Qaçqın və məcburi köçkün probleminin həll edilməməsi bütün region üçün ciddi təhlükə mənbəyidir
02.10.2015 [10:29]
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda “Yeni inkişaf gündəliyi çərçivəsində miqrasiya və qaçqınların yerdəyişməsi üzrə əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksək səviyyəli paralel tədbirdə çıxış edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, E.Məmmədyarov bildirib ki, son illərdə münaqişə zonalarının coğrafi sahəsinin bütün dünya üzrə genişlənməsi həyatını itirənlərin və öz evlərini tərk etmək məcburiyyətində qalanların sayının sürətlə artmasına səbəb olub. Müharibələr nəticəsində dağıdılmış Yaxın Şərq və Şimali Afrika regionundan presedenti olmayan kütləvi miqrasiya halları və Avropa istiqamətində yol boyunca qadınlar və uşaqlar daxil olmaqla günahsız insanların ölüm səhnələri sarsıdıcıdır. Biz beynəlxalq ictimaiyyətin hər şeydən əvvəl yeni silahlı münaqişələrin yaranmasına imkan verməməyinə və eyni zamanda, mövcud münaqişələrin, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslanaraq beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsipləri əsasında effektiv şəkildə həll yolları axtarmalı olmasına inanırıq. Zərər çəkmiş insanların problemlərinin həll edilməsində dövlətlər və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi beynəlxalq təşkilatlar, müvafiq BMT mexanizmləri arasında əməkdaşlığın gücləndirilməsi də əhəmiyyətlidir.
Nazir qeyd edib ki, faktiki olaraq qaçqınlar və məcburi köçkünlər probleminin həll edilə bilməməsi yalnız Cənubi və Mərkəzi Avropa ölkələri üçün deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir. Biz, həmçinin bəzi siyasi liderlərin zərərçəkmiş miqrantlardan öz məkrli maraqları üçün istifadə etmə cəhdlərinə də diqqət yetirməliyik. Bu xüsusda, işğal edilmiş Azərbaycan torpaqlarında Ermənistan rəhbərliyi tərəfindən Suriyadan olan erməni əsilli miqrantların məskunlaşdırılması yolverilməzdir və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasına sübutdur.
Nazir deyib: “İyirmi beş il boyunca qaçqın və məcburi köçkün problemindən əziyyət çəkən bir ölkə kimi Azərbaycanın bu sahədə təcrübəsini sizinlə bölüşmək istərdim. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonundan olan qaçqın və məcburi köçkünlərin sayı təqribən bir milyondur. 9,7 milyon əhalisi olan Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük yükə sahibdir. Azərbaycan hökuməti ötən illər ərzində əhalinin bu hissəsinin ümumi həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli resurslar ayırıb. Bu, ilk növbədə daha yaxşı mənzil şəraiti və məcburi köçkünlər arasında yoxsulluğun dərəcəsinin əhəmiyyətli dərəcədə azaldılması ilə nəticələnib. 2007-ci ildə ölkədə sonuncu məcburi köçkün düşərgəsi (ümumilikdə 12 düşərgə) ləğv edilib. Bizim məcburi köçkünlərin sosial, təhsil, tibb və iqtisadi dayanıqlılığının gücləndirilməsi istiqamətindəki nailiyyətlərimiz Azərbaycana səfəri zamanı Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Villiam Svinq tərəfindən qeyd edilib və alqışlanıb. Hökumət tərəfindən görülmüş irimiqyaslı işlərə baxmayaraq, məcburi köçkün probleminin tam həllinə nail olunması çox çətindir. Dörd yüz min məcburi köçkün hələ də köhnə və narahat evlərdə çətin şəraitdə yaşamaqda davam edir”.
Xarici siyasət idarəsinin rəhbəri bildirib ki, məcburi köçkünlərin insan hüquqlarının tam bərpa edilməsi münaqişənin həllini tələb edir. Azərbaycanın bu məsələdə mövqeyi kifayət qədər aydındır: bütün Azərbaycan əraziləri işğaldan azad edilməli və məcburi köçkünlərin öz evlərinə qayıtmaq və mülkiyyət hüququ təmin edilməlidir. Azərbaycan hökuməti tərəfindən hazırlanmış “Böyük qayıdış” adlı müfəssəl proqram Ermənistan işğalçı qüvvələrinin zəbt edilmiş Azərbaycan torpaqlarından çıxarılmasından dərhal sonra məcburi köçkünlərin öz evlərinə qayıtma və mülkiyyətlərindən istifadə hüquqlarının reallaşdırılmasını nəzərdə tutur. Qayıtmaq hüququnun təmin edilməsi etnik təmizləmədən qəti şəkildə imtina edilməsini təşkil edir. Həmçinin öz evlərindən və torpaqlarından məcburi köçkün düşmüş şəxslər üçün əhəmiyyətli ədalət tədbirlərinin təklif edilməsi ilə gələcəkdə mümkün gərginlik və münaqişələrin qarşısını alır. Fərdi hüquq və azadlıqların pozulması bu pozuntunu törədən şəxsin xeyrinə və onun əvvəlcədən işləyib hazırladığı məqsədə gətirib çıxarmamalıdır.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

