Mərkəzi Seçki Komissiyasında rusiyalı jurnalistlərlə görüş
28.10.2015 [10:24]
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov oktyabrın 27-də Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.
Bu barədə MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a məlumat verilib.
Məzahir Pənahov Milli Məclisə seçkilər ərəfəsində qonaqlarla görüşdən məmnunluğunu ifadə edərək bildirib ki, Azərbaycanda seçkilər hər zaman istər yerli, istərsə də beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənilir. Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün şərtlər mövcuddur. Yerli və beynəlxalq müşahidəçilərin, həm yerli, həm də xarici kütləvi informasiya vasitələrinin və digər aşkarlıq institutlarının sərbəst şəkildə fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb. Elə bunun nəticəsidir ki, cari ildə Milli Məclisə keçiriləcək seçkiləri 40-a yaxın beynəlxalq təşkilatdan 500-ə qədər beynəlxalq müşahidəçi, çoxsaylı siyasi partiyaları, siyasi partiyalar blokunu, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını və qeydə alınmış namizədləri təmsil edən, həmçinin fərdi qaydada seçkilərin izlənməsinə qoşulmuş 63000-dən çox yerli müşahidəçi izləyəcək. Seçkilərdə “exit-poll” keçirmək məqsədilə MSK-ya ünvanlanmış bütün müraciətlər müsbət qarşılanıb və 4 təşkilat qeydə alınıb ki, onların da 2-si öz işlərini nüfuzlu beynəlxalq təşkilatlarla birgə həyata keçirəcək. Qeyd edilənlərlə yanaşı, şəffaflığın təmin olunmasında digər vasitə kimi, bütün ölkə coğrafiyasını əhatə etməklə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Bu isə dünyanın istənilən yerində olan internet istifadəçilərinə hətta Azərbaycana gəlmədən, MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan seçki günü birbaşa onlayn rejimdə səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsi proseslərini əvvəldən axıradək fasiləsiz izləməyə, geniş və hərtərəfli müşahidə etməyə imkan yaradır. MSK başda olmaqla bütün seçki komissiyaları Milli Məclisə seçkilərin azad və ədalətli keçirilməsi üçün hazırdır. Seçki günü Azərbaycan vətəndaşları heç bir maneə olmadan, azad və sərbəst şəkildə səsvermə məntəqələrinə gələrək öz iradələrini ifadə edə bilərlər.
MSK sədri M.Pənahov, həmçinin Azərbaycan Respublikasının seçki sistemi, seçki qanunvericiliyi və seçki praktikasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş genişmiqyaslı layihələr barədə xarici jurnalistlərə ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.
MSK üzvləri, Katibliyin rəhbərliyi və əməkdaşları, habelə yerli kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdikləri görüş çərçivəsində xarici jurnalistlər Milli Məclisə seçkilər ərəfəsində Komissiyanın fəaliyyəti və müxtəlif layihələrlə bağlı həyata keçirilən son tamamlama işləri ilə də yaxından tanış olublar və səmimi görüşə görə təşəkkürlərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10

