/ / Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən fəaliyyəti Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmət edir
Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən fəaliyyəti Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmət edir
15.10.2015 [10:37]
Azərbaycanın birinci xanımı çoxşaxəli və səmərəli fəaliyyəti ilə Vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə sədaqət nümunəsi yaradıb
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda böyük işlər görən ictimai-siyasi xadim kimi tanınır. Azərbaycanın birinci xanımının ali məramlı fəaliyyəti bəhs etdiyimiz ayrı-ayrı sahələrin inkişafında müstəsna rol oynamaqla ölkəmizin tərəqqisinə mühüm töhfələr verir.
Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən, Azərbaycan xalqı və dövlətinin maraqlarını əks etdirən fəaliyyətindən bəhs edərkən, ilk növbədə, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin inkişafına verdiyi töhfələrə, sərgilədiyi çoxşaxəli fəaliyyətə diqqət yetirmək gərəkdir. Məlum olduğu kimi, 2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu yaradılarkən Ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, Onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, həmçinin, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoyub.
Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir.
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond Ulu öndər Heydər Əliyevin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da vurğulamaq lazımdır ki, Fond, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Heç də təsadüfi deyil ki, Fondun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaratdığı internet portalı, müxtəlif dillərdə hazırladığı “Qarabağ həqiqətləri” adlı bukletlər dünya ictimaiyyətinə problemin kökləri, səbəbləri haqqında kifayət qədər məlumat çatdırıb. Fondun dəstəyi ilə 2007-ci ildən başlayaraq hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır.
Xüsusilə Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub.
Azərbaycanın birinci xanımı ölkəmizin müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində də geniş fəaliyyət göstərir. Mehriban xanım Əliyeva çoxşaxəli və səmərəli fəaliyyəti ilə mədəniyyətlərarası dialoqun təşviqinə fundamental töhfələr verir. Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Mehriban xanım Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir. Bu məqamda qeyd edək ki, məhz Prezident İlham Əliyevin və UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Azərbaycan reallıqlarının beynəlxalq miqyasda təbliğ edilməsinə, müsbət imicinin möhkəmləndirilməsinə müstəsna töhfələr...
Yeri gəlmişkən, Azərbaycan reallıqlarının beynəlxalq miqyasda təbliğ edilməsi, müsbət imicinin möhkəmləndirilməsi istiqamətində görülən işlər kontekstində Mehriban xanım Əliyevanın təşkilatçılıq fəaliyyətinə xüsusi toxunmaq gərəkdir. Bəlli olduğu kimi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində nüfuzlu “Eurovision-2012” mahnı müsabiqəsi Bakıda ən yüksək səviyyədə keçirilib. Bu da ölkəmizin, bütövlükdə, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması işinə xüsusi töhfələr verib. Eyni zamanda, bu il paytaxtımızda keçirilən ilk Avropa Oyunları zamanı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çalışan “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin üzvlərinin yüksək əzmkarlığı sayəsində gələcək Avropa Oyunlarının yüksək standartlarını məhz Azərbaycan müəyyənləşdirdi. Oyunların möhtəşəm açılış və bağlanış mərasimləri dünyaya Azərbaycanın güclü potensialını bir daha nümayiş etdirdi.
2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsi də Mehriban xanım Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərəcək. Əvvəlki dönəmin təcrübəsi və nailiyyətlərini nəzərə alaraq əminliklə qeyd etmək olar ki, Azərbaycan IV İslam Həmrəylik Oyunlarına da uğurlu ev sahibliyi edəcək.
Mehriban xanım Əliyevanın ali missiyalı və çoxşaxəli səmərəli fəaliyyəti beynəlxalq miqyasda təqdir edilir
Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın humanitar, elm, təhsil sahələrində həyata keçirdiyi tədbirlər həm Azərbaycanda, həm də başqa ölkələrdə yaşayan qadınlar üçün əsl örnəkdir, eyni zamanda, qadınların cəmiyyətdəki rolunun artırılmasına dəstəkdir. Təsadüfi deyil ki, 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən, Mehriban xanım Əliyeva “İlin qadını” adına layiq görülüb.
