/ / Parlament seçkiləri muxtar respublikanın bütün rayonlarında tam demokratik və şəffaf şəraitdə keçirilib
Parlament seçkiləri muxtar respublikanın bütün rayonlarında tam demokratik və şəffaf şəraitdə keçirilib
02.11.2015 [11:31]
Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər Naxçıvan Muxtar Respublikasının bütün şəhər və rayonlarında tam demokratik və şəffaf şəraitdə keçirilib.
AZƏRTAC xəbər verir ki, muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda sakinlər böyük ruh yüksəkliyi ilə seçki məntəqələrinə gələrək seçdikləri namizədlərə səs veriblər.
Qeyd edək ki, Şərur rayonunda Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə 1 saylı Şərur-Sədərək və 2 saylı Şərur seçki dairələri üzrə ümumilikdə 81 seçki məntəqəsi yaradılıb. Bu məntəqələr üzrə 70 min 8 seçici qeydə alınıb ki, bunlardan da 1062 nəfərini ilk dəfə səs verənlər təşkil edirdi. Hər iki dairə üzrə seçkilərə əvvəlcədən yüksək hazırlıq işləri görülüb, 9 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
2-50 saylı seçki məntəqəsi Şərur şəhərindəki Dəmiryol Vağzalının inzibati binasında yerləşir. Məntəqə seçki komissiyasının sədri Məhərrəm Həşimov bildirib ki, məntəqə üzrə 1150 seçici qeydə alınıb. Onlardan 38 nəfəri ilk dəfə səs verənlərdir. O qeyd edib ki, seçkiyə hazırlıq işləri əvvəlcədən yüksək səviyyədə həyata keçirilib. Seçki məntəqəsində veb-kamera quraşdırılıb.
2-9 saylı seçki məntəqəsi isə Yuxarı Aralıq Kənd Uşaq Musiqi Məktəbində fəaliyyət göstərir. Bu məntəqədə də seçicilərin seçkidə iştirakı üçün hərtərəfli şərait yaradılıb. Məntəqə seçki komissiyasının sədri Fikrət Həsənov seçki prosesinin mövcud qaydalara uyğun getdiyini və seçicilərin səsvermədə aktiv iştirak etdiyini bildirib. Məntəqə üzrə 761 seçici qeydə alınıb.
Seçicilərdən 82 yaşlı Əkbər Quliyev deyib ki, ölkəmiz müstəqillik qazandıqdan sonra özü və ailəsi seçkilərdə daim aktiv iştirak ediblər: “Bu gün keçirilən seçkidə də seçicilər üçün yaradılan şərait yüksək səviyyədədir. Hər kəs öz seçdiyi namizədə səs verir. Bu gün biz bir daha sabitliyə, əmin-amanlığa, ölkəmizin, eləcə də muxtar respublikanın inkişafına, işıqlı gələcəyinə səs verdik”.
1-27 saylı seçki məntəqəsi Şərur rayonunun Zeyvə kənd tam orta məktəbinin binasında yerləşir. Məntəqə üzrə 1084 seçici qeydiyyatdadır. İlk dəfə səsvermədə iştirak edənlərin sayı isə 22 nəfərdir. Məntəqə seçki komissiyasının sədri Aygün Şükürova bildirib ki, seçki günü yüksək seçici fəallığı ilə keçib.
1-19 saylı seçki məntəqəsi isə Kürçülü kənd tam orta məktəbinin binasında yerləşir. Məntəqə seçki komissiyasının sədri Ülviyyə Kərimova deyib ki, məntəqə üzrə 657 nəfər seçici qeydə alınıb. Səhər saatlarından hər kəs öz seçdiyi namizədə səs vermək üçün məntəqəyə gəlib. Seçicilər səsvermədə fəal iştirak ediblər.
Qeyd edək ki, Şərur rayonunun ən yaşlı sakini 117 yaşlı Qönçə Hümbətova da seçici kimi bu məntəqədə qeydə alınıb. Yaşlı seçicinin məntəqəyə gəlmək imkanı məhdud olduğu üçün əvvəlcədən daşınan qutudan istifadə ilə bağlı qeydiyyat aparılıb. Komissiya üzvlərinin iştirakı ilə daşınan qutu Qönçə Hümbətovanın yaşadığı mənzilə aparılıb və yaşlı sakin öz seçki hüququndan istifadə edərək səs verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə Şərur rayonunda 12 seçki dairəsi yaradılıb.
