/ / Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
15.10.2015 [10:13]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari il oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verdiyi tapşırıq və tövsiyələrdən irəli gələn məsələlərin icrası məqsədilə baş prokuror Zakir Qaralovun sədrliyi ilə oktyabrın 14-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində qurumun fəaliyyətinin daha da gücləndirilməsi və səmərəliliyinin artırılması ilə əlaqədar geniş əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş nitqi ilə açan Zakir Qaralov dövlətimizin başçısı İlham Əliyevin böyük siyasi iradə, əzm və qətiyyəti hesabına davamlı iqtisadi tərəqqiyə və xalqın rifahının yüksəldilməsinə nail olunduğunu, müasir dünyada mövcud siyasi-iqtisadi vəziyyət, qlobal maraqlar sistemi nəzərə alınmaqla ölkəmizin davamlı inkişafına yönəlmiş islahatların, o cümlədən korrupsiyaya və rüşvətxorluğa qarşı kəsərli mübarizə tədbirlərinin inamla həyata keçirildiyini diqqətə çatdırıb.
Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayan baş prokuror bu sahədə həyata keçirilmiş institusional və cinayət təqibi tədbirlərinin müsbət nəticələrini bildirməklə mübarizənin kəsərliliyinin daha da artırılmasının vacibliyini xüsusi qeyd edib. Zakir Qaralov Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının korrupsiyaya qarşı mübarizə tədbirlərinin səmərəliliyinin daha da artırılması, bu sahədə sistem xarakterli islahatların davam etdirilməsi, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin gücləndirilməsi, büdcə vəsaitlərinin israf edilməsinin qarşısının alınması, həmçinin maliyyə və iqtisadi sahədə şəffaflığın tam təmin edilməsi, sahibkarlığın inkişafına mane olan inhisarçılıq, sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qurumları tərəfindən qanunsuz yoxlanılması və çoxsaylı əsassız lisenziyaların verilməsi, sahibkarlar qarşısında qanunazidd tələblərin irəli sürülməsi kimi mənfi halların aradan qaldırılması istiqamətində daha ciddi mübarizənin aparılması barədə çıxışından irəli gələn vəzifələrin vacibliyini bildirərək bu sahədə prokurorluq, o cümlədən ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən konkret vəzifələrin icrasını tələb edib.
Müşavirədə məruzə ilə çıxış edən baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qurumun cari ilin 9 ayı ərzindəki fəaliyyətini təhlil edib, bu müddətdə 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 5108 müraciətin daxil olduğunu, həmin müraciətlərin əsasən nəqliyyat, tikinti və bank sektorunu əhatə etdiyini diqqətə çatdırıb. O, həmçinin 224 şəxs barəsində 146 cinayət işinin istintaqının tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərildiyini bildirib. Həmin cinayət işlərindən 87 şəxs barəsində 58 iş mənimsəmə və israf etmə, 48 şəxs barəsində 37 iş dələduzluq, 33 şəxs barəsində 19 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 23 şəxs barəsində 9 iş rüşvət alma, 10 şəxs barəsində 6 iş isə rüşvət vermə, 9 şəxs barəsində 9 iş saxta sənədlərdən istifadə etmə, 7 şəxs barəsində 4 iş vəzifə saxtakarlığı və 6 şəxs barəsində 3 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə faktı ilə əlaqədar olub.
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 98 milyon 571 min manat ziyandan istintaq müddətində 31 milyon 640 min manat və ya 32 faizi ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.
Əməliyyat müşavirəsində müvafiq idarələrin rəisləri hesabatla çıxış edərək korrupsiyaya qarşı daha ciddi mübarizənin aparılması ilə əlaqədar təkliflərini səsləndiriblər.
Müşavirədə dövlətimizin başçısının göstərişlərinin icrası ilə əlaqədar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin qarşısında konkret tapşırıqlar müəyyən edilib, korrupsiya hüquqpozmalarının daha çox baş verdiyi sahələrin araşdırılması, onların təhlili və qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə müvafiq işçi qrupların yaradılması, eyni zamanda, müxtəlif sahələrdə mütəşəkkil və sistemli xarakter almış korrupsiya cinayətləri törətməkdə olan cinayətkar şəbəkələrin ifşa edilməklə üzvlərinin məsuliyyətə cəlb olunması barədə qanunla nəzərdə tutulmuş cinayət təqibi tədbirlərinin qısa müddətdə həyata keçirilməsi qərara alınıb.
Bundan başqa, korrupsiyaya qarşı mübarizədə inzibati və cəza tədbirləri ilə yanaşı, vətəndaşların ictimai nəzarətin həyata keçirilməsində fəallığının artırılması üçün maarifləndirmə tədbirlərinin genişləndirilməsi barədə konkret tapşırıqlar verilib.
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi göstərişlərin səmərəli və keyfiyyətli icrasının təmin edilməsi məqsədilə baş prokuror tərəfindən Bakı şəhər, bütün rayon (şəhər) və ərazi hərbi prokurorlarına korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrin və digər dövlət qurumları tərəfindən belə hallara yol verilməsinin qarşısının qəti şəkildə alınması üçün kəsərli təsir tədbirlərinin görülməsi, sahibkarlara qarşı qanunsuz tələblərin irəli sürülməsi barədə daxil olmuş müraciətlərin dərhal Respublika Baş Prokurorluğunun rəhbərliyinə məruzə olunması, habelə tabe prokurorların və bütün prokurorluq əməkdaşlarının fərdi məsuliyyət hissinin artırılması ilə əlaqədar rəsmi göstəriş verilib.
Xəbər lenti
Hamısına baxHadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28

