Kəlbəcərin işğalından 16 il ötür
02.04.2009 [10:17]
Xatırladaq ki, 1991-ci ildə müstəqillik qazanmış Azərbaycan azadlığının ilk illərində idarəçilik sükanı arxasında səriştəsiz və siyasi iradəsi olmayan insanların əyləşməsi nəticəsində dövlətçiliyimiz uçurum kənarına düşmüşdü. ölkədə siyasi, sosial-iqtisadi, bir sözlə, total böhranın hökm sürməsi, kreslo uğrunda “siyasətçilərin” mübarizə aparması sonda Azərbaycanı Ermənistanın asan təcavüz obyektinə çevirmişdi. Vahid komandanlığın olmaması nəticəsində isə Azərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən işğal olunmuşdu. Məhz bu gün işğalından 16 il ötən Kəlbəcər də Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın sırasında qərarlaşıb.
Qeyd edək ki, Kəlbəcər uca zirvədə qərar tutan qartal misalındadı. Fikirləşəndə ki, bu strateji məntəqə Azərbaycanın ən yüksək dağlıq rayonudur və mərkəzinə yalnız bir dağ yolu gedir, onda Kəlbəcərin işğalı ilə əlaqədar bir çox məqamlar ortaya çıxmış olur. Bu məqamların da fundamenti məhz işğal ərəfəsində ölkədə yaranmış böhranlı vəziyyətdə gizlənir.
Belə ki, 1990-cı ildə SSRİ-nin parçalanmasından sonra ümumilikdə postsovet məkanında milli dövlətlərin yaranması prosesi sürətlənmişdi və yaranan gənc respublikaların beynəlxalq münasibətlər sisteminin bərabərhüquqlu subyekti olaraq mövcud olması üçün etibarlı təhlükəsizlik çətiri lazım idi. Bununla yanaşı, dünyanın güc mərkəzləri də bu dövlətləri özlərinin təsir sferasına daxil etmək üçün aralarında mübarizəyə girişmişdilər. Dünya güclərinin mübarizəsi də öz əksini Cənubi Qafqazda, həmçinin, zəngin karbohidrogen ehtiyatlara malik olan, qərblə şərq, şimalla cənub arasında dəhliz rolunu oynayan Azərbaycanda da tapmışdı. Bu isə özünü müxtəlif silahlı qruplaşmalar şəklində hakimiyyət uğrunda mübarizə aparan ayrı-ayrı siyasi fiqurların simasında sezilmişdi. Məhz xarici ölkələrin “post” vədləri ilə şirnikləşdirilən həmin siyasi subyektlər əcnəbi güclərin kəşfiyyat orqanları ilə işbirliyinə girmiş və ölkənin, xalqın taleyini yaddan çıxarmışdılar. Qarabağda döyüşməli, rayonların müdafiəsini təşkil etməli olan hərbi texnikalar və döyüşçülər isə Bakıda siyasi oyunlara cəlb edilmişdi. Budur Kəlbəcərin, bütövlükdə Dağlıq Qarabağın işğalına yol açan fundament!
Bu bir faktdır ki, genişlənmiş siyasi böhran Azərbaycanın taleyini həll etmək üzrə idi. Amma 1993-cü ildə xalqın dəvəti ilə hakimiyyətə gəlmiş ümummilli lider Heydər Əliyev xaosu aradan qaldıraraq Ermənistanın təcavüzünə son qoydu. ölkənin sosial-iqtisadi və siyasi strukturlarını yaradan ulu öndər Heydər Əliyev ordu quruculuğu işinə də böyük diqqət ayırdı. Bu gün isə eyni siyasi kurs Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Məhz bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasi kurs nəticəsində qüdrətlənən Azərbaycanın Silahlı Qüvvələri Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızı hərb yolu ilə hər an azad etməyə hazırdır.
Məlumat üçün bildirək ki, Ermənistanın 1992-1993-cü illərdə etdiyi hərbi təcavüz nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 30 minə yaxın insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. Bir milyondan artıq insan 15 ildən çoxdur ki, qaçqın və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə və soyqırım siyasətinin qurbanı olmuş, adi insan haqlarından məhrum edilmişdir. İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmiş, ümumi yaşayış sahəsi 9 milyon kv.metrdən artıq olan 150 min yaşayış binası dağıdılmış, 4366 sosial mədəni obyekt, eyni zamanda, 695 tibb məntəqəsi məhv edilmişdir. İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan çıxarılmışdır. Dağıntılar nəticəsində ölkə iqtisadiyyatına 60 milyard ABŞ dollarından artıq ziyan dəymişdir. Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Belə ki, Kəlbəcər tarix diyarşunaslıq muzeyi yerlə-yeksan olunduqdan sonra muzeyin ekspoziyasına daxil olan nadir qızıl və gümüş zinət əşyaları, ötən əsrlərdə toxunmuş xalçalar Ermənistana daşınmışdır. Şuşadakı tarix muzeyi, Ağdamdakı çörək muzeyinin, Zəngilandakı Daş Abidələr muzeyinin də taleyi belə olmuşdur. Bir sözlə, Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində isə Azərbaycanın ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş ərazilərimizin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan bu gün də işğalçılıq siyasətini davam etdirir.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20