7-4 saylı seçki məntəqəsi rayonun Qarxun kənd tam orta məktəbinin binasında yerləşir. Bu məntəqədə də seçicilərdən bir neçəsi ilə görüşüb söhbət etdik. Qarxun kənd sakini Məcnun Bağırov keçirilən seçkilərlə bağlı fikirlərini belə ifadə edib: “Bu gün keçirilən seçkilər ölkəmizin, eləcə də muxtar respublikamızın həyatında mühüm ictimai-siyasi hadisədir. Buna görə də seçkilərdə hamının iştirakı vacibdir. Bildiyiniz kimi, muxtar respublikamız hərtərəfli inkişaf yolundadır. Biz hamımız bu inkişafın davamlı olmasında maraqlıyıq. Ona görə də ən layiqli namizədlərə səs verdik”.
Şərur rayonunda seçici sayına görə ən böyük seçki məntəqələrindən biri Düdəngə kəndində yerləşən 8-1 saylı seçki məntəqəsidir. Bu məntəqə üzrə 1493 seçici qeydə alınıb. 28 seçici isə ilk dəfə səs verib. Məntəqədə seçkilərə hazırlıq işləri yüksək səviyyədə aparılmaqla yanaşı veb-kamera da quraşdırılıb. Seçicilərdən 1939-cu il təvəllüdlü Bayram Abdullayev təqaüdçü-müəllimdir. Seçkilərin yüksək səviyyədə keçdiyini və hər bir seçici üçün azad seçim imkanı yaradıldığını bildirib. Deyib ki, ötən illər ərzində vətəndaşlarımızın seçki fəallığı xeyli artıb: “Hər kəs bilir ki, yalnız layiqli, öz vətənini sevən, sözdə yox, əməldə fəaliyyəti ilə seçilənlərə səs vermək lazımdır”.
Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkiləri Şərur rayonundakı məntəqə seçki komissiyalarının əksəriyyətində müşahidə etdik. Azad, demokratik və şəffaf şəkildə keçirilən seçkilər bir daha onu göstərir ki, bu bölgədə də seçkilərə hazırlıq vaxtında və yüksək səviyyədə aparılmaqla yanaşı, seçicilərdə zəngin seçki təcrübəsi formalaşıb.
Kəngərli rayonunda da parlament seçkilərinə ciddi hazırlıq işlərinin görülməsi seçki məntəqələrinin açıldığı səhər saatlarından axın-axın bu ünvanlara gələn seçicilərin rahat və heç bir çətinlik çəkmədən səs verməsinə şərait yaradıb.
Müstəqil respublikamızın parlaq gələcəyi üçün müstəsna əhəmiyyət kəsb edən seçkilərin beynəlxalq hüquq normalarına və demokratik qaydalara uyğun keçirildiyinin şahidi olduq. Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərlə bağlı 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsi üzrə Kəngərli rayonunda 20 seçki məntəqəsi yaradılıb. Rayon üzrə 20 min 702 seçici qeydə alınıb. Bütün məntəqələrdə Seçki Məcəlləsinin tələblərinə uyğun nümunəvi hazırlıq görüldüyü üçün seçkilər mütəşəkkil keçirilib.
Azərbaycan Respublikası Milli Məclisinə seçkilər üzrə 3-12 saylı seçki məntəqəsi Kəngərli rayonunun Şahtaxtı kəndində, kənd mərkəzinin binasında fəaliyyət göstərirdi. 1241 nəfər seçicidən 37-sinin ilk dəfə səs verən vətəndaşlar olduğu məntəqədə onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılmışdı. Seçkinin gedişini izləməkdən ötrü müşahidəçilər üçün münasib yer ayrılıb, veb-kamera quraşdırılıb. Seçicilərdən Miryasin Seyidov deyib: “Məntəqədə hər kəsin öz namizədinə səs verməsi üçün bütün şərait yaradılıb. Hamı sərbəst şəkildə öz seçimini edir. Bundan artıq demokratik seçki təsəvvür etmirəm. Mən düşünürəm ki, bu gün layiqli namizədə səs verməklə quruculuğa, sosial rifaha, inkişafa səs verdim. Ölkəmizin, muxtar respublikamızın, eləcə də Kəngərli rayonunun necə böyük sürətlə inkişaf etdiyi göz qabağındadır. Ümid edirik ki, Azərbaycan daha böyük uğurlara imza atacaq, insanlar bundan sonra da xoşbəxt yaşayacaqlar”.
