Azərbaycan ilə Sankt-Peterburq arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
03.10.2015 [11:36]
Oktyabrın 2-də Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov ölkəmizdə səfərdə olan Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Yaqub Eyyubov həmin görüşdə Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın yüksək inkişaf səviyyəsini, o cümlədən qonşu ölkənin regionları ilə uğurlu əlaqələri qeyd edib. O vurğulayıb ki, Azərbaycan və Sankt-Peterburq bütün sahələrdə qarşılıqlı əlaqələri genişləndirməyə çalışırlar. Baş nazirin birinci müavini tərəflər arasında əmtəə dövriyyəsinin artmasından məmnun olduğunu qeyd edərək bildirib ki, Azərbaycandan Sankt-Peterburqa əsasən kənd təsərrüfatı məhsulları ixrac edilir. Qarşılıqlı malgöndərmələrin artması üçün ilk növbədə, istehsal edilən məhsulun keyfiyyətini yaxşılaşdırmaq lazımdır. Y.Eyyubov onu da bildirib ki, Azərbaycan ilə Sankt-Peterburq arasında turizm sahəsində göstəricilər təxminən eynidir. Bu fakt turizm əlaqələrinin inkişafında yaxşı dinamikaya dəlalət edir. Bununla bərabər, Baş nazirin müavini əczaçılıq, sənaye və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanlar olduğunu qeyd edib.
Sankt-Peterburq şəhərinin qubernatoru Georgi Poltavçenko vurğulayıb ki, son illərdə Azərbaycan xeyli dəyişib, ölkənin inkişafı üçün çox böyük işlər görülür. Qubernator deyib: “Bizim səfərimizin məqsədi ticari-iqtisadi, humanitar sahələrdə və sənaye sahəsində münasibətlərin inkişaf yollarını müəyyən etməkdir. İqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensial imkanlarımız var. Bizdə keyfiyyətli məhsullara tələbat yüksəkdir, Azərbaycan isə regionda kənd təsərrüfatı məhsullarının aparıcı istehsalçılarından biridir”.
Georgi Poltavçenko əczaçılıq, ekologiya, təhsil və turizm sahələrində əməkdaşlıq məsələlərinə də toxunub. O deyib: “Azərbaycanda turizmin inkişaf etdirilməsi üçün hər cür şərait var və biz Azərbaycanın bu sahədəki imkanlarını Sankt-Peterburqda nümayiş etdirəcəyik. Təhsilin keyfiyyətinə görə bütün Rusiyada aparıcı mövqe tutan bizim şəhərin müxtəlif ali məktəblərində azərbaycanlı tələbələr təhsil alır. Biz Azərbaycanın təhsil sistemi üçün kadr hazırlığı və təkmilləşdirmə kursları, sizin ölkənin ali məktəb müəllimləri üçün təcrübə keçirə bilərik”.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32

