Siyavuş Novruzov: Bütövlükdə seçkilər YAP-ın qələbəsi ilə başa çatdı
06.11.2015 [10:11]
“Parlament seçkiləri Yeni Azərbaycan Partiyasının qələbəsi ilə nəticələndi. Hakim partiya köhnə nailiyyətini yenilədi”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, seçkinin nəticələri cəmiyyət arasında YAP-ın nüfuzunun göstəricisi, xalqın partiya Sədrinə etimadıdır: “YAP həmişəki kimi seçkilərə öncədən hazırlaşmışdı. Budəfəki seçkilərdə rəqabət digər seçkilərə nisbətən daha çox idi. Burada sırf partiyalararası deyil, fərdi qaydada namizədlər irəli sürüldüyünə görə bitərəf və digər partiyalardan olan namizədlərin hər biri hakim partiya namizədlərinə alternativ idi. YAP keçən seçkilərdə parlamentdə 71 yer qazanmışdı. Proqnozlaşdırmışdıq ki, keçmiş nailiyyətləri əldə saxlayaq və daha çox yer əldə edək. MSK hələ namizədləri təsdiq etməyib. Ona görə də rəsmi qaydada fikir söyləyə bilmərik. Təsdiqdən sonra bu məsələyə toxunacağıq. Amma bütövlükdə seçkilər YAP-ın qələbəsi ilə başa çatdı, biz köhnə nailiyyətlərimizi yenilədik”.
O, seçkidən 3 gün öncə Müsavat Partiyasının imtina qərarına da toxunub. S.Novruzov qeyd edib ki, Seçki Məcəlləsinin tələblərinə görə, kimsə seçkidə iştirak etmək istəmirsə, seçkiyə azı 10 gün qalmış, bülletenlər çap olunana qədər namizədliyini geri götürə bilər: “Seçki prosesində iştirak edib son anda seçkidən imtina olunursa, bu, onun göstəricisidir ki, artıq namizəd məğlubiyyətini görür. Alternativlərinə baxıb başa düşür ki, artıq məğlubdur. O baxımdan mübarizəni yarımçıq dayandırır. “Müsavat” rəhbərliyi də bu taktikanı seçməklə partiyanı biabırçılıqdan xilas etməyə çalışırdı. Lakin xilas edə bilmədi. Çünki, birinci növbədə, hər bir namizədin gücü bəlli idi. Partiya rəhbərliyi düşünürdü ki, özlərinə bir neçə mandat əldə etsinlər. Amma seçkinin bir yolu var, o da düz yoldur, xalqın etimadını qazanmaqdır. Bilirdilər ki, xalq onları seçməyəcək, ona görə də namizədliklərini geri götürdülər. Hesab edirəm ki, onlar bu addımları ilə həm seçicilərə, həm cəmiyyətə, həm də öz partiyalarına hörmətsizlik etdilər”.
O, YAP üzvü olub seçkilərdə namizədliyini fərdi qaydada irəli sürən şəxslərə qarşı partiya tərəfindən hər hansı addım atılıb-atılmayacağına da aydınlıq gətirib: “Bilirsiniz ki, noyabrın 1-də keçirilən Milli Məclisə seçkilərdə partiyanın bir neçə üzvü YAP-ın irəli sürdüyü namizədlərə alternativ olaraq öz namizədliklərini irəli sürüblər. Yəqin ki, bununla bağlı YAP rəhbərliyi yaxın vaxtlarda öz fikrini bildirəcək. Ancaq indidən dəqiq deyə bilmərəm ki, bununla bağlı tədbir görüləcək və ya görülməyəcək. Hələ bu məsələnin müzakirəsi gündəmdə deyil”.
S.Novruzov seçkilərin beynəlxalq müşahidəçilər tərəfindən izlənməsinə və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkini izləməkdən imtina qərarına da münasibətini açıqlayıb. Onun fikrincə, elə müşahidəçilər var ki, onlar seçkini izləmədən bəyanat verirlər: “Bu, gözlənilən məsələ idi. Azərbaycan müstəqilliyini əldə etdiyi dövrdən bu günədək ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu həmişə Azərbaycana qərəzli yanaşır. Azərbaycandan qat-qat pis vəziyyətdə keçirilən seçkilərə isə yüksək qiymət verib. Məsələn, Ermənistan, Gürcüstan, İraq, Əfqanıstan, Ukraynadakı seçkilərlə bağlı qiymətləri yüksək olub. Azərbaycana isə qərəzli qiymət verilib. Ölkəmizdəki seçkilər azad, ədalətli, demokratik keçirilib. Amma bunların qərəzli münasibəti bəlli idi. Bir neçə partiyanın yazıb onlara göndərdiyi rəyin nöqtə-vergülünü dəyişmədən öz adlarına dərc edirlər. Burada da Ermənistan lobbisinin, Azərbaycanın müstəqilliyini, ölkəmizdə iqtisadi inkişafı istəməyən qüvvələrin təsiri göz qabağındadır. Bunlar bu yolla Azərbaycana təzyiq göstərmək, Azərbaycanın təbii sərvətlərindən güzəştli bəhrələnmək istəyirlər. Bu isə yolverilməzdir. Azərbaycan bu gün müstəqil siyasət aparır, heç bir bloka qoşulmur və bundan sonra da qoşulmayacaq. Onların verdiyi bəyanat sırf siyasi xarakter daşıyır. Bu, seçkinin nəticəsi ilə əlaqədar məsələ deyil. Büro 500 nəfər göndərsəydi də, həmin rəyi verəcəkdi. Onların rəyləri əvvəlcədən hazır idi”.
S.Novruzov xatırladıb ki, 500-dən artıq xarici müşahidəçi, Avropa İttifaqına daxil olan dövlətlərin nümayəndələri, Asiya ölkələrinin siyasi partiyalarının, MDB Parlament Assambleyası, AŞ PA nümayəndələri seçkiləri izlədilər: “Onlar gördülər ki, Azərbaycanda azad, ədalətli, demokratik seçkilər keçirilir və öz bəyanatlarını verdilər. Hakimiyyətin mənbəyi xalqdır, Azərbaycanda seçkinin taleyini xalq həll edir. Kim ədalətli qərar veribsə, çox sağ olsun, kim ki, qərəzli mövqe tutur, bu, bizi heç maraqlandırmır”.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

