Sankt-Peterburq şəhərinin qubernatoru Bakıdakı Müqəddəs Miradaşıyan Qadınlar Kilsəsində olub
02.10.2015 [10:23]
Azərbaycanda rəsmi səfərdə olan Sankt-Peterburq şəhərinin qubernatoru Georgi Poltavçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 1-də Bakıdakı Müqəddəs Miradaşıyan Qadınlar Kilsəsində olub.
AZƏRTAC xəbər verir ki, Mefodi ata bu kilsənin tarixi barədə qonaqlara məlumat verib. Bildirilib ki, kilsə 1907-ci ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına tikilib. 2001-ci ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev bu dini məbədin yenidən qurulmasından sonra açılış mərasimində iştirak edib. Beləliklə, burada Azərbaycanda yaşayan pravoslav xristianların dini mərasimləri sərbəst şəkildə icra etmələri üçün hər cür şərait yaradılıb.
Sonra Rusiya nümayəndə heyətinin üzvləri Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzi ilə tanış olublar. Mərkəzin dördmərtəbəli binasında dua otağı, müxtəlif tədbirlərin, o cümlədən konfrans və seminarların keçirilməsi üçün zal fəaliyyət göstərir. Burada kilsə təhsili verən bazar günü məktəbinin fəaliyyəti üçün də şərait yaradılıb.
Mərkəzdə yeparxiya üçün, kanonik mərasimlər, katexizasiya, habelə kilsə mediası üçün ayrıca otaqlar nəzərdə tutulub. Burada həmçinin kitabxana və qonaqlar üçün xüsusi otaqlar vardır.
Mefodi ata Azərbaycanda xristianlığın tarixi barədə söhbət açıb. O qeyd edib ki, Prezident İlham Əliyev ölkədəki bütün dini icmalara hərtərəfli dəstək verir. Mefodi ata vurğulayıb ki, Azərbaycan tolerant və azad dövlətdir, burada bütün millətlərin və dini məzhəblərin nümayəndələri əmin-amanlıq şəraitində yaşayır.
Georgi Poltavçenko kilsənin arxitekturasına və daxili tərtibatına heyran olduğunu bildirib. Görüşün sonunda qubernatora xatirə hədiyyələri və müqəddəs apostol Varfolomeyin ikonası təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