1982 seçicinin qeydiyyatda olduğu, Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin binasında yaradılan 3-6 saylı məntəqədə ilk dəfə seçkilərdə iştirak etmək hüququ əldə etmiş gənclərdən Eltunə Novruzova isə bildirib ki, onun və onun kimi ilk dəfə səs verən gənclərin seçkilərdən öncə seçki proseduru ilə bağlı maarifləndirilməsi onların seçkilərdə fəal iştirakına zəmin yaradıb. O da bir gənc kimi ilk dəfə seçkilərdə iştirak edir, vətəndaşlıq borcunu yerinə yetirir, bundan böyük qürur duyur. İnanır ki, seçkilərdə iştirak etməklə, layiqli namizədə səs verməklə ölkəmizin daha da qüdrətlənməsi üçün addım atıb və səs verdiyi namizədin ona bəslənən ümidləri doğruldacağına əmindir.
Rayonun Qıvraq qəsəbə tam orta məktəbində Azərbaycan Respublikası Milli Məclisinə seçkilər üzrə yaradılan 3-17 saylı məntəqənin sədri Nazim Əsgərov deyib ki, məntəqədə 1208 nəfər seçici qeydə alınıb. Seçicilərdən 44 nəfəri ilk dəfə səs verənlərdir. Seçkilərdə məntəqədə heç bir qayda pozuntusu qeydə alınmayıb.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilərlə bağlı rayonda təşkil edilən 15 saylı Qarabağlar, 16 saylı Qıvraq, 17 saylı Çalxanqala seçki dairələri üzrə 19 məntəqəyə rayon sakinləri böyük ruh yüksəkliyi ilə gəlib, layiqli namizədə səs veriblər. Adıçəkilən dairələr üzrə 19 min 487 seçicinin qeydiyyatda olduğu məntəqələrdə seçkilər beynəlxalq tələblərə uyğun, azad, şəffaf keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilər üzrə Qarabağlar kənd mərkəzinin binasında yaradılan 15-2 saylı məntəqədə 1496 seçici qeydiyyatdadır. Kənd sakinləri axın-axın buraya gəlib, növbəyə durub, istədikləri namizədə səs veriblər. 20 nəfər sakinin ilk dəfə səsvermə hüququndan istifadə etdiyi məntəqədə təqaüdçü Musa Hətəmov bildirib ki, ötən 20 ildə keçirilən bütün seçkilərdə iştirak edib. O, yaranan hər imkanda gənc nəslin nümayəndələrinə seçkilərdə fəal iştirak etməyi tövsiyə edib, seçkilərin hər bir Azərbaycan vətəndaşının həyatında mühüm hadisə olduğunu deyib. İnanır ki, səs verdiyi namizəd seçicilərin ona göstərdiyi etimadı doğruldacaq.
Rayonda olarkən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə yaradılan 17-5 saylı Çalxanqala, 17-6 saylı Xıncab, 17-7 saylı Təzəkənd, 16-6 saylı Böyükdüz, 17-1 saylı Kərki və başqa kəndlərdəki məntəqələrdə də olduq. Bu məntəqələrdə də yüksək seçici fəallığı var idi.
Noyabrın 1-də keçirilən seçkilərdə Babək rayonunun sakinləri də yüksək fəallıq nümayiş etdiriblər. Seçkilərin gedişini izləmək üçün həmin gün rayon ərazisində fəaliyyət göstərən seçki məntəqələrində müşahidələr apardıq. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə təşkil olunmuş 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsi üzrə 49 seçki məntəqəsi yaradılıb. Bu məntəqələrin 21-i Babək rayonu ərazisindədir. Rayon üzrə 15 min 434 nəfər seçicinin səs verəcəyi dəqiqləşdirilib. Onların 349 nəfəri ilk dəfə səs verib.
3-41 saylı seçki məntəqəsi Babək qəsəbə tam orta məktəbinin binasında yerləşir. Burada seçkilərdə şəffaflığın təmin olunmasının mühüm vasitəsi sayılan veb-kamera quraşdırılıb. Məntəqədə vətəndaşların öz iradələrini azad şəkildə, heç bir maneə olmadan ifadə etmələrinə tam şərait yaradılıb. Səsverməyə gəlmiş 86 yaşlı Yaqub Süleymanov deyib: “Uzun illərdir, müxtəlif seçkilərdə iştirak edirəm. Bu dəfə də seçkidə iştirak edərək vətəndaşlıq borcumu yerinə yetirdim. İnanıram ki, bu seçkilərdə layiqli namizədlər parlamentə seçiləcək, Azərbaycanın gələcək inkişafı, qanunların aliliyi, xalqımızın rifahı, dövlətimizin qüdrətlənməsi naminə əllərindən gələni edəcək, sözün həqiqi mənasında millətin vəkili olacaqlar”.