Azərbaycanın birinci xanımının yüksək dəyərlərə söykənən çoxşaxəli fəaliyyəti nəinki ölkəmizdə, eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən də ən yüksək səviyyədə təqdir olunur, qiymətləndirilir. Heç də təsadüfi deyil ki, Mehriban xanım Əliyeva bir çox beynəlxalq mükafatlara da layiq görülüb. Eyni zamanda, Azərbaycanın birinci xanımı mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə, həmçinin ictimai, sosial və mədəni həyatda fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb.
Ümumiyyətlə, Mehriban xanım Əliyevanın layiq görüldüyü mükafatların və fəxri adların sayı kifayət qədər çoxdur. Və ölkənin birinci xanımı daha bir ali mükafatla Heydər Əliyev Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunan mərasimdə təltif olunub. Belə ki, Prezident İlham Əliyev Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Heydər Əliyev Mükafatını təqdim edib. Dövlət başçısının 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə isə Mehriban xanım Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə ölkəmizin ən ali dövlət təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülüb.
Mehriban xanım Əliyeva həm də millət vəkili kimi fəaliyyəti ilə, Azərbaycanın müxtəlif ölkələrlə münasibətlərinin inkişafına mühüm töhfələr verir
Bir sözlə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəal ictimai-siyasi xadim kimi portret cizgilərini tamamlayan ştrixlər kifayət qədər zəngindir. Mehriban xanım Əliyeva həm də millət vəkili kimi fəaliyyəti ilə, Azərbaycanın müxtəlif ölkələrlə münasibətlərinin inkişafına mühüm töhfələr verməklə ölkənin siyasi həyatında aktiv iştirak edir. Təsadüfi deyil ki, Azərbaycan vətəndaşları Mehriban xanım Əliyevanın həm də millət vəkili kimi fəaliyyətini yüksək qiymətləndirir, ona yüksək etimad göstərirlər. 14 saylı Xəzər Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin müavini Mehriban Əliyevanın növbəti dəfə Xəzər rayonundan deputatlığa namizədliyinin irəli sürülməsi rayon ictimaiyyəti tərəfindən böyük məmnunluqla qarşılanmaqdadır. Çünki Mehriban xanım Əliyeva millət vəkili kimi Xəzər rayonunun sosial-iqtisadi inkişafında misilsiz xidmətlər göstərib. Son illərdə Azərbaycanın dinamik inkişafının nəticəsi olaraq, Bakı şəhəri və eləcə də respublikamızın regionları inkişaf edərək öz simasını tam dəyişib. Bu dəyişikliklər Xəzər rayonunda da yüksək səviyyədə gözə çarpmaqdadır. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu rayonda çox genişmiqyaslı sosial-iqtisadi layihələr həyata keçirilib. Yeni tibb ocaqları, məktəblər, uşaq bağçaları, internat məktəbləri istifadəyə verilib. Heydər Əliyev Fondu tərəfindən həmçinin valideyn himayəsindən məhrum olan uşaqlara da böyük qayğı göstərilir. Onu da qeyd edək ki, 2010-cu il parlament seçkilərində Mehriban xanım Əliyeva seçicilərin 94,19 faiz səsini toplayaraq millət vəkili seçilmişdi. Bu, respublika üzrə ən yüksək göstərici idi.
Beləliklə, sadalananlar da bir daha göstərir ki, Mehriban xanım Əliyevanın şəxsi nümunəsi respublikamızda ölkənin inkişafı və müsbət imicinin artması naminə ictimai fəallığın yüksəlməsini stimullaşdırıb. Mehriban xanım Əliyevanın doğma Azərbaycana böyük məhəbbətdən qaynaqlanan fəaliyyəti bəhs olunan konkret sahələrin inkişafında müstəsna rol oynayır ki, bu da son nəticədə ölkənin uğurlarında öz əksini tapır. Ən əsası, onun fəaliyyəti Vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi kimi qəbul olunur.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

