Əli Əhmədov ölkəmizdə səfərdə olan Rusiya İctimai Palatasının nümayəndə heyəti ilə görüşüb
02.11.2015 [11:46]
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədovun noyabrın 1-də parlament seçkilərini izləmək üçün ölkəmizə gəlmiş Rusiya İctimai Palatasının nümayəndə heyəti ilə partiyanın mənzil-qərargahında görüşü olub.
Rusiya prezidenti Vladimir Putinin şəxsi nümayəndəsi, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində həmçinin Rusiya Dövlət Dumasının üzvləri, ölkənin nüfuzlu tədqiqat mərkəzlərinin rəhbərləri, tanınmış beynəlxalq şərhçilər yer alıb.
Qonaqları salamlayan YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov deyib ki, Yeni Azərbaycan Partiyası bu seçkilərin demokratik, ədalətli və şəffaf keçirilməsində maraqlıdır və buna çalışır.
Baş nazirin müavini həmçinin əlavə edib ki, seçki marafonunda Yeni Azərbaycan Partiyasının əsas vəzifəsi, ən azından, ötən parlament seçkilərində qazandığı nəticəni təkrarlamaqdır: “Məlumunuz olsun ki, Azərbaycan parlamentinin tərkibi çox da geniş deyildir - cəmi 125 deputat yeri vardır. YAP budəfəki seçkilərdə 117 dairə üzrə öz namizədlərini irəli sürüb. Bir neçə dairədə biz öz namizədlərimizi irəli sürmədik. Lakin buna baxmayaraq həmin seçki dairələrində YAP-ın müttəfiqləri olan digər partiyaların irəli sürdüyü namizədləri də dəstəkləyirik. Seçkilərə hazırlığı yüksək səviyyədə həyata keçirdik. Məhz bu səbəbdən də belə hesab edirəm ki, YAP bu seçki marafonundan qalib kimi çıxacaqdır. Qeyd edim ki, 5 il əvvəl keçirilən parlament seçkilərində YAP parlament kreslolarından 71-nə sahib ola bildi. Bu, təqribən parlamentdəki deputat yerlərinin 60 faizi deməkdir. Başqa sözlə, qarşımızda duran vəzifə, ən azından, ötəndəfəki nəticəyə nail olmaqdır, əgər bundan daha artıq yerlər qazana biləriksə, bu, daha da yaxşı olardı”, - deyə Əli Əhmədov vurğulayıb.
Əli Əhmədov həmçinin qeyd edib ki, budəfəki seçkilərə YAP “Yeni hədəflərə doğru!” şüarı ilə qatılıb. Bu, ilk növbədə, ölkəmizin iqtisadi inkişafı ilə bağlıdır. Onun sözlərinə görə, son on ildə Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox artıb.
“Bu çox böyük göstəricidir. Ölkə vətəndaşlarının yaşayış səviyyəsi xeyli yüksəlib, daha da yaxşılaşıb. Azərbaycanın siması demək olar ki, tamamilə dəyişib. Bu dəyişikliyi siz təkcə paytaxt Bakıda deyil, bütün regionlarda hiss edə bilərsiniz. Ölkədə vətəndaşların yaşayış şəraiti, rifahı ildən-ilə yüksəlir. Bütün bunlar isə vətəndaşların əhval-ruhiyyəsinə, eyni zamanda, hakimiyyətə qarşı olan münasibətinə də müsbət təsir göstərir. Ölkə Prezidenti İlham Əliyev cənablarına xalq arasında böyük rəğbət vardır. Prezidentimizə olan xalqın bu rəğbəti, sözsüz ki, parlament seçkilərində də hakim partiyanın namizədlərinin qazanacaqları səslərdə özünü büruzə verəcək. Partiyamızın ikinci seçki resursu isə ondan ibarətdir ki, ölkəmizdə baş verən bütün bu müsbət dəyişikliklər birbaşa seçicilərin - vətəndaşlarımızın həyatında, onların rifahının yüksəlməsində özünü göstərməkdədir. Seçkilərdə üçüncü əsas resursumuz isə sözsüz ki, bu insan resursudur - partiyamızın çoxminli üzvləridir - təşkilati resurslarımızdır. Qeyd edim ki, YAP ölkənin ən böyük siyasi partiyasıdır və partiyanın üzvlərinin sayı təqribən 700 minə yaxınlaşır. Bu, Azərbaycan miqyasında çox böyük bir rəqəmdir. Bütün bunlar isə partiyamızın qarşıdakı seçkilərdə böyük qələbə qazanacağına əminlik yaradır. Hesab edirəm ki, bu resurslarla biz 5 il əvvəlki parlament seçkilərində olduğu kimi, yenə də yüksək nəticə göstərə biləcəyik”, - deyə YAP İcra katibi vurğulayıb.
Azərbaycandakı parlament seçkilərinin gedişatının bir sıra beynəlxalq təşkilatların təmsilçiləri tərəfindən izlənildiyini xatırladan Əli Əhmədov yalnız ATƏT DTİHB-nin qeyri-müəyyən səbəbdən parlament seçkilərini izləməkdən imtina etməsinin təəccüb doğurduğunu vurğulayıb. “Azərbaycan ATƏT-in tamhüquqlu üzvüdür. Məhz bu səbəbdən də biz belə hesab edirdik ki, ATƏT parlament seçkilərini izləmək üçün Azərbaycana müşahidəçi göndərməyə borclu idi. Lakin çox təəssüf ki, bu, baş vermədi.
Hesab edirəm ki, hər hansı bir seçki missiyası heç vaxt suveren Azərbaycan dövlətinə qarşı siyasi təzyiq vasitəsi olmamalıdır. Görünür, onlar müəyyən dairələrin tapşırıqları ilə belə hərəkət edirlər. Lakin buna baxmayaraq, digər təşkilatlar - MDB və digər nüfuzlu qurumlar var ki, onlar Azərbaycana xoş niyyətlərlə gəlirlər. Təbii ki, onların verdiyi rəylər də həqiqətə əsaslanır - onlar burada gördüklərini qiymətləndirirlər”, - deyə Əli Əhmədov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan hökumətinin əsas vəzifəsi demokratik, şəffaf və ədalətli parlament seçkiləri keçirməkdir. Bunun üçün ölkədə lazımi şərait yaradılıb: “Ölkədə demokratik seçkilər keçirmək üçün, ilk növbədə, dövlətin siyasi iradəsi ortadadır. Digər tərəfdən isə seçkilərin ədalətli, şəffaf və demokratik keçirilməsi üçün mükəmməl qanunvericilik bazası var. Eləcə də ölkədə əlverişli siyasi atmosfer hökm sürür. Konkret siyasi partiyalar və namizədlər arasında ədalətli rəqabət aparmaq üçün gözəl şərait mövcuddur”.
Daha sonra Əli Əhmədov rusiyalı qonaqları maraqlandıran sualları cavablandırıb.
Görüşdə YAP İcra katibinin müavini Mübariz Qurbanlı da iştirak edib.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