Babək Rayon Mədəniyyət Evində yerləşən 3-42 saylı seçki məntəqəsində də seçki prosesi qanunvericiliyə uyğun aparılıb. Kütləvi informasiya vasitələri nümayəndələrinə onları maraqlandıran suallar üzrə müfəssəl məlumat almaq imkanı yaradılıb. Vətəndaşların hər hansı bir sorğusu məntəqə seçki komissiyası üzvləri tərəfindən dərhal cavablandırılıb. Seçicilərdən Heydər Həsənov deyib: “Ailəmlə birlikdə səsvermədə iştirak etdik. Seçki azad və şəffaf keçirilir. İnanıram ki, deputat mandatı qazananlar onlara göstərilən etimadı layiqincə doğruldacaqlar”.
6 saylı Culfa-Babək Seçki Dairəsi üzrə Babək rayonu ərazisində 14 məntəqə yaradılıb. Həmin məntəqələrdə seçicilərin ümumi sayı 14 min 554 nəfərdir. 5 saylı Şahbuz-Babək Seçki Dairəsinin isə Babək rayonu ərazisində 12 seçki məntəqəsi yaradılıb. Bu məntəqələr üzrə 12 min 70 seçici qeydə alınıb. Dairənin Vayxır kənd tam orta məktəbində yerləşən 5-35 saylı seçki məntəqəsində də seçicilər seçkilərin demokratik, azad və şəffaf şəraitdə keçirildiyini bildiriblər.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə Babək rayonunda 6 seçki dairəsi yaradılıb. 18 saylı Nehrəm, 19 saylı Babək qəsəbə, 20 saylı Yarımca, 21 saylı Məzrə, 22 saylı Şıxmahmud, 23 saylı Cəhri Seçki dairələri üzrə 49 məntəqədə yüksək seçici fəallığı qeydə alınıb.
Cəhri kənd 1 nömrəli tam orta məktəbdə yerləşən 23-2 saylı seçki məntəqəsində seçicilər istədikləri namizədə səs veriblər. Seçicilərdən Sənayət Tağıyeva deyib: “Seçki mədəniyyətinin yüksəldilməsi məni bir ziyalı kimi çox sevindirir. Gördüyünüz kimi, seçki prosesi yüksək səviyyədə təşkil olunub”. Seçicilərdən Arzulə Cəfərova isə bildirib ki, azad şəkildə seçimini edərək ən layiqli namizədə səs verib.
Azərbaycan Respublikası Milli Məclisinə 7 saylı Ordubad-Culfa Seçki Dairəsinin Ordubad rayonunda yaradılan 45 seçki məntəqəsində 29 min 8 nəfər seçici qeydə alınıb. Həmin məntəqələrdə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə Ordubad rayonunda 41, 42, 43, 44, 45 saylı seçki dairələrinin eyni sayda olan məntəqələrində seçkilərin demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb, bütün məntəqələr lazımi avadanlıqlarla təchiz edilib.
Azərbaycan Respublikası Milli Məclisinə seçkilər üzrə Ordubad rayonunun Nüsnüs kəndindəki 7-10 saylı məntəqə seçki komissiyasının sədri İsrafil Məmmədov deyib ki, hər bir vətəndaş seçkilərin şəffaf keçirilməsində maraqlıdır. Çünki bu gün səs verdikləri, seçdikləri namizəd sabah Milli Məclisdə və başqa tribunalarda öz seçicilərini təmsil edəcək. Ona görə də hər bir seçici istədiyi namizədi seçmək üçün tələsir.
Adıçəkilən məntəqədə bitərəf müşahidəçi olan Sərdar İsmayılov isə seçki prosesində qanun pozuntusunun qeydə alınmadığını bildirib.
Noyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Ordubad rayonunda keçirilən seçkilər şəffaf və demokratik şəkildə keçirilib.
Culfa rayonunda Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərə 6 saylı Culfa-Babək Seçki Dairəsi üzrə 25 məntəqə yaradılıb. Ümumilikdə, rayonda 25 min 694 seçici qeydə alınıb. Şəffaflığı təmin etmək məqsədilə 16, 17, 21, 22, 26 saylı məntəqələrdə veb-kameralar quraşdırılıb.
