YAP AXCP-nin təklifinə hansı cavabı verəcək?
30.09.2015 [09:55]
Siyavuş Novruzov: Partiya daxilində müzakirə edib yekun qərar verəcəyik
“Razi Nurullayevin sədri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Etimad Qurultayı Təşkilat Komitəsinin oktyabr ayında keçirəcəkləri qurultayda iştirak etmək üçün Yeni Azərbaycan Partiyasına (YAP) heç bir dəvətnamə gəlməyib”. Bu fikirləri “SİA”ya Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Razi Nurullayevin rəhbəri olduğu təşkilat tərəfindən keçiriləcək qurultaya YAP-ın dəvət alıb-almaması sualını cavablandırarkən deyib.
Siyavuş Novruzov bildirib ki, dəvət olarsa, həmin dəvət müzakirəyə çıxarılacaq: “Əgər dəvət olarsa, bunu partiya daxilində müzakirə edib yekun qərar verəcəyik”.
YAP İcra katibinin müavini, eyni zamanda, AXCP-nin Əli Kərimli qanadının keçirdiyi qurultaya da münasibət bildirərək qeyd edib ki, AXCP-nin bu günlərdə keçirdiyi qurultay qeyri-qanuni idi: “Çünki qurultaydan öncə artıq AXCP-nin bir neçə rayon şöbələri buraxıldı, o cümlədən partiyanın sıralarından çoxlu sayda “cəbhəçi” könüllü şəkildə istefa verərək, Əli Kərimlidən imtina etdiklərini bəyan etdilər”.
Siyavuş Novruzov onu da bildirib ki, əslində, elektorat qıtlığı yaşayan AXCP sədri saxta tədbirinə “qurultay” görüntüsü vermək üçün, yəni görüntü xətrinə 10-12 rayon təşkilatında tədbir keçirərək sıravi insanları “cəbhəçi” kimi qələmə verirdi: “Ümumilikdə isə hər bir siyasi partiyanın nizamnaməsinə uyğun olaraq qurultay elan olunur və qurultaydan sonra qanunilik baxımdan Ədliyyə Nazirliyinə və yaxud aidiyyəti qurumlara müraciət edilir ki, nizamnamədəki dəyişikliklərə baxılsın. Amma bu adam tələm-tələsik, heç bir qanunu gözləmədən qurultay keçirdi və nəticə də göz önündədir. Sanki AXCP-nin qurultayı bütövlükdə Əli Kərimlinin saxta seçkisinə həsr edilmişdi. Bundan sonra onların aqibətini nə gözlədiyini deyə bilmərik”.
YAP İcra katibinin müavini sonda onu da qeyd edib ki, cəmiyyət, ictimai rəy hadisələri doğru qiymətləndirməyi bacarır: “Bu baxımdan, əgər hansı AXCP real siyasət yürüdəcəksə, demokratik dəyərlərə, dövlətçilik maraqlarına zidd olmayan siyasətə üstünlük verəcəksə, həmin təşkilat da cəmiyyət tərəfindən əsl AXCP kimi tanınacaq”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

