Azərbaycan Respublikası Konstitusiyasının 20 illik yubileyi qeyd olunub
12.11.2015 [10:13]
Azərbaycan Respublikası Konstitusiyasının 20 illik yubileyi münasibətilə noyabrın 11-də Konstitusiya Məhkəməsində təntənəli tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikası Konstitusiyasının 20 illik yubileyi ilə bağlı AZƏRTAC tərəfindən hazırlanan film nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib, Konstitusiyanın 20 illik yubileyinin tarixi hadisə olduğunu vurğulayıb.
Sovet dövründə Azərbaycanda dörd Konstitusiyanın qəbul olunduğunu diqqətə çatdıran Fərhad Abdullayev bildirib ki, 1978-ci ildə qəbul edilən Əsas Qanunda Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi ilə müstəqillik yolunda mühüm addım atılaraq Azərbaycan dili dövlət dili kimi təsbit olundu.
SSRİ-nin süqutundan sonra azadlığına qovuşan Azərbaycanın müstəqilliyin ilk illərində müxtəlif sahələrdə ağır böhrana məruz qaldığını xatırladan F.Abdullayev qeyd edib ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra istər daxili, istərsə də xarici maneələrə baxmayaraq, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasına və ilk Konstitusiyanın qəbul edilməsinə nail oldu. Müstəqil Azərbaycanın Konstitusiyası Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli liderin rəhbərliyi ilə 1995-ci ildə yaradılan Konstitusiya Komissiyası dövrün müasir, mütərəqqi prioritetlərini nəzərə alaraq Əsas Qanunun layihəsini hazırladı və onu ümumxalq səsverməsinə təqdim etdi. Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də referendumda qəbul olundu, həmin il noyabrın 27-də qanuni qüvvəyə mindi.
Konstitusiya Məhkəməsinin sədri bildirib ki, Əsas Qanunda mütərəqqi dəyərləri biz bu gün də öz həyatımızda hiss edirik. Konstitusiyada hakimiyyət bölgüsü, insan hüquq və azadlıqları demokratik cəmiyyət quruculuğunda mühüm əhəmiyyət kəsb edən amillərdir. Ulu öndər komissiyanın iclaslarındakı çıxışlarında Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsinin vacibliyini xüsusi qeyd edirdi.
Diqqətə çatdırılıb ki, 2002-ci və 2009-cu illərdə keçirilmiş referendumlar nəticəsində Konstitusiyanın mətninə müvafiq dəyişikliklər olunub. Bu dəyişikliklər Azərbaycanın hüquq sisteminin inkişaf etmiş dövlətlərin hüquq sisteminə və beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasını, ölkəmizdə demokratikləşmə proseslərinin dərinləşməsini, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiəsini təmin edib.
F.Abdullayev Əsas Qanunda əks olunan konstitusiya nəzarəti orqanının - Konstitusiya Məhkəməsinin 1998-ci ildə fəaliyyətə başladığını, bu gün tam mütəşəkkil dövlət təsisatı kimi formalaşdığını diqqətə çatdırıb. Qeyd edib ki, bu qurumda çalışan və cəmiyyətdə kifayət qədər tanınan hüquqşünaslar Konstitusiya Məhkəməsinin mühüm təsisat olduğunu öz fəaliyyətləri ilə sübut ediblər.
Sədr F.Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin Konstitusiyanın 20 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına ünvanlanmış təbrik məktubunda Konstitusiya Məhkəməsinin fəaliyyətinə yüksək qiymət verdiyini məmnunluqla vurğulayıb. Diqqətə çatdırıb ki, Konstitusiya Məhkəməsinin kollektivi bu yüksək etimadı öz fəaliyyətində daim rəhbər tutmalıdır.
Konstitusiya Məhkəməsinin sədri vurğulayıb ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan mühüm uğurlar əldə edir. Beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarına çevrilən, möhtəşəm tədbirlərə ev sahibliyi edən Azərbaycanın dünya dövlətləri arasında nüfuzu artmaqdadır və ölkəmiz mötəbər beynəlxalq qurumlarda böyük hörmətə malikdir.
Əsas Qanunun 20 illik yubileyinin əlamətdar hadisə olduğunu qeyd edən F.Abdullayev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası fundamental sənəd kimi özünü sübut edib və ölkəmizdə demokratik dövlət quruculuğunda mühüm rol oynayıb.
Konstitusiya Məhkəməsinin sədri Əsas Qanunun 20 illik yubileyinin ölkəmizdə yüksək səviyyədə qeyd edildiyini, bu münasibətlə müxtəlif qurumlarda, ali təhsil müəssisələrində silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Sonda F.Abdullayev Konstitusiya Məhkəməsinin hakimlərini və Aparatın əməkdaşlarını yubiley münasibətilə bir daha təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxSosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35