Rayonun Yaycı, Şurud, Gal, Ərəzin, Qızılca, Əbrəqunus, Kırna, Bənəniyar və Saltaq kənd tam orta məktəb binalarında yerləşən 38-3, 38-7, 38-8, 39-1, 39-2, 39-5, 39-6, 39-7, 40-1 saylı seçki məntəqələrində seçicilər yüksək fəallıq nümayiş etdiriblər.
Sədərək rayonunda da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərdə böyük ruh yüksəkliyi hiss olunub. Bu da təsadüfi deyildi. Ötən seçkilərdən keçən 5 il ərzində bu sərhəd bölgəsində sosial-iqtisadi inkişaf uğurla davam etdirilib, ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində böyük nailiyyətlər qazanılıb, əhalinin rifah halı xeyli yaxşılaşdırılıb.
Azərbaycan Respublikası Milli Məclisinə seçkilər üzrə 1 saylı Şərur-Sədərək Seçki Dairəsinin Sədərək rayonunda yaradılmış 8, həmçinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə 1 və 2 saylı seçki dairələrinin 8 məntəqəsində, ümumilikdə, 11 min 77 seçici qeydə alınıb ki, onların 224-ü ilk dəfə səs veriblər. 1-1 saylı Heydərabad seçki məntəqəsində veb-kamera da quraşdırılıb. Bu da seçki prosesinin internet üzərindən izlənməsinə şərait yaradıb. Həmin seçki komissiyasının sədri Ramazan Cəfərov bildirib ki, seçki məntəqəsində 1496 nəfər səsvermə hüquqlu seçici qeydə alınıb. Onlardan 43 nəfəri ilk dəfə səs verib. Ümumilikdə 1 saylı Şərur-Sədərək Seçki Dairəsi üzrə 11 nəfərin 18 yaşı noyabrın 1-də tamam olub. Onlardan biri Turan İsmayılbəylidir. Turan gələcəkdə deputat görmək istədiyi namizədlərə səs verdiyini bildirib: “Birinci dəfədir ki, seçkidə iştirak edirəm. İlk dəfə səs verdiyimdən bir qədər həyəcanlıyam. Siyahıda adımı asanlıqla tapdım, şəxsiyyət vəsiqəmi təqdim etdim, bülleten alıb istədiyim namizədlərə səs verdim”.
1-3 saylı seçki məntəqəsi Sədərək kəndindəki 2 nömrəli tam orta məktəbin binasında yerləşir. Bu məntəqədə 1495 seçici qeydiyyatdadır. Mərkəzi Seçki Komissiyasının sədri Süleyman Tağıyev seçkilərə start veriləndən seçki gününədək görülən işlər haqqında məlumat verib. Bildirib ki, həyata keçirilən tədbirlər seçkinin mütəşəkkilliyini təmin edib.
1 saylı Şərur-Sədərək Seçki Dairəsinin Sədərək rayon ərazisində fəaliyyət göstərən 1-2, 1-4, 1-5, 1-6 və 1-7 saylı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə 1-1, 1-2, 1-3, 2-4, 2-2, 2-3 saylı seçki məntəqələrində yüksək seçici fəallığı müşahidə etdik.
Şahbuz rayonundakı seçicilər Azərbaycan Respublikası Milli Məclisinə seçkilər üzrə 5 saylı Şahbuz-Babək Seçki Dairəsi üzrə Şahbuz rayonunda yaradılmış 34 seçki məntəqəsində səs veriblər. 17 min 976 seçici olan Şahbuz rayonunda seçkilər yüksək mütəşəkkilliklə keçib. Səsvermə prosesində şəffaflıq üçün tələb olunan bütün şərait yaradılıb, eyni zamanda, müşahidəçilərin seçkiləri sərbəst izləməsi üçün yerlər ayrılıb. Rayonda 2 məntəqədə quraşdırılmış veb-kameralar vasitəsilə seçkilər onlayn rejimdə izlənilib.
Şahbuzda 1 noyabr seçkilərində seçicilər Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə yaradılmış 34 saylı Şahbuz, 35 saylı Kolanı və 36 saylı Şahbuzkənd Seçki dairələri üzrə yaradılmış seçki məntəqələrində konstitusion hüquqlarından istifadə ediblər.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

