Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Elmar Məmmədyarov Gürcüstana səfərə gedib

Elmar Məmmədyarov Gürcüstana səfərə gedib

02.04.2009 [10:27]

Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana rəsmi səfərə yola düşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin birinci katibi Elxan Poluxovun APA-ya verdiyi məlumata görə, səfər aprelin 1-dən 3-nə kimi davam edəcək. Diplomatın sözlərinə görə, Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzenin dəvəti ilə həyata keçiriləcək səfər zamanı Azərbaycan-Gürcüstan əməkdaşlığın bütün sahələri üzrə müzakirələr aparılacaq, beynəlxalq və regional məsələlər, birgə layihələrin realizə olunması müzakirə olunacaq. Səfər zamanı E.Məmmədyarov həmkarı Qriqol Vaşadze, prezident Mixail Saakaşvili və baş nazir Nika Qilauri ilə görüşəcək. Qeyd edək ki E.Məmmədyarovun səfəri cavab xarakterli səfərdir, Q.Vaşadze keçən il dekabrın 22-də Azərbaycanda rəsmi səfərdə olub.

Paylaş:
Baxılıb: 1482 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Analitik

Ankaradan BƏYANAT!!!

10 İyul 09:52  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31