınların vəziyyətini çətinləşdirəcək hər hansı terror təşkilatına dəstək vermir. Bürokratiyanın qarşısının alınması üçün həyata keçirilən layihələr Almaniya üçün nümunə sayıla bilər. Bu mövzu ilə əlaqədar Bakıdakı alman səfiri ilə çox konstruktiv söhbət apardıq. Azərbaycan çox çətin geosiyasi mövqeyi olmasına baxmayaraq, öz yolunu tapmaq və Avropa, xüsusilə Azərbaycanda böyük hörməti olan Almaniya ilə əlaqələri inkişaf etdirmək istəyir”.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

