/ / Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsi uğurla əməkdaşlıq edir
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsi uğurla əməkdaşlıq edir
15.10.2015 [10:33]
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, general-polkovnik Eldar Mahmudov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Patrik Vial ilə görüşüb.
Sədr Eldar Mahmudov Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə fəaliyyətinin ümumən konstruktiv olduğunu, qarşılıqlı faydalı məcrada davam etdiyini, konkret nəticələr verdiyini vurğulayıb və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, günahsız insanların qurbana çevrilməsinə, əzab çəkməsinə səbəb olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində hələ də öz həllini tapmadığını, bu səbəbdən də qurbanların sayının hər gün artdığını vurğulayan Komissiya sədri mövcud status-kvo dəyişmədikcə humanitar fəlakətin tam aradan qaldırılmasının mümkün olmadığını söyləyib. Qeyd olunub ki, hazırda 4013 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçib, münaqişə dövründə 1434 nəfər erməni əsir-girovluğundan azad edilib. Son illərdə isə Komissiyanın İşçi Qrupu tərəfindən aparılan axtarış tədbirləri nəticəsində 1078 nəfərin taleyinə aydınlıq gətirilib.
Sədr Eldar Mahmudov Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında imzalanmış “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişi üzrə görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, 2013-cü ildən etibarən BQXK ilə birlikdə itkin düşmüş şəxslərin yaxın qohumlarından DNT nümunələrinin toplanması prosesi başlanılıb və bu nümunələrin saxlanılması ilə bağlı xüsusi yer kimi Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hospitalı müəyyənləşdirilib.
Diqqətə çatdırılıb ki, 2014-cü ildə 100 itkin ailəsindən bioloji nümunələrin götürülməsi ilə bağlı BQXK tərəfindən irəli sürülmüş pilot layihə uğurla həyata keçirilib, cari ilin ötən dövründə də itkin düşmüş şəxslərin yaxın qohumlarından bioloji nümunələrin toplanması işi davam etdirilib. 2015-ci ildə artıq 899 donordan, yəni 326 ailədən nümunələr götürülüb.
Komissiya sədri Eldar Mahmudov İşçi Qrupu tərəfindən naməlum məzar yerlərinin müəyyənləşdirilməsi ilə bağlı işlərin də davam etdirildiyini vurğulayıb. Bildirilib ki, hərbi əməliyyatlar Ermənistan Respublikası tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində və ona bitişik rayonlarda aparılıb. Axtarışda olan bütün şəxslər də məhz həmin ərazilərdə itkin düşüblər. Buna görə də həm itkinlər, həm də naməlum və kütləvi dəfn yerləri ilə bağlı məlumatlar daha çox qarşı tərəfdədir. Buna baxmayaraq, Ermənistan Respublikası kütləvi məzar yerləri və münaqişə zamanı əsir-girov götürülməsi və saxlanması barədə şahid ifadələri olan şəxslərlə bağlı məlumat verməkdən indiyədək yayınır.
Sədr Eldar Mahmudov xüsusilə diqqətə çatdırıb ki, Ermənistanın qəsb etdiyi Kəlbəcər rayonunun ərazisinə 2014-cü ildə yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə getmiş Dilqəm Əsgərov və Şahbaz Quliyev işğalçı dövlətin hərbçiləri tərəfindən girov götürülüb, Həsən Həsənov isə qətlə yetirilib. Hadisənin baş verdiyi andan Ermənistan bu məsələyə qeyri-humanitar mövqedən yanaşıb. Dövlətimizin başçısı İlham Əliyevin daim diqqətində olan girovlarla bağlı məsələ üzrə Azərbaycan Respublikası müvafiq beynəlxalq təşkilatlar qarşısında vaxtında və əsaslandırılmış tələblər qaldırıb. Lakin bütün səylərə baxmayaraq, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə görə girovların azad edilməsi mümkün olmayıb. Həsən Həsənovun meyitinin qaytarılması prosesi isə üç ay uzanıb. İşğal olunmuş Dağlıq Qarabağdakı qondarma rejim vasitəsilə məhkəmə şousu təşkil edilib. Təbii ki, heç bir dövlət və beynəlxalq qurum tərəfindən tanınmamış və beynəlxalq hüququn subyekti olmayan qəsbkar rejimin nə özünün, nə də məhkəməsinin verdiyi hər hansı qərarın hüquqi əsası yoxdur və bu hərəkət qəbuledilməzdir. Bu, Ermənistanın müharibə qurbanlarını siyasi təzyiq vasitəsinə çevirmək cəhdinin növbəti nümunəsidir.
Görüşdə, həmçinin Dövlət Komissiyanın sədri Eldar Mahmudov Ermənistan Respublikasının hakimiyyət dairələrində hökm sürən korrupsiyaya və qanun pozuntularına, eləcə də Ermənistan ordusundakı özbaşnalıqlara qarşı apardığı mübarizəyə görə həmin ölkədə təzyiqlərə məruz qalmış və öz istəyi ilə Azərbaycan Respublikasına keçərək siyasi sığınacaq istəmiş Ermənistan Respublikasının vətəndaşı Vaan Martirosyanla bağlı məsələyə də toxunub. Bildirib ki, Vaan Martirosyanın Yerevanda qalmış ailə üzvlərinə Ermənistanın dövlət orqanları tərəfindən aramsız mənəvi-psixoloji və fiziki təzyiqlər göstərilir. Ermənistan hakimiyyəti tərəfindən daim fundamental insan və vətəndaş hüquq və azadlıqlarının pozulması faktlarına nədənsə aidiyyəti beynəlxalq təşkilatların və strukturların biganə yanaşdığı xüsusi vurğulanıb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru kimi Cənubi Qafqaz bölgəsinə ilk səfərini Azərbaycandan başladığını qeyd edən Patrik Vial səmimi qəbula və dolğun məlumata görə Dövlət Komissiyasının sədri Eldar Mahmudova təşəkkürünü bildirib. Qonaq itkin düşmüş, əsir və girov götürülmüş insanlar barədə məlumatların toplanmasının çox ağır proses olduğunu vurğulayaraq, münaqişə qurbanlarının taleyinə aydınlıq gətirilməsi işində təmsil etdiyi qurumla Dövlət Komissiyası arasında sıx əməkdaşlıq münasibətlərinin formalaşdığını, indiyədək aparılan müzakirələrdən və onların nəticələrindən razı qaldıqlarını qeyd edib, bu istiqamətdə göstərilən hərtərəfli və davamlı yardıma görə minnətdarlığını çatdırıb.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə birgə fəaliyyətin səmərəli olması baxımından bundan sonra da işgüzar əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.
Xəbər lenti
Hamısına baxHadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28

